Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
Cəmiyyət 06 Oktyabr 2026, 08:20
493
Oktyabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində görüş keçirilib.
Komitədən Citypost.az -a bildirilib ki, görüşdə cari il ərzində ali məktəblərə qəbul olmuş şəhid xanımları və şəhid anaları iştirak ediblər. Tədbir proqram haqqında hazırlanmış filmin nümayişi ilə başlayıb.
Çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev layihənin əhəmiyyətini yüksək qiymətləndirib. O, qadınların və gənc qızların təhsilinə, inkişafına yönəlmiş müxtəlif layihələrdə iştirak etdiklərini bildirərək, şəhid xanımlarının təhsilinə dəstək məqsədi daşıyan bu təşəbbüsün xüsusi mənəvi və sosial əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin artıq üçüncü dəfə həyata keçirildiyini qeyd edib. O, proqram çərçivəsində məzunların yetişməsini, iştirakçıların qazandıqları bilik və bacarıqların onların gələcək fəaliyyətinə töhfə verməsini mühüm amil kimi qiymətləndirib.
Komitə sədri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə dövlət və cəmiyyət tərəfindən göstərilən diqqət və qayğının əsas vəzifələrdən biri olduğunu bildirib. O, şəhid xanımlarının təhsil imkanlarının genişləndirilməsinin, potensiallarının reallaşdırılmasının və ictimai həyatda fəal iştirakının dəstəklənməsinin vacibliyini vurğulayıb.
O, növbəti mərhələdə şəhid xanımlarının məzunlar şəbəkəsinin yaradılması, Liderlik Məktəbinin təsis edilməsi, İKT və rəqəmsal bacarıqların inkişafına yönəlmiş proqramların həyata keçirilməsi, eləcə də “Vətənpərvərlik səfirləri” proqramının yaradılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, müxtəlif sahələrdə təhsil alan və çalışan şəhid xanımlarının gələcəkdə mentor kimi fəaliyyət göstərərək təcrübələrini digər iştirakçılarla bölüşməsi də layihənin əsas istiqamətlərindən olacaq.
Həmçinin oxuyun
Bahar Muradova bildirib ki, hazırkı layihə çərçivəsində 19 şəhid xanımı və 2 şəhid anası olmaqla, ümumilikdə 21 nəfər ali təhsil almaq imkanı əldə edib.
“Zəfər” təşkilatının rəhbəri Sevinc Alızadə şəhid ailələrinin bir araya gətirilməsi və onların ictimai həyatda fəallığının artırılması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirib. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq qadınların yanında olmağa davam edəcəklərini bildirən Sevinc Alızadə, xüsusilə təhsili uğurla başa vuran qadınların işlə təmin olunmasının vacibliyini vurğulayıb.
Daha sonra proqram iştirakçıları çıxış edərək təəssüratlarını bölüşüblər. Onlar təhsil almağın və bilik-bacarıqlarını inkişaf etdirməyin həm şəxsi inkişafları, həm də övladlarının gələcəyi baxımından əhəmiyyətini qeyd ediblər.
Çıxışlarda şəhid ailələrinə göstərilən dövlət qayğısından, şəhidlərimizin əmanət qoyduğu övladların dövlətin diqqət və qayğısı ilə əhatə olunmasından və onların gələcəyinin əmin əllərdə olmasından danışılıb.
Sonda “Sən tək deyilsən – Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək Proqramı çərçivəsində ali məktəblərə qəbul olmuş şəhid xanımlarına və şəhid analarına sertifikat və hədiyyələr təqdim olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakının bir hissəsində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 6-da Yasamal rayonunda yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrində, Tbilisi prospektində, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Görüləcək işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....
06 Oktyabr 2026, 08:00
MN-in sabiq vəzifəli şəxsləri barədə hökm qüvvədə saxlanılıb
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.Qərara əsasən, şikayət təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov,...
05 Oktyabr 2026, 20:37
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib.Citypost.az paylaşımı təqdim edir:Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışı https://t.co/2MztIV6EX9— İlham Əliyev (@azpresident) October 5, 2026
05 Oktyabr 2026, 20:15
İlham Əliyev məşhur italyan müğənnisi Al Bano ilə görüşdü
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Citypost.az xəbər verir ki, Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.Prezident məşhur müğənni ilə görüşüb.
05 Oktyabr 2026, 20:00
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir.Citypost.a xəbər verir ki, növbəti belə tədbir nazirliyin Şimal-Qərb Regional Mərkəzi ilə birgə təşkil olunub.Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının təmsilçiləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Şimal-Qərb Regional Mərkəzinin rəis müavini Məmməd Bağırov maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, ionlaşdırıcı şüalanma mənbələrindən təhlükəsiz istifadə, radiasiya təhlükəsizliyi tələblərinə əməl olunması və bu sahədə çalışan şəxslərin məlumatlılığının artırılmasının vacibliyini vurğulayıb. Mərkəzin rəis müavini, həmçinin...
05 Oktyabr 2026, 18:30
Tamam Bayatlı vəzifəsindən azad edilib
BP şirkətinin Kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı tutduğu vəzifədən ayrılıb.Citypost.az xəbər evrir ki, Yurd.Media-nın məlumatına görə, o, yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.Onun vəzifəsinin icrası isə müvəqqəti olaraq Aytən Əfəndizadəyə həvalə olunub.Qeyd edək ki, sentyabrın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Tamam Fərman qızı Bayatlı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
05 Oktyabr 2026, 17:42