Əsabil Qasımovun başı qalmaqalla və ya “ayaqqabıcütləyən”in anatomiyası
Cəmiyyət 09 Oktyabr 2026, 13:27
451
«Təzadlar» qəzetinin verdiyi xəbərə görə “Azər-Tikinti-şirkəti» MMC-nin vəzifəli şəxsləri barədə Nəsimi rayon Prokurorluğunda qaldırılmış cinayət işi üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq bölməsində araşdırılan cinayət işində adı keçən keçmiş deputat Əsabil Qarakişi oğlu Qasımov və MMC- nin İdarə Heyətinin sədri Mətin Əmiraslamov (məhkəmə və digər orqanlara saxta məktub verərək dövlət qurumlarını aldatdığına və s.) dünən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağrılıblar.
Xatırladırıq ki, adı çəkilən şirkət 21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq Dövlətin Sahibkarlıq Fondundan götürülmüş 2 (iki) milyon manat kreditinin təminatı üçün ipotekada yüklü olan 170m2 və 226m2 əmlakları girov saxlayanın- Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) və mülkiyyətçilərin razılığı olmadan 3-cü şəxslərə özbaşına satmışdır. Həmçinin, “Azər-Tikinti şirkəti» MMC-nin rəhbəri, sabiq deputat Əsabil Qasımov 21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinə əsasən, 170m2 və 226m2– -cəmi 396m2 sahə üçün, müqavilə bağlamadan isə özbaşına uçurduqları 85 m2 obyektlə birlikdə yekun, cəmi: 481 m2 sahəni mənimsəmiş, bir sözlə, mülkiyyətçi, “Tovuz-Konyak” Evinin rəhbəri, ölkədə tanınmış iş adamı Naiq Məmmədhəsənovun əmlak hüquqlarını dolayı yollarla ələ keçirmiş, rəhbəri olduğu şirkətin fəaliyyətini iflic vəziyyətə salmışdır…
Sabiq deputatın məhkəmə hakimləri ilə olan qanunsuz diltapmaları barədə də fakt iş üzrə çıxarılmış qanunsuz, saxta məhkəmə qərarları ilə sübut edilir. Redaksiyaya daxil olan məlumata görə, həmin hakimlərlə də bağlı intizam icraatı başlanılıb…
“Təzadlar” qəzetinin əldə etdiyi digər xəbərə görə Nəsimi rayon Prokurorluğunda faktla bağlı AR CM-nin 186.3 və 320.1 və 320.2 maddələri ilə 85 m2 sahənin özbaşına uçurulması epizodu üzrə № 260070465 saylı cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.
Əsabil Qasımovun adı oxuculara sosial şəbəkələrdən yaxşı tanışdır. Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev “Citypost.az”ın suallarını cavablandırarkən Ə.Qasımovu ayaqqabıcütləyən adlandırmışdı. Bu da cəmiyyətə sirr deyil ki, Ə.Qasımov zaman-zaman R.Mehdiyevin çətiri altında boy atmış birisidir. Ə.Qasımova yaxın mənbənin verdiyi xəbərə görə R.Mehdiyevin çöküşü onun Azərbaycandakı biznes imperiyasının açıq-aşkar axsamasına səbəb olub. O, biznesinin bir hissəsini Rusiyanın müxtəlif şəhərlərinə köçürməklə işini R.Mehdiyevin orada yaşayan erməni qohumları ilə davam etdirmək niyyətindədir.
“Citypost.az”a daxil olan xəbərə görə R.Mehdiyevin dönəmində Əsabil Qasımovun qardaşı Vüqar Qasımovun və digər ailə üzvlərinin himayəsində olan müxtəlif adlar altında fəaliyyət göstərən tikinti şirkətləri təkcə Nəsimi rayonu ərazisində 40-a yaxın yüksək mərtəbəli yaşayış binaları inşa etməyə müvəffəq olublar. Yaxın günlərdə həmin şirkətlərin adlarını və inşa etdikləri binaların foto şəkillərini sizə təqdim edəcəyik.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları oktyabrın 9-da "Avaza" Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.Citypost.az xəbər verir ki, Azərbaycan stendində milli incəsənətə dair kitablar, xalçaçılıq, sənətkarlıq o cümlədən, keramika, kəlağayı və şəbəkə sənəti nümunələri, həmçinin bunlarla bağlı məlumatlandırıcı videoçarxlar nümayiş etdirilir.Ziyarətçilərə Azərbaycan mədəniyyəti, mətbəxi, istifadə olunan yerli məhsullar, onların hazırlanma üsulları və xüsusiyyətləri ilə bağlı geniş məlumat verilir....
09 Oktyabr 2026, 13:31
Məhkəmə-Tibbi Ekspertizada nələr baş verir? Cavid Cahangirli professoru devirmək istəyir
Redaksiyamıza daxil olan məlumatlar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində rəhbərlik məsələsi ətrafında ciddi sualların meydana çıxmasını göstərir. Məlumatlarda Birliyin baş direktoru, professor Ədalət Həsənov ilə Komission Ekspertizalar Şöbəsinin rəisi Cavid Cahangirli arasında direktorluq uğrunda münasibətlərin pik həddə çatdığı bildirilir. Daha ciddi iddia isə budur. Cavid Cahangirli baş direktor postuna yiyələnmək üçün müəyyən əlaqələrini və imkanlarını işə salıb. “Citypost.az” Mediatvaz.coma istinadən xəbər verir ki, Cavid Cahangirli nədənsə unudur ki, Azərbaycanda dövlət qurumunda rəhbər vəzifəyə kimi gətirilməsi şəxsi münasibətlər, tanışlıq və ya qeyri-rəsmi lobbiçiliklə deyil, peşəkarlıq, idarəçilik bacarığı və qanunvericilikdə nəzərdə tutulan prosedurlar əsasında həll edilir. Ortaya çox ciddi...
09 Oktyabr 2026, 13:29
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.Bildirilib ki, müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb....
09 Oktyabr 2026, 13:12
Sabah Bakıya yağış yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da fasilələrlə yağış yağacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Axşam yağıntılar...
09 Oktyabr 2026, 12:55
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təliminin açılış mərasimi keçirilib.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib.Bildirilib ki, təlim zamanı iştirakçılara NATO standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında təlimlərin Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində planlaşdırılması və icrası üzrə məşğələlər keçiriləcək.Qeyd olunub ki, bu cür təlimlər sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin artırılması və qarşılıqlı əlaqənin gücləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr...
09 Oktyabr 2026, 12:30
Xaçmazda mağazada yanğın olub
Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən mağazada yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 400 kv.m. olan mağazada yerləşən vitrin soyuducularda baş vermiş yanğın genişlənərək mağazaya və binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.Yanğın nəticəsində altı ədəd vitrin soyuducu və mağazanın plastikdən ibarət divarı 6kv.m sahədə yanıb.Mağazanın böyük hissəsi və yaşayış binası yanğından mühafizə olunub....
09 Oktyabr 2026, 12:12