NATO Rusiyaya mümkün hücumlara qarşı xəbərdarlıq etməyə hazırlaşır
Dünya 12 Oktyabr 2026, 09:59
376
NATO-nun Avropadakı Ali Müttəfiq Qüvvələrinin komandanı, ABŞ generalı Aleksus Qrinkeviç Rusiyaya alyansın istənilən hücuma qarşı dayanmaq və qələbə qazanmaq imkanları barədə xəbərdarlıq edəcək.
Citypsot.az france24.com-a istinadən xəbər verir ki, generalın bazar ertəsi Varşavada keçiriləcək təhlükəsizlik konfransında NATO-nun çəkindirmə və müdafiə strategiyasını təqdim edəcəyi gözlənilir. Bu addım Rusiyanın Qərb ölkələrinə qarşı mümkün hibrid hücumları ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir.
Qərb rəsmiləri son hadisələrin Moskvanın təxribat fəaliyyətləri ilə bağlı narahatlıqları gücləndirdiyini bildirirlər. NATO isə alyansın əsas məqsədinin mümkün təcavüzün qarşısını almaq və üzv ölkələri qorumaq olduğunu vurğulayır.
Həmçinin oxuyun
NATO-nun baş katibi Mark Rutte ölkələri Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. Eyni zamanda, ABŞ-ın Avropadakı hərbi qüvvələrinin mümkün ixtisarları ilə bağlı müttəfiqlər arasında narahatlıq artır və Avropa ölkələri müdafiə imkanlarını gücləndirməyə çalışırlar.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
MLB-də çempionluq mübarizəsi: Klivlend 78 illik həsrəti bitirmək istəyir
ABŞ-ın Beysbol üzrə Böyük Liqasında (MLB) Klivlend Guardians komandası 1948-ci ildən davam edən çempionluq həsrətinə son qoymaq üçün mübarizə aparır. Komandanın növbəti rəqibi tarixində ilk dəfə titul qazanmağa çalışan Tampa Bay Rays olacaq. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Amerika Liqası Çempionat Seriyasının ilk oyunu oktyabrın 12-də Tampa Baydə keçiriləcək. Yeddi oyuna qədər davam edə bilən seriyanın qalibi Dünya Seriyasına vəsiqə qazanacaq.Tampa Bay Rays ikinci mərhələdə New York Yankees komandasını mübarizədən kənarlaşdırıb. Komanda müntəzəm mövsümü 98 qələbə və 64 məğlubiyyətlə başa vurub. Klivlend Guardians isə 85 qələbə qazanıb.Klivlend sonuncu dəfə 2016-cı ildə Dünya Seriyasına yüksəlib, lakin həlledici qarşılaşmada Chicago Cubs...
12 Oktyabr 2026, 09:56
BMT rəsmisi: Təbiət siyasi sərhədlərə hörmət etmir
BMT-nin biomüxtəliflik üzrə rəhbəri Astrid Şomaker ölkələri təbiətin qorunması istiqamətində səyləri gücləndirməyə çağırıb. O bildirib ki, geosiyasi qarşıdurmalar və iqtisadi çətinliklərə baxmayaraq, biomüxtəlifliyin qorunması beynəlxalq əməkdaşlıq tələb edir. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şomakerin sözlərinə görə, oktyabrın 19-da İrəvanda başlayacaq BMT-nin biomüxtəliflik üzrə COP17 sammitində 2030-cu ilədək təbiətin qorunması hədəflərinə nail olmaq yolları müzakirə ediləcək.O qeyd edib ki, ölkələr quru və okeanların 30 faizinin qorunması, çirklənmənin azaldılması və nəsli kəsilməkdə olan növlərin mühafizəsi ilə bağlı öhdəliklərin əksəriyyətini hələ yerinə yetirməyiblər.Şomaker təbiətin deqradasiyasının qida və su təhlükəsizliyinə ciddi təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, 2030-cu il hədəflərinə çatmaq üçün maliyyələşmə...
12 Oktyabr 2026, 09:53
Hindistanda etirazlar zamanı polis zorakılığı iddiaları gündəmə gəlib
Hindistanda müxalifət liderləri və jurnalistlər həftəsonu keçirilən etiraz aksiyaları zamanı polisi zorakılıqda ittiham ediblər. Citypost.az AFP-ə istinadən xəbər verri ki,etirazlar seçici siyahılarının yenidən nəzərdən keçirilməsi zamanı qanun pozuntularına yol verildiyi iddiaları ilə bağlıdır. Müxalifət hesab edir ki, bu proses Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hakim Bharatiya Janata Partiyasına (BJP) üstünlük qazandıra bilər. Seçki Komissiyası isə qanun pozuntuları iddialarını rədd edir.Məlumata görə, nümayişlər zamanı minlərlə insan saxlanılıb, onların əksəriyyəti sonradan sərbəst buraxılıb. “Sərhədsiz Reportyorlar” təşkilatı isə etirazları işıqlandıran ən azı 16 jurnalistin saxlanıldığını bildirib.Müxalifət lideri Rahul Qandi tərəfdarlarını yeni yürüşlərə çağırıb. Etirazçılar Baş Seçki Komissarı Gyaneş Kumarın istefasını tələb edirlər.Tənqidçilər...
12 Oktyabr 2026, 09:51
Merzin partiyası regional seçkilərdə zərbə aldı – CDU-da QAPALI MÜZAKİRƏLƏR
Almaniyanın hakim Xristian Demokrat İttifaqı (CDU) regional seçkilərdəki məğlubiyyətlər və ölkə üzrə reytinqlərinin azalması fonunda ciddi böhran yaşayır. Citypost.az DPA agentliyinə istinadən xəbər verir ki, Kansler Fridrix Merzin rəhbərlik etdiyi partiyanın rəhbərliyi seçicilərin etimadını bərpa etmək məqsədilə Berlində qapalı məsləhətləşmələrə başlayıb. Görüşlərdə iqtisadiyyat, miqrasiya, təhlükəsizlik, pensiya və səhiyyə məsələləri müzakirə olunur.Sentyabrda keçirilən regional seçkilərdə CDU bir sıra ciddi məğlubiyyətlərlə üzləşib. Partiyanın dəstəyi bəzi sorğularda 20 faizdən aşağı düşüb. Eyni zamanda, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının mövqelərini gücləndirməsi mühafizəkarlar üzərində təzyiqi artırıb.CDU daxilində partiyanın gələcək siyasi kursu ilə bağlı fikir ayrılıqları da mövcuddur. Bəzi üzvlər sağa yönəlməyin, digərləri isə mərkəzçi...
12 Oktyabr 2026, 09:47
Rusiya və Ukrayna enerji atəşkəsinə razılaşıb
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə qarşı hücumları qarşılıqlı dayandırmaq barədə razılığa gəldiyini bildirib.CİTYpOST.AZ xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsindəki paylaşımında yazıb."Bu andan etibarən Rusiya ilə Ukrayna arasındakı müharibədə enerji atəşkəsi qüvvədədir. Hər iki tərəf razılaşıb. Onu pozmayın!", – deyə Tramp qeyd edib.
11 Oktyabr 2026, 19:52
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
Ermənistanda hərbi qulluqçunun meyiti odlu silah yarası ilə aşkarlanıb.Citypost.az "Sputnik-Armenia"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.Qurumun məlumatına görə, hərbçinin meyiti bu gün aşkarlanıb. Hadisənin səbəblərinin və şəraitinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb. (APA)
10 Oktyabr 2026, 14:39