Bizə yazın

Baku

-°C

USD

-

Gənclərdə arterial təzyiq niyə yüksəlir? – Terapevtdən AÇIQLAMA

Tibb 09 Oktyabr 2026, 11:40

366

Arterial təzyiqin yüksəlməsi uzun illər əsasən yaşlı insanlarla əlaqələndirilsə də, son dövrlərdə gənclər arasında da bu şikayətlərlə həkimə müraciət edənlərin sayının artdığı müşahidə olunur. Xüsusilə stress, emosional gərginlik, təşviş və panik atak zamanı təzyiqin müvəqqəti yüksəlməsi mümkündür. Lakin gənc yaşda təzyiq artımını yalnız “sinir mənşəli” hesab etmək düzgün yanaşma sayılmır.

Mövzu ilə bağlı terapevt Afət Əsgərova Citypost.az-a açıqlamasında bildirib ki, gənclərdə arterial təzyiqin yüksəlməsində psixoemosional gərginliyin mühüm rolu ola bilər. Onun sözlərinə görə, insan qorxu, həyəcan, stress və ya panik vəziyyət keçirdikdə orqanizmin stress reaksiyası aktivləşir və nəticədə ürək döyüntüləri sürətlənə, damarlar darala və arterial təzyiq müvəqqəti olaraq yüksələ bilər.

“Gənclərdə arterial təzyiqin qalxması çox vaxt sinir mənşəli ola bilir. Onlar qorxu, həyəcan, panik atak keçirəndə, əsəbiləşəndə və ya emosional gərginlik yaşadıqda təzyiqin yüksəlməsi ilə qarşılaşa bilirlər. Xüsusilə son zamanlar müraciətlərdə gənclər arasında bu kimi hallara daha çox rast gəlirik. Belə vəziyyətlərdə stress və sinir amili mühüm rol oynaya bilər”, – deyə terapevt qeyd edib.

Həkimin sözlərinə görə, belə hallarda insanın vəziyyəti sakitləşdikdən sonra arterial təzyiq də normallaşa bilər. Bununla belə, təzyiqin sakitləşdikdən sonra aşağı düşməsi problemin mütləq şəkildə yalnız sinir mənşəli olduğunu göstərmir. Təzyiqin mütəmadi ölçülməsi və təkrarlanan hallarda səbəbin araşdırılması vacibdir.

Afət Əsgərova bildirib ki, arterial təzyiqin yüksəlməsinin səbəbləri arasında böyrək xəstəlikləri də xüsusi yer tutur. Böyrəklər orqanizmdə maye-duz balansının və arterial təzyiqin tənzimlənməsində mühüm rol oynadığı üçün böyrəklərlə bağlı bəzi xəstəliklər təzyiqin yüksəlməsinə səbəb ola bilər. Buna görə də gənc yaşda təzyiq yüksək çıxan şəxsdə yalnız stress faktoruna diqqət yetirmək kifayət deyil.

“Böyrək mənşəli təzyiq də ola bilər. Böyrək xəstəlikləri olan insanlarda arterial təzyiqin yüksəlməsi daha çox müşahidə edilir. Ona görə də gənc insanda təzyiq dəfələrlə yüksək ölçülürsə, bunun səbəbini müəyyənləşdirmək lazımdır. Sadəcə sakitləşdirici vasitə qəbul etməklə məsələni həll edilmiş hesab etmək olmaz”, – deyə terapevt vurğulayıb.

Mütəxəssis qeyd edib ki, stress zamanı təzyiqin yüksəlməsi orqanizmin normal stress reaksiyasının bir hissəsi ola bilər. İnsan qorxduqda və ya güclü həyəcan keçirdikdə stress hormonlarının təsiri ilə ürək daha sürətli döyünür, damarların tonusu dəyişir və arterial təzyiq yüksələ bilir. Stress aradan qalxdıqdan sonra bu göstəricilər əvvəlki səviyyəyə qayıda bilər.Lakin təzyiqin tez-tez yüksəlməsi artıq ayrıca qiymətləndirilməli olan vəziyyətdir. Xüsusilə gənc insanın heç bir emosional gərginlik olmadan təzyiqi yüksək ölçülürsə, səhərlər yüksək göstəricilər təkrarlanırsa və ya ailədə hipertoniya, ürək-damar və böyrək xəstəlikləri varsa, mütləq həkim müayinəsindən keçmək lazımdır.

Terapevtin sözlərinə görə, belə hallarda arterial təzyiqin düzgün ölçülməsi də mühüm əhəmiyyət daşıyır. İnsan ölçmədən əvvəl bir neçə dəqiqə sakit vəziyyətdə olmalı, fiziki aktivlik, kofein və siqaretdən sonra dərhal təzyiqini yoxlamamalıdır. Təzyiq müxtəlif günlərdə və fərqli vaxtlarda yüksək çıxırsa, nəticələri qeyd etmək həkimə səbəbi müəyyənləşdirməkdə kömək edə bilər.

