Bizə yazın

Baku

-°C

USD

-

Məhkəmə-Tibbi Ekspertizada nələr baş verir? Cavid Cahangirli professoru devirmək istəyir

Cəmiyyət 09 Oktyabr 2026, 13:29

1625

Redaksiyamıza daxil olan məlumatlar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində rəhbərlik məsələsi ətrafında ciddi sualların meydana çıxmasını göstərir. Məlumatlarda Birliyin baş direktoru, professor Ədalət Həsənov ilə Komission Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirli arasında direktorluq uğrunda münasibətlərin pik həddə çatdığı bildirilir. Daha ciddi iddia isə budur. Cavid Cahangirli baş direktor postuna yiyələnmək üçün müəyyən əlaqələrini və imkanlarını işə salıb.

“Citypost.az” Mediatvaz.coma istinadən xəbər verir ki, Cavid Cahangirli nədənsə unudur ki, Azərbaycanda dövlət qurumunda rəhbər vəzifəyə kimi gətirilməsi şəxsi münasibətlər, tanışlıq və ya qeyri-rəsmi lobbiçiliklə deyil, peşəkarlıq, idarəçilik bacarığı və qanunvericilikdə nəzərdə tutulan prosedurlar əsasında həll edilir. Ortaya çox ciddi sual çıxır. Vəzifəyə layiq görülmək üçün peşəkar göstəricilər kifayət edirsə, şəxsi əlaqələr nə üçün lazımdır? Məhkəmə-Tibbi Ekspertiza sıradan bir inzibati sahə deyil. Burada hazırlanan ekspert rəyləri müxtəlif cinayət və mülki işlər üzrə mühüm hüquqi nəticələr doğura bilər. Bu səbəbdən həmin qurumun daxilində rəhbərlik uğrunda mümkün qarşıdurma barədə məlumatların ortaya çıxması avtomatik olaraq ictimai maraq kəsb edir. Əgər bu qurumda, problem varsa onun mahiyyəti də ictimaiyyətdən gizlədilməməlidir. Birliyin rəyhbərliyinin dəyişdirilməsi ilə bağlı hər hansı qərar və ya fikir varmı, C.Cahangirlinin baş direktor vəzifəsinə namizədliyi məsələsi həqiqətən müzakirə olunurmu? Səhiyyə Nazirliyində vəzifələrə təyinat görəsən doğurdanmı C.Cahangirlinin düşündüyü meyarlar əsasında götürülür? Bu sualların cavabı bir çox nüaslara aydınlıq gətirə bilər. Redaksiya hər iki şəxsin və Səhiyyə Nazirliyinin mövqeyini də dərc etməyə hazırdır. 

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kommisyon Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirlinin M.Ş.M. adlı şəxsdən saxta tibbi ekspertiza rəyi vermək üçün 40.000 manat rüşvət alması və bir il yarımdan sonra öz verdiyi rəyi ləğv etməsi ortaya çıxmışdı. Vətəndaş M.Ş.M-nin C.Cahangirlinin hərəkətlərindən etdiyi şikayət əsasında Baş Prokurorluğun İstintaq Baş İdarəsində araşdırma başlanmışdır. Lakin, hansısa naməlum səbəblərdən işin araşdırılması dayandırılıb. Hələlik vətəndaş isə M.Ş.M.-ya C.Cahangirlinin əməlləri barədə Baş Prokurorluq tərəfindən əlavə faktlar toplandıqdan sonra istintaq işinin yenilənəcəyini gözləmək qalır. 

Müşərrəfxanım  

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış edib 

Türkmənbaşı şəhərində oktyabrın 9-da Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir.Citypost.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

09 Oktyabr 2026, 13:44

İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub 

Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları oktyabrın 9-da "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.Citypost.az xəbər verir ki, Azərbaycan stendində milli incəsənətə dair kitablar, xalçaçılıq, sənətkarlıq o cümlədən, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir.Ziyarətçilərə Azərbaycan mədəniyyəti, mətbəxi, istifadə olunan yerli məhsullar, onların hazırlanma üsulları və xüsusiyyətləri ilə bağlı geniş məlumat verilir....

09 Oktyabr 2026, 13:31

Əsabil Qasımovun başı qalmaqalla və ya “ayaqqabıcütləyən”in anatomiyası

«Təzadlar» qəzetinin verdiyi xəbərə görə “Azər-Tikinti-şirkəti» MMC-nin vəzifəli şəxsləri barədə Nəsimi rayon Prokurorluğunda qaldırılmış cinayət işi üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq bölməsində araşdırılan cinayət işində adı keçən keçmiş deputat Əsabil Qarakişi oğlu Qasımov və MMC- nin İdarə Heyətinin sədri Mətin Əmiraslamov (məhkəmə və digər orqanlara saxta məktub verərək dövlət qurumlarını aldatdığına və s.) dünən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıblar. Xatırladırıq ki, adı çəkilən şirkət 21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq Dövlətin Sahibkarlıq Fondundan götürülmüş 2 (iki) milyon manat kreditinin təminatı üçün ipotekada yüklü olan 170m2 və 226m2 əmlakları girov saxlayanın- Əmanətlərin Sığortalanması Fondunun...

09 Oktyabr 2026, 13:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.Bildirilib ki, müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb....

09 Oktyabr 2026, 13:12

Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir.Citypost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşam yağıntılar...

09 Oktyabr 2026, 12:55

Bakıda NATO-nun təlim kursu keçirilir 

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təliminin açılış mərasimi keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib.Bildirilib ki, təlim zamanı iştirakçılara NATO standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında təlimlərin Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində planlaşdırılması və icrası üzrə məşğələlər keçiriləcək.Qeyd olunub ki, bu cür təlimlər sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin artırılması və qarşılıqlı əlaqənin gücləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr...

09 Oktyabr 2026, 12:30