Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 

Cəmiyyət 09 Oktyabr 2026, 15:05

392

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb.

Citypost.az xəbər verir ki, oktyabrın 13-ü keçiriləcək iclasın gündəliyinə 13 məsələ daxil edilib.

1. “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

5. “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

7. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Falcom" MMC-də fəhləninin ölümünün açılmasına KİM MANE OLUR? -ŞOK VİDEO

2024-cü  ilin avqust ayının 15-i səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində "Falcom" MMC-də qeydə alınan faciəvi ölüm işi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Mərhum Elgün Əhmədovun qardaşı Elmir Əhmədov istintaqın birtərəfli aparıldığını, kobud qanun pozuntularına göz yumulduğunu və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edərək  CityPost.az-a açıqlama verib.Belə ki, Laçın rayonunun Qarakeçdi kənd sakini, jurnalistika fakültəsini bitirmiş və kompüter bilikləri olan Elgün Əhmədov şirkətə rəsmi olaraq fəhlə kimi götürülüb. Lakin onu işə aparan şəxs idarəetmə ilə danışarkən bildirib ki, qeydiyyat fəhlə kimi olacaq, ancaq o, operator işini öyrənəcək və bir aydan sonra operator işləyəcək.Hadisə günü Elgünü betonqarışdıran qurğunun ("meşalka") içərisini...

09 Oktyabr 2026, 15:15

Azərbaycanlılar da Kiyevi tərk edirlər

Kiyev meri Vitali Kliçko şəhər sakinlərini müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə köçməyi nəzərdən keçirməyə çağırıb. Bu çağırışdan sonra paytaxtda yaşayan azərbaycanlıların da vəziyyəti diqqət mərkəzinə gəlib. Rusiya ordusunun raket və dron hücumlarının intensivləşməsi mülki əhali üçün təhlükəni artırıb. Citypoat.az xəbər verir ki, Modern.az Kiyevdə yaşayan azərbaycanlılarla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı ilə əlaqə saxlayıb.Saytımıza açıqlamasında o, bildirib ki, son bir aydan artıq müddətdə Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərləri Rusiyanın intensiv raket və dron hücumlarına məruz qalır.Q.Osmanlının sözlərinə görə, hücumlar nəticəsində mülki şəxslər həlak olur, yaşayış binaları dağıdılır, infrastruktura ciddi ziyan dəyir:“Vəziyyət, təbii ki, ağırdır. Amma...

09 Oktyabr 2026, 14:25

İlham Əliyev Xəzəryanı ölkələrin ortaq məsuliyyətini açıqladı

Xəzərin unikal ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ümumi vəzifəsidir.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində bildirib.Ötən illər ərzində Xəzəryanı ölkələrin geniş müqavilə-hüquqi bazası formalaşdırdığını vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır.Prezident İlham Əliyev həmçinin 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini qeyd edərək onun beş Xəzəryanı dövlətin çoxillik birgə işinin nəticəsi olduğunu söyləyib....

09 Oktyabr 2026, 13:52

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış edib 

Türkmənbaşı şəhərində oktyabrın 9-da Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

09 Oktyabr 2026, 13:44

İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub 

Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları oktyabrın 9-da "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.Citypost.az xəbər verir ki, Azərbaycan stendində milli incəsənətə dair kitablar, xalçaçılıq, sənətkarlıq o cümlədən, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir.Ziyarətçilərə Azərbaycan mədəniyyəti, mətbəxi, istifadə olunan yerli məhsullar, onların hazırlanma üsulları və xüsusiyyətləri ilə bağlı geniş məlumat verilir....

09 Oktyabr 2026, 13:31

Məhkəmə-Tibbi Ekspertizada nələr baş verir? Cavid Cahangirli professoru devirmək istəyir

Redaksiyamıza daxil olan məlumatlar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində rəhbərlik məsələsi ətrafında ciddi sualların meydana çıxmasını göstərir. Məlumatlarda Birliyin baş direktoru, professor Ədalət Həsənov ilə Komission Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirli arasında direktorluq uğrunda münasibətlərin pik həddə çatdığı bildirilir. Daha ciddi iddia isə budur. Cavid Cahangirli baş direktor postuna yiyələnmək üçün müəyyən əlaqələrini və imkanlarını işə salıb. “Citypost.az” Mediatvaz.coma istinadən xəbər verir ki, Cavid Cahangirli nədənsə unudur ki, Azərbaycanda dövlət qurumunda rəhbər vəzifəyə kimi gətirilməsi şəxsi münasibətlər, tanışlıq və ya qeyri-rəsmi lobbiçiliklə deyil, peşəkarlıq, idarəçilik bacarığı və qanunvericilikdə nəzərdə tutulan prosedurlar əsasında həll edilir. Ortaya çox ciddi...

09 Oktyabr 2026, 13:29