Azərbaycanlılar da Kiyevi tərk edirlər
Cəmiyyət 09 Oktyabr 2026, 14:25
333
Kiyev meri Vitali Kliçko şəhər sakinlərini müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə köçməyi nəzərdən keçirməyə çağırıb. Bu çağırışdan sonra paytaxtda yaşayan azərbaycanlıların da vəziyyəti diqqət mərkəzinə gəlib. Rusiya ordusunun raket və dron hücumlarının intensivləşməsi mülki əhali üçün təhlükəni artırıb.
Citypoat.az xəbər verir ki, Modern.az Kiyevdə yaşayan azərbaycanlılarla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında o, bildirib ki, son bir aydan artıq müddətdə Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərləri Rusiyanın intensiv raket və dron hücumlarına məruz qalır.
Q.Osmanlının sözlərinə görə, hücumlar nəticəsində mülki şəxslər həlak olur, yaşayış binaları dağıdılır, infrastruktura ciddi ziyan dəyir:
“Vəziyyət, təbii ki, ağırdır. Amma buna baxmayaraq, həyat davam edir. Kiyev Ukraynanın paytaxtı və siyasi mərkəzi olduğundan hər gün hücumlara məruz qalır. Əvvəllər belə hal müşahidə olunmurdu. Kiyev milyonlarla insanın yaşadığı şəhərdir. Qeyri-rəsmi məlumatlara görə, burada təxminən 4 milyon nəfər yaşayır. Şəhərdəki soydaşlarımızın sayı da on minlərlə ölçülür. Təəssüf ki, son 10 gündə Rusiyanın Kiyevə raket və dron hücumları nəticəsində 6 soydaşımız dinc sakin kimi həlak olub. Onların nəşi Vətənə göndərilib və dəfn olunublar”.
Həmçinin oxuyun
Qalib Osmanlı Kiyev merinin çağırışının şəhər əhalisinin kütləvi şəkildə təxliyəsinə yönəlmədiyini qeyd edib.
O bildirib ki, əsas məqsəd, xüsusilə qadınların və uşaqların nisbətən təhlükəsiz ərazilərə, əsasən də Ukraynanın qərb vilayətlərinə getməsini təşviq etməkdir.
Diaspor rəsmisi xatırladıb ki, müharibənin ilk dövrlərində, vəziyyətin daha da ağır olduğu vaxtlarda soydaşlarımızın şəhərdən çıxmasına kömək məqsədilə qatar və avtobus reysləri təşkil edilib. Nəticədə on minlərlə insan Kiyevi tərk edib. Sonradan vəziyyət sabitləşdikcə, gedənlərin böyük hissəsi şəhərə qayıdıb.
“İndiki vəziyyətdə insanlarda müəyyən mənada müharibə şəraitinə uyğunlaşma formalaşıb. Onlar necə davranacaqlarına özləri qərar verirlər. Kiyevi fərdi qaydada tərk edən soydaşlarımız var, amma bu, kütləvi xarakter daşımır. Əksəriyyət ağır şəraitə baxmayaraq, şəhərdə qalaraq həyatını davam etdirməyə üstünlük verir”, -deyə Qalib Osmanlı vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev Xəzəryanı ölkələrin ortaq məsuliyyətini açıqladı
Xəzərin unikal ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.Ötən illər ərzində Xəzəryanı ölkələrin geniş müqavilə-hüquqi bazası formalaşdırdığını vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır.Prezident İlham Əliyev həmçinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək onun beş Xəzəryanı dövlətin çoxillik birgə işinin nəticəsi olduğunu söyləyib....
09 Oktyabr 2026, 13:52
İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış edib
Türkmənbaşı şəhərində oktyabrın 9-da Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
09 Oktyabr 2026, 13:44
İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları oktyabrın 9-da "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.Citypost.az xəbər verir ki, Azərbaycan stendində milli incəsənətə dair kitablar, xalçaçılıq, sənətkarlıq o cümlədən, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir.Ziyarətçilərə Azərbaycan mədəniyyəti, mətbəxi, istifadə olunan yerli məhsullar, onların hazırlanma üsulları və xüsusiyyətləri ilə bağlı geniş məlumat verilir....
09 Oktyabr 2026, 13:31
Məhkəmə-Tibbi Ekspertizada nələr baş verir? Cavid Cahangirli professoru devirmək istəyir
Redaksiyamıza daxil olan məlumatlar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində rəhbərlik məsələsi ətrafında ciddi sualların meydana çıxmasını göstərir. Məlumatlarda Birliyin baş direktoru, professor Ədalət Həsənov ilə Komission Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirli arasında direktorluq uğrunda münasibətlərin pik həddə çatdığı bildirilir. Daha ciddi iddia isə budur. Cavid Cahangirli baş direktor postuna yiyələnmək üçün müəyyən əlaqələrini və imkanlarını işə salıb. “Citypost.az” Mediatvaz.coma istinadən xəbər verir ki, Cavid Cahangirli nədənsə unudur ki, Azərbaycanda dövlət qurumunda rəhbər vəzifəyə kimi gətirilməsi şəxsi münasibətlər, tanışlıq və ya qeyri-rəsmi lobbiçiliklə deyil, peşəkarlıq, idarəçilik bacarığı və qanunvericilikdə nəzərdə tutulan prosedurlar əsasında həll edilir. Ortaya çox ciddi...
09 Oktyabr 2026, 13:29
Əsabil Qasımovun başı qalmaqalla və ya “ayaqqabıcütləyən”in anatomiyası
«Təzadlar» qəzetinin verdiyi xəbərə görə “Azər-Tikinti-şirkəti» MMC-nin vəzifəli şəxsləri barədə Nəsimi rayon Prokurorluğunda qaldırılmış cinayət işi üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq bölməsində araşdırılan cinayət işində adı keçən keçmiş deputat Əsabil Qarakişi oğlu Qasımov və MMC- nin İdarə Heyətinin sədri Mətin Əmiraslamov (məhkəmə və digər orqanlara saxta məktub verərək dövlət qurumlarını aldatdığına və s.) dünən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıblar. Xatırladırıq ki, adı çəkilən şirkət 21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq Dövlətin Sahibkarlıq Fondundan götürülmüş 2 (iki) milyon manat kreditinin təminatı üçün ipotekada yüklü olan 170m2 və 226m2 əmlakları girov saxlayanın- Əmanətlərin Sığortalanması Fondunun...
09 Oktyabr 2026, 13:27
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.Bildirilib ki, müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb....
09 Oktyabr 2026, 13:12