Afət Əsgərova əlavə edib ki, gənclərdə arterial təzyiqin yüksəlməsinə həyat tərzi də təsir göstərə bilər. Yuxusuzluq, uzunmüddətli stress, fiziki aktivliyin azlığı, artıq çəki, həddindən artıq duz qəbulu, siqaret və bəzi digər amillər təzyiqin yüksəlməsi riskini artıra bilər. Buna görə də yalnız dərman qəbuluna deyil, gündəlik həyat tərzinə də diqqət yetirmək lazımdır.

Mütəxəssis onu da vurğulayıb ki, arterial təzyiqin yüksək olması hər zaman insanın özünü pis hiss etməsi ilə müşayiət olunmur. Bəzi şəxslərdə təzyiq uzun müddət yüksək qalsa belə, ciddi əlamətlər olmaya bilər. Bu səbəbdən “özümü yaxşı hiss edirəm, deməli təzyiqim normaldır” yanaşması düzgün deyil.Digər tərəfdən, panik atak və güclü təşviş zamanı təzyiqin yüksəlməsi ilə xroniki arterial hipertenziyanı bir-birindən ayırmaq lazımdır. Panik atak zamanı təzyiq müvəqqəti olaraq arta bilər, lakin bu, avtomatik olaraq şəxsdə hipertoniya xəstəliyinin olması demək deyil. Eyni zamanda, hər yüksək təzyiq göstəricisini də panik atak və ya stresslə əlaqələndirmək olmaz.

Həkimlərin əsas tövsiyəsi təzyiq yüksəldikdə özbaşına dərman qəbul etmək əvəzinə vəziyyəti düzgün qiymətləndirməkdir. Təzyiq təkrar-təkrar yüksək ölçülürsə, gənc yaşdan başlayaraq bunun səbəbi araşdırılmalıdır. Lazım gəldikdə terapevt tərəfindən kardioloji, böyrək və digər istiqamətlər üzrə müayinələrə ehtiyac müəyyən edilə bilər.

Beləliklə, gənclərdə arterial təzyiqin yüksəlməsində stress və emosional gərginlik mühüm amil ola bilər, lakin bunu bütün hallara şamil etmək olmaz. Təzyiqin təkrarlanan yüksək göstəriciləri böyrək xəstəlikləri, ürək-damar problemləri, hormonal və digər səbəblərlə də bağlı ola bilər. Buna görə də əsas məsələ yalnız təzyiqi aşağı salmaq deyil, onun niyə yüksəldiyini müəyyən etməkdir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Boğaz ağrısı virusdur, yoxsa bakteriya? – LOR həkimindən AÇIQLAMA

Boğaz ağrısı xüsusilə mövsümi xəstəliklərin artdığı dövrlərdə həm böyüklərdə, həm də uşaqlarda ən çox rast gəlinən şikayətlərdən biridir. Bəzən sadə soyuqdəymə kimi başlayan boğaz ağrısı bir neçə gün ərzində daha ciddi əlamətlərlə müşayiət oluna bilər. Bu zaman xəstələr və xüsusilə valideynlər üçün əsas suallardan biri boğaz infeksiyasının virus, yoxsa bakteriya mənşəli olmasıdır. Çünki hər boğaz ağrısı zamanı antibiotik istifadəsinə ehtiyac olmur.Mövzu ilə bağlı LOR həkimi Gülər Səmədova Citypost.az-a açıqlamasında bildirib ki, boğaz xəstəliklərinin yaranmasında əsas səbəblərdən biri viruslar, digəri isə bakteriyalardır. Həkimin sözlərinə görə, bu iki infeksiya növünün klinik əlamətləri bir-birindən müəyyən qədər fərqlənə bilər və xəstənin şikayətləri düzgün qiymətləndirilməlidir.“Boğaz...

09 Oktyabr 2026, 10:40

Xərçəng xəstəliyi genetikdirmi? – Ümumi cərrahdan AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə ən çox yayılan fikirlərdən biri bu xəstəliyin əsasən ailədən keçməsi və ailəsində xərçəng xəstəsi olmayan insanların bu təhlükədən sığortalanmasıdır. Lakin tibbi yanaşma göstərir ki, xərçəngin yaranmasını yalnız irsi faktorlarla əlaqələndirmək düzgün deyil. Əksər hallarda xəstəliyin meydana çıxmasında insanın həyat tərzi, ətraf mühit, qidalanma, artıq çəki, tütün istifadəsi və digər risk amilləri də mühüm rol oynayır.Mövzu ilə bağlı Citypost.az-a danışan ümumi cərrah Alim Əkbərov bildirib ki, cəmiyyətdə xərçəngin yalnız ailəvi və genetik xəstəlik olması ilə bağlı yanlış təsəvvür mövcuddur.Həkimin sözlərinə görə, xərçəng xəstəliyinin müəyyən hissəsi irsi-genetik meylliliklə əlaqəli olsa da, bütün xərçəng hallarını bununla izah etmək...

