Bizə yazın

Baku

-°C

USD

-

Ağıl dişi nə zaman çəkilməlidir, nə zaman saxlanmalıdır? – Stomatoloqdan AÇIQLAMA

Tibb 06 Oktyabr 2026, 10:21

479

Ağıl dişləri ilə bağlı problemlər bir çox insanın qarşılaşdığı stomatoloji məsələlərdən biridir. Xüsusilə ağıl dişinin düzgün çıxmaması, diş ətində iltihab yaratması, qonşu dişlərə təzyiq göstərməsi və ağrıya səbəb olması pasiyentləri narahat edən əsas problemlər sırasındadır. Bu səbəbdən ağıl dişinin hər bir halda çəkilməli olduğu, yoxsa bəzi hallarda ağız boşluğunda saxlanmasının mümkünlüyü ilə bağlı suallar yaranır.

Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında stomatoloq Vüsal Həsənli bildirib ki, ağıl dişinin çəkilib-çəkilməməsi hər pasiyent üçün fərdi şəkildə qiymətləndirilməlidir. Onun sözlərinə görə, ağıl dişi sağlam, düzgün yerləşmiş və funksionaldırsa, onu mütləq şəkildə çəkməyə ehtiyac olmaya bilər.

Stomatoloq qeyd edib ki, ağıl dişi ağız boşluğunda tam şəkildə çıxıbsa, diş qövsündə düzgün mövqedə yerləşibsə və çeynəmə prosesində normal şəkildə iştirak edirsə, belə dişin saxlanılması mümkündür.

“Əgər ağıl dişi damaqdan tam şəkildə çıxıbsa, diş qövsündə düzgün yerləşibsə və çeynəmə funksiyasında normal iştirak edirsə, onun saxlanılmasına qərar verilə bilər. Burada əsas şərt həmin dişin sağlam olması, ətraf toxumalarda problem yaratmaması və gələcəkdə digər stomatoloji fəsadlara səbəb olacaq vəziyyətdə olmamasıdır. Yəni yalnız ağıl dişi olduğu üçün onun avtomatik şəkildə çəkilməsi düzgün yanaşma deyil”, – deyə Vüsal Həsənli bildirib.

Onun sözlərinə görə, bəzi hallarda isə ağıl dişinin ağız boşluğunda saxlanılması müxtəlif problemlərə səbəb ola bilər. Xüsusilə dişin tam çıxmaması və ya diş ətinin altında qalması zamanı onun ətrafında qida qalıqları və bakteriyalar toplana bilər. Bu isə iltihabi proseslərin yaranması üçün şərait yaradır.

Stomatoloq vurğulayıb ki, ağıl dişi damaqdan tam çıxmayıbsa və retensiya, yəni dişin normal şəkildə çıxmasının qarşısını alan vəziyyət mövcuddursa, həmin dişin vəziyyəti diqqətlə qiymətləndirilməlidir. Dişin düzgün istiqamətdə çıxmaması və qonşu dişə təzyiq göstərməsi də çəkilmə üçün əsas ola bilər.

“Əgər ağıl dişi tam çıxmayıbsa, retensiya vəziyyəti varsa və ya çıxarkən yanındakı dişi sıxaraq həmin nahiyədə ağrıların yaranmasına səbəb olursa, bu zaman dişin saxlanılması məqsədəuyğun olmaya bilər. Bundan əlavə, ağıl dişinin əyri və ya yanlış istiqamətdə yerləşməsi nəticəsində diş ətrafında qızarıqlıq, şişkinlik, iltihab, ağrı və ağızdan xoşagəlməz qoxunun gəlməsi kimi hallar müşahidə olunursa, dişin çəkilməsi göstəriş ola bilər”, – deyə mütəxəssis əlavə edib.

Vüsal Həsənli bildirib ki, ağıl dişinin düzgün çıxmaması yalnız həmin dişin özündə problem yaratmaya bilər. Bəzi hallarda qonşu dişə təzyiq nəticəsində həmin dişin sağlamlığı da təhlükə altına düşə bilər. Dişlər arasında təmizlənməsi çətin olan sahələrin yaranması isə qida qalıqlarının toplanmasına və kariyes, diş əti xəstəlikləri kimi problemlərin inkişafına şərait yarada bilər.

Mütəxəssisin sözlərinə görə, ağıl dişinin çəkilməsi barədə qərar yalnız pasiyentin şikayətləri əsasında verilməməlidir. Dişin ağız boşluğundakı vəziyyəti, yerləşmə istiqaməti, qonşu dişlərlə münasibəti və ətraf toxumaların vəziyyəti stomatoloji müayinə zamanı qiymətləndirilməlidir. Bir çox hallarda rentgen müayinəsi də dişin vəziyyətinin daha dəqiq müəyyənləşdirilməsi üçün vacib ola bilər.

