Bizə yazın

Baku

-°C

USD

-

Google, Amazon, Meta və Microsoft milyardlarla borc alır

Dünya 06 Oktyabr 2026, 07:31

349

Dünyanın ən böyük texnologiya şirkətləri süni intellekt yarışında geri qalmamaq üçün kütləvi şəkildə borclanmağa başlayıblar. Google, Meta, Amazon və Microsoft kimi nəhənglər süni intellekt çipləri, serverlər və məlumat mərkəzlərinin tikintisini maliyyələşdirmək üçün milyardlarla dollar borc cəlb edirlər.

Citypost.az ABŞ KIV-lərinə istinadən xəbər verir ki, məlumata görə, texnologiya sektorunun borclanması son dövrdə təxminən 500 milyard dollara çatıb. Goldman Sachs bu rəqəmin 2027-ci ildə 1,2 trilyon dollara yüksələ biləcəyini proqnozlaşdırır.

Ekspertlər xəbərdarlıq edirlər ki, artan borclanma maliyyə bazarlarına təzyiq yarada və ABŞ Xəzinə istiqrazlarına tələbi azalda bilər. Süni intellekt layihələrinin gözlənilən gəliri gətirməməsi və ya məlumat mərkəzlərinin tikintisinin ləngiməsi isə daha ciddi maliyyə riskləri yarada bilər.

Bəzi analitiklər süni intellekt bumunu 2000-ci illərin “dot-com” köpüyü ilə müqayisə edir və sektorun sürətli genişlənməsinin maliyyə bazarlarında kəskin korreksiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Əli 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nobel laureatı beynin sirlərini işıqla açmağa çalışır

2026-cı il Tibb üzrə Nobel mükafatına layiq görülən amerikalı alim Karl Deisseroth beynin fəaliyyətini daha dəqiq öyrənməyə imkan verən optogenetika sahəsindəki tədqiqatlarını davam etdirir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki , Deisseroth alman alimləri Peter Hegemann və Georg Nagel ilə birlikdə sinir hüceyrələri üçün “molekulyar açar”ın kəşfinə görə Nobel mükafatına layiq görülüb. Bu texnologiya işıq vasitəsilə beyindəki ayrı-ayrı neyronların fəaliyyətini idarə etməyə imkan verir.Alimin sözlərinə görə, optogenetika psixiatrik xəstəliklərin öyrənilməsində mühüm dönüş yarada bilər. Tədqiqatçılar artıq müəyyən davranış, hiss və xatirələrə cavabdeh neyron dövrələrini müəyyənləşdirə bilirlər.Deisseroth hesab edir ki, bu yanaşma gələcəkdə autizm, şizofreniya və Parkinson xəstəliyi kimi problemlərin daha...

06 Oktyabr 2026, 07:40

Şimali İsraildə Netanyahuya dəstək zəifləyir

Şimali İsraildə bəzi sakinlər HƏMAS-ın 7 oktyabr hücumundan sonra Baş nazir Benyamin Netanyahuya etimadlarını itirdiklərini bildirirlər.Citypost.az Xarici KİV-lərə istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, üç ilə yaxın davam edən müharibə bölgədə ciddi psixoloji və iqtisadi problemlər yaradıb. Yaşayış xərclərinin artması da əsas narazılıq səbəblərindən biri kimi göstərilir.2022-ci il seçkilərində Netanyahunun Likud partiyası Şlomidə səslərin 43 faizini qazanmışdı. Lakin sakinlər arasında hökumətin 7 oktyabr hücumunun qarşısını ala bilməməsi ilə bağlı narazılığın artdığı bildirilir.Bununla belə, bəzi şimali israillilər təhlükəsizlik baxımından sağçı hökuməti dəstəkləməkdə davam edir. Nahariyada yaşayan Patris Haddad isə raket hücumları şəraitində özünü yalnız sərt təhlükəsizlik siyasətinin tərəfdarı olan...

