Bizə yazın

Baku

-°C

USD

-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib

Cəmiyyət 09 Oktyabr 2026, 13:12

252

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Bildirilib ki, müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirə zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, Nazirliyin şöbə müdiri və ərazi partiya təşkilatının sədr müavini Fazil Talıbov çıxış edərək dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında müəyyən etdiyi strateji hədəflərin və qarşıya qoyduğu vəzifələrin əhəmiyyətindən danışıblar. Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin, ictimai-siyasi sabitliyin və sosial-iqtisadi inkişafın təmin olunmasında fəal rol oynayır. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, milli maraqların etibarlı şəkildə qorunmasına və ölkənin davamlı inkişafına geniş imkanlar yaradıb. Natiqlər dövlətçilik ənənələrinə sadiqliyin, milli maraqların üstün tutulmasının, vətəndaşlara xidmət və diqqətin, eləcə də üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmanın hər bir YAP üzvünün fəaliyyətinin əsas prinsiplərindən olmasının vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki, partiyanın cəmiyyətdə geniş nüfuza malik olması və xalqla sıx əlaqələri onun qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində mühüm amildir. Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna bağlı şəkildə formalaşdırılmasının, onların elm və təhsil sahələrinə, müasir innovasiyalara və ictimai proseslərə fəal şəkildə cəlb edilməsinin əhəmiyyəti xüsusi qeyd olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin ölkənin müasir tarixində mühüm dönüş nöqtəsi olduğu vurğulanaraq, əldə olunan tarixi nailiyyətlərin gənc nəslə düzgün çatdırılmasının vacibliyi bildirilib. Müşavirədə qarşıdakı dövrdə ərazi partiya təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, partiya üzvlərinin ictimai fəallığının artırılması, həmrəyliyin möhkəmləndirilməsi və qarşıya qoyulan vəzifələrin yüksək məsuliyyətlə icra olunması ilə bağlı fikir və təkliflər səsləndirilib. Sonda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa dəstəyin davam etdirilməsinin, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin reallaşdırılmasında fəal iştirakın və ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir.Citypost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşam yağıntılar...

09 Oktyabr 2026, 12:55

Bakıda NATO-nun təlim kursu keçirilir 

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təliminin açılış mərasimi keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib.Bildirilib ki, təlim zamanı iştirakçılara NATO standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında təlimlərin Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində planlaşdırılması və icrası üzrə məşğələlər keçiriləcək.Qeyd olunub ki, bu cür təlimlər sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin artırılması və qarşılıqlı əlaqənin gücləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr...

09 Oktyabr 2026, 12:30

Xaçmazda mağazada yanğın olub 

Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən mağazada yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 400 kv.m. olan mağazada yerləşən vitrin soyuducularda baş vermiş yanğın genişlənərək mağazaya və binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində altı ədəd vitrin soyuducu və mağazanın plastikdən ibarət divarı 6kv.m sahədə yanıb.Mağazanın böyük hissəsi və yaşayış binası yanğından mühafizə olunub....

09 Oktyabr 2026, 12:12

MDB-nin növbəti sammiti 2027-ci ildə Buxarada keçiriləcək 

MDB-nin növbəti sammiti 2027-ci il oktyabrın 8-9-da Buxarada keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.

09 Oktyabr 2026, 12:05

Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlanıb

Cəbrayıl rayonu ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1966-cı il təvəllüdlü şəxs (kişi) dünən saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə Citypost.az-a TƏBİB-dən bildirilib.Ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.Qeyd edək ki, dünən Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2 mina partlayışı baş verib.Öncə Qəhrəmanov Orxan Əşrəf oğlu minaya düşərək xəsarət aklb. Daha sonra həmin əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman...

09 Oktyabr 2026, 11:21

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev oktyabrın 16-da saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Səbail rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də...

09 Oktyabr 2026, 11:15