Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanlayıb

Cəmiyyət 16 Oktyabr 2026, 10:27

453

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Citypost.az  xəbər verir ki, müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Sizi Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları olaraq dərin hörmətlə salamlayırıq.

Azərbaycan jurnalistikası ilk gündən xalqımızın maariflənməsinə, milli özünüdərkin, vətənpərvərlik şüurunun, müstəqillik amalının formalaşmasına və möhkəmlənməsinə xidmət etmişdir. Böyük fədakar maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat cəmiyyətimizin tərəqqisi, xalqımızın ali dəyərlər ətrafında birləşərək aydın gələcək inşa etməsi naminə yorulmadan çalışmışdır.

Ümummilli Liderimiz Heydər Əliyev azad sözü demokratik dövlət quruculuğunun mühüm dayağı hesab edərək, medianın ictimai rolunu yüksək qiymətləndirmiş və onun inkişafına xüsusi diqqət göstərmişdir.

Sizin rəhbərliyinizlə bu müdrik siyasi xətt yeni parlaq məzmun və daha çevik inkişaf ahəngi qazanmışdır. Medianın imkanlarının genişləndirilməsi, jurnalistlərin peşəkarlığının və sosial müdafiəsinin gücləndirilməsi yolundakı irəliləyişlər də bu inkişafın bariz göstəricisidir. İnanırıq ki, bu istiqamətdə həyata keçirilən davamlı islahatlar Azərbaycan mediasının peşəkarlıq səviyyəsini və beynəlxalq nüfuzunu daha da yüksəldəcəkdir.