06 Oktyabr 2026, 07:37

Parisdə on minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçiriləcək

Fransanın paytaxtı Parisdə çərşənbə axşamı on minlərlə insanın iştirakı ilə etiraz aksiyası gözlənilir. Aksiyalara həmkarlar ittifaqları da qoşulacaq.Citypost.az france24.com saytına istinadən xəbər verir ki, Sentyabrın sonundan etibarən yüzlərlə lisey şagirdi müəllim çatışmazlığı, həddindən artıq dərs yükü, köhnəlmiş sinif otaqları və yüksək temperaturdan qorunmayan məktəb binalarına etiraz edir. Ölkədə 589 lisey və 32 universitetdə tədrisin dayandırıldığı bildirilir.Hökumətin məlumatına görə, etirazlar zamanı 215 tələbə və 715 polis əməkdaşı yaralanıb, 5 mindən çox insan saxlanılıb. Parisdə aksiyaya 20-40 min nəfərin qatılacağı gözlənilir.Həmkarlar ittifaqları polisin etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etdiyini iddia edir. Hakimiyyət isə aksiyalarda zorakılıq və ictimai əmlaka zərər vurulmasından narahatlığını bildirib.Turan...

06 Oktyabr 2026, 07:33

Gənc Kanadalılar hökuməti iqlim fəlakətləri ilə bağlı məhkəməyə veriblər

İqlim fəalları Şimali Amerikada iqlim siyasətinin geri getdiyini bildirirlər. ABŞ-da ötən il federal hakim gənc iddiaçıların Prezident Donald Trampın yanacaqyönümlü siyasətinin fundamental hüquqlarını pozduğu barədə iddiasını rədd edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki , Kanadada isə hökumətin məlumatına görə, 1970-ci ildən etibarən ölkədə temperatur qlobal orta göstəricidən təxminən iki dəfə sürətlə artıb. Qlobal istiləşmənin təsirləri meşə yanğınlarının daha geniş ərazilərə yayılmasına səbəb olub.Vankuverdə iqlim iddiası qaldıran 24 yaşlı Albert Lalonde Baş nazir Mark Karninin neft hasilatının artırılmasını dəstəkləməsini tənqid edib. O bildirib ki, gənclər iqlim böhranının dərinləşdiyi şəraitdə gələcəklərini planlaşdırmaqda çətinlik çəkirlər.Lalonde məhkəmənin qərarının iqlim siyasətində dəyişiklik üçün mühüm...

06 Oktyabr 2026, 07:29

İranın daxili işlər naziri Qətərə səfər edib

İranın daxili işlər naziri İsgəndər Momeni Qətərə səfər edib."Report" IRIB-yə istinadən xəbər verir ki, İ. Momeni qətərli həmkarı Şeyx Xəlifə bin Həməd bin Xəlifə Al Taninin rəsmi dəvəti ilə bu ölkənin rəsmiləri ilə görüşmək üçün Dohaya yola düşüb."Momeninin bu səfərdə Qətərin daxili işlər naziri Xəlifə bin Həməd bin Xəlifə Al Tani ilə görüşüb danışıqlar aparması planlaşdırılır", - məlumatda bildirilib.Qeyd olunub ki, daxili işlər naziri bu rəsmi səfərdə həmçinin Qətərin digər rəsmiləri ilə də danışıqlar aparacaq....

05 Oktyabr 2026, 20:22

Keçmiş deputat HƏBS EDİLDİ

Rusiyanın hakim “Vahid Rusiya” partiyasından Dövlət Dumasının keçmiş deputatı Andrey Doroşenko Krasnodarda xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinərək saxlanılıb.Citypost.az  xəbər verir ki, bu barədə “RBK” istintaqın gedişatı ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.Məlumata görə, Doroşenko yeni çağırış Dövlət Dumasına seçilməyib və buna görə də sentyabrın 29-da, parlamentin aşağı palatasının yeni çağırışının ilk plenar iclasından bir gün əvvəl deputat toxunulmazlığını itirib.İstintaqın versiyasına görə, Doroşenko digər şəxslərlə, o cümlədən Krasnodar vilayətinin Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birlikdə ən geci 2017-ci ildə dövlət müqavilələri çərçivəsində region yollarının təmirinə ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsi məqsədilə mütəşəkkil qrup yaradıb.Mənbələrin sözlərinə görə, qrup...

05 Oktyabr 2026, 18:18