“Pasiyentlər bəzən ağrı olmadığı üçün ağıl dişində heç bir problem olmadığını düşünürlər. Lakin bəzi hallarda ağıl dişi uzun müddət heç bir əlamət vermədən də qonşu toxumalara və dişlərə təsir göstərə bilər. Buna görə də xüsusilə tam çıxmamış və ya əyri yerləşmiş ağıl dişlərinin stomatoloq tərəfindən qiymətləndirilməsi vacibdir”, – Vüsal Həsənli deyib.

Stomatoloq qeyd edib ki, ağıl dişinin çıxarılması ilə bağlı qərar verildikdə də pasiyentin ümumi sağlamlıq vəziyyəti, dişin anatomik quruluşu və yerləşmə xüsusiyyətləri nəzərə alınmalıdır. Hər ağıl dişinin çəkilməsi eyni mürəkkəblikdə olmur. Tam çıxmış və düzgün yerləşmiş dişin çıxarılması ilə damağın altında və ya sümük daxilində qalmış dişin çıxarılması arasında ciddi fərq ola bilər.

Vüsal Həsənli pasiyentlərə ağıl dişləri ilə bağlı ağrı, diş əti şişkinliyi, qızarıqlıq, ağızda pis qoxu və ya qonşu dişə təzyiq hiss etdikləri halda problemi uzun müddət təxirə salmamağı tövsiyə edib. Onun sözlərinə görə, erkən müayinə problemin səbəbini müəyyənləşdirməyə və dişin saxlanılmasının mümkün olub-olmadığını vaxtında qiymətləndirməyə imkan verir.

Beləliklə, ağıl dişinin mütləq şəkildə çəkilməli olduğu barədə ümumi yanaşma doğru deyil. Sağlam, düzgün yerləşmiş, tam çıxmış və çeynəmə funksiyasında iştirak edən ağıl dişi saxlanıla bilər. Əksinə, dişin tam çıxmaması, retensiya vəziyyəti, qonşu dişə təzyiq göstərməsi, əyri yerləşməsi, təkrarlanan iltihab, qızarıqlıq, ağrı və xoşagəlməz qoxu kimi problemlər yaratması onun çəkilməsi üçün göstəriş ola bilər. Buna görə də son qərar stomatoloji müayinə və zəruri hallarda rentgen müayinəsindən sonra verilməlidir

Əli 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sümük iliyi donoru olmaq təhlükəlidirmi? – Hematoloqdan vacib açıqlama

Sümük iliyinin köçürülməsi bir sıra ağır qan və hematoloji xəstəliklərin müalicəsində mühüm əhəmiyyət daşıyır. Xüsusilə bəzi xəstələr üçün uyğun donorun tapılması həyati əhəmiyyət kəsb edir. Lakin sümük iliyi donoru olmaq istəyən şəxslərdə prosesin sağlamlığa hər hansı zərər vurub-vurmadığı, sonradan yan təsirlərin yaranıb-yaranmadığı ilə bağlı suallar meydana çıxır.Bir çox insan donor olmaq istəsə də, prosedurun ağrılı və ya təhlükəli olduğunu düşünərək tərəddüd edir. Mütəxəssislər isə bildirirlər ki, sümük iliyi donorluğu ümumilikdə təhlükəsiz tibbi prosedur hesab olunur və donorlar prosesdən əvvəl ətraflı müayinədən keçirilirlər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən hematoloq Şəhla Şabanova bildirib ki, sümük iliyi donorluğu ümumilikdə təhlükəsiz prosesdir. Lakin hər...

05 Oktyabr 2026, 10:30

Tez-tez xəstələnirsinizsə, səbəb immunitet zəifliyi olmaya bilər – Həkimdən vacib açıqlama

İlin müxtəlif dövrlərində tez-tez soyuqdəymə, virus infeksiyaları və digər xəstəliklərlə üzləşən insanların bir qismi bunu immunitet sisteminin zəif olması ilə əlaqələndirir. Xüsusilə bir xəstəlikdən sağaldıqdan qısa müddət sonra yenidən xəstələnmək insanlarda “immunitetim zəifdir” düşüncəsi yaradır. Lakin mütəxəssislər bildirirlər ki, tez-tez xəstələnmək hər zaman immun sisteminin zəif olması anlamına gəlmir. Bunun arxasında həyat tərzi, qidalanma, stress, bəzi vitamin və mineral çatışmazlıqları, eləcə də müxtəlif xəstəliklər dayana bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən kardioloq-terapevt İslam Əziz bildirib ki, pasiyentlər ona tez-tez “Doktor, niyə mən tez-tez xəstələnirəm, immunitetim zəifdir?” sualı ilə müraciət edirlər. Həkimin sözlərinə görə, belə hallarda ilk növbədə problemin əsl səbəbini...