08 Oktyabr 2026, 10:30

Göbələk xəstəliyi niyə müalicəyə tabe olmur? – İnfeksionistdən AÇIQLAMA

Göbələk infeksiyaları cəmiyyətdə kifayət qədər geniş yayılmış xəstəliklər sırasında yer alır. Dərinin, dırnaqların, ağız boşluğunun, selikli qişaların və bədənin digər nahiyələrinin göbələk infeksiyalarına yoluxması mümkündür. Bəzi hallarda isə pasiyent müalicə almasına baxmayaraq xəstəlik tam sağalmır və ya müəyyən müddət sonra yenidən təkrarlanır. Bu vəziyyət həm xəstədə, həm də onun yaxınlarında “dərman niyə təsir etmir?” sualının yaranmasına səbəb olur.Mütəxəssislərin sözlərinə görə, göbələk xəstəliyinin uzun müddət davam etməsi hər zaman istifadə olunan preparatın təsirsiz olması anlamına gəlmir. Bəzən müalicə düzgün seçilməyə bilər, preparat düzgün istifadə olunmaya bilər və ya xəstə müalicə kursunu tam başa çatdırmaya bilər. Bununla yanaşı, orqanizmdə göbələk infeksiyasının davam...

08 Oktyabr 2026, 09:30

Panik atakdır, yoxsa ürək xəstəliyi? – Nevroloqdan AÇIQLAMA

Ürək döyüntüsünün qəfil sürətlənməsi, sinədə sıxılma, nəfəs darlığı, boğulma hissi, başgicəllənmə və güclü qorxu... Bu əlamətlər bir çox insan üçün ilk növbədə ürək xəstəliyini düşündürür. Xüsusilə şikayətlər qəfil başladıqda pasiyent ciddi təhlükə ilə üzləşdiyini düşünə və təşvişə düşə bilər. Lakin eyni əlamətlərin bir qismi panik atak zamanı da müşahidə oluna bilər.Məhz bu səbəbdən ürək xəstəliyi ilə panik atakın əlamətlərini yalnız pasiyentin öz müşahidəsinə əsasən ayırmaq düzgün deyil. Eyni şikayətin müxtəlif səbəblərdən yarana bilməsi diaqnostik yanaşmanı daha da vacib edir. Xüsusilə ilk dəfə meydana çıxan sinə ağrısı, nəfəs darlığı və ya ürəkdöyünmə hallarında insan bunun sadəcə panik atak olduğunu düşünərək həkimə...

08 Oktyabr 2026, 08:30

8 saat yatırsınız, amma səhər yorğun oyanırsınız? – Səbəblər AÇIQLANDI

Gecə kifayət qədər yatmasına baxmayaraq səhər özünü yorğun, halsız və enerjisiz hiss edən insanların sayı az deyil. Bir çox insan bunu gün ərzində çox işləmək, stress və ya yuxusuzluqla əlaqələndirir. Lakin gecə 7-8 saat yatıldığı halda səhər davamlı olaraq yorğun oyanmaq hər zaman yuxunun müddəti ilə bağlı olmaya bilər. Bəzi hallarda əsas problem yuxunun keyfiyyətinin aşağı olması və ya orqanizmdə müəyyən sağlamlıq probleminin mövcudluğu ilə əlaqəli ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, insanın neçə saat yatmasından əlavə, həmin müddətdə yuxunun nə qədər fasiləsiz və bərpaedici olması da mühüm əhəmiyyət daşıyır. Yuxu tez-tez bölünürsə və ya orqanizmin normal istirahətinə mane...

07 Oktyabr 2026, 10:30

Skoliozu evdə necə aşkar etmək olar? – Travmatoloq-ortopeddən AÇIQLAMA

Uşaqlarda onurğa əyriliklərinin vaxtında aşkar edilməsi gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə skoliozun ilkin mərhələlərində bəzi əlamətlər gözə çox dəyməyə bilər. Bu səbəbdən valideynlərin uşağın bədən quruluşunda və duruşunda yaranan dəyişikliklərə diqqət etməsi vacib hesab olunur.Bəs valideynlər skoliozun ilkin əlamətlərini ev şəraitində necə müşahidə edə bilərlər?Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında travmatoloq-ortoped İsmayıl Məhərrəmli bildirib ki, valideynlərin uşaqların onurğa və bədən simmetriyasına vaxtaşırı diqqət yetirməsi erkən şübhələnmə baxımından faydalı ola bilər. Onun sözlərinə görə, ev şəraitində aparılan belə müşahidə həkim müayinəsini əvəz etmir, lakin müəyyən dəyişiklikləri erkən görməyə və vaxtında mütəxəssisə müraciət etməyə kömək edə bilər.“Skoliozun...

07 Oktyabr 2026, 09:30