05 Oktyabr 2026, 09:30

Kontraseptivlər xərçəng yaradırmı? – Həkimdən qadınlara vacib xəbərdarlıq

Hormonal kontraseptivlərdən istifadə edən qadınların ən çox narahat olduğu məsələlərdən biri bu preparatların uzunmüddətli perspektivdə xərçəng riskinə səbəb olub-olmamasıdır. Xüsusilə sosial şəbəkələrdə və müxtəlif platformalarda hormonal preparatların süd vəzi xəstəlikləri ilə əlaqələndirilməsi qadınlarda əlavə narahatlıq yaradır. Bu səbəbdən bir çox qadın kontraseptiv vasitələrdən istifadə etməzdən əvvəl onların orqanizmə mümkün təsirləri barədə həkimdən məlumat almağa çalışır.Mövzu ilə bağlı Citypost.az-a danışan mama-ginekoloq İlhamə Quluzadə bildirib ki, gündəlik praktikada hormonal kontraseptivlərdən kifayət qədər geniş istifadə olunur. Onun sözlərinə görə, müasir kontraseptiv preparatların tərkibində hormonların dozaları əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və düzgün seçildiyi halda bu preparatlardan istifadə edən qadınların əksəriyyəti üçün təhlükəsiz...

05 Oktyabr 2026, 08:30

Sidiyi uzun müddət saxlamaq sidik kisəsini məşq etdirir, yoxsa zədələyir? – Uroloqdan XƏBƏRDARLIQ

Sidik ifrazını uzun müddət ertələmək gündəlik həyatda bir çox insanın etdiyi vərdişlərdən biridir. İş, yol, toplantı və ya başqa səbəblərdən tualetə getməyi gecikdirən insanlar bəzən bunun sidik kisəsini “məşq etdirdiyini” düşünürlər. Lakin mütəxəssislər sidiyin mütəmadi və uzun müddət saxlanılmasının sidik-ifrazı sisteminə mənfi təsir göstərə biləcəyini bildirirlər.Uroloq-androloq Nail Şirinov Citypost.az-a açıqlamasında bildirib ki, sidiyin uzun müddət saxlanılması sidik kisəsinin normal fəaliyyətinə mənfi təsir göstərə və zamanla sidik ifrazında müxtəlif problemlərə səbəb ola bilər.Həkimin sözlərinə görə, sidik kisəsi sidiyi müəyyən həddə qədər toplamaq və daha sonra normal şəkildə boşaltmaq funksiyasını yerinə yetirir. İnsan sidik ifrazı ehtiyacını uzun müddət dəf etdikdə isə sidik...

02 Oktyabr 2026, 10:30

Aritmiyası olanlara idman etmək olarmı? – Kardioloqdan vacib açıqlama

Ürək ritmində pozğunluq yaşayan insanların bir çoxu fiziki aktivlikdən uzaq durmağa çalışır. Xüsusilə səyirici aritmiyası olan pasiyentlər arasında idmanın ürəkdöyünməsini artıracağı, aritmiya tutmalarını çoxaldacağı və vəziyyəti ağırlaşdıra biləcəyi ilə bağlı narahatlıqlar geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş və nəzarət altında həyata keçirilən fiziki aktivlik bəzi pasiyentlər üçün əksinə, ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.Kardioloq Üzeyir Rəhimov Citypost.az-a açıqlamasında səyirici aritmiyası olan şəxslərdə fiziki aktivliyin mümkün təsirlərindən danışıb.Həkim bildirib ki, uzun müddət həm pasiyentlər, həm də bəzi hallarda həkimlər səyirici aritmiyası olan insanların idmanla məşğul olmasına ehtiyatla yanaşıblar. Bunun əsas səbəbi fiziki yükün ürəkdöyünməsini sürətləndirərək aritmiya tutmasına səbəb ola...

02 Oktyabr 2026, 09:30

Boyun və qoltuqaltında qaralma nəyin əlamətidir? – Endokrinoloqdan xəbərdarlıq

Bədəndə, xüsusilə boyun, qoltuqaltı və qasıq nahiyələrində dərinin tündləşməsi və qaralması bir çox insan tərəfindən sadəcə kosmetik problem kimi qəbul edilir. Lakin bəzi hallarda dəridə yaranan bu dəyişikliklər orqanizmdə gedən metabolik proseslərlə bağlı ola bilər. Mütəxəssislər bildirirlər ki, boyun nahiyəsində və dəri büküşlərində müşahidə olunan müəyyən tip qaralmalar insulin müqavimətinin əlamətlərindən biri kimi ortaya çıxa bilər.Endokrinoloq Hidayət Məmmədzadə Citypost.az-a açıqlamasında bildirib ki, tibbdə akantoz nigrikans adlandırılan bu vəziyyət xüsusilə boyun, qoltuqaltı, qasıq və digər dəri büküşlərində tündləşmiş, bəzən isə qalınlaşmış dəri sahələri ilə özünü göstərə bilər.Mütəxəssisin sözlərinə görə, akantoz nigrikans cəmiyyətdə geniş yayılmış insulin müqavimətinin xarici əlamətlərindən biri ola bilər....

02 Oktyabr 2026, 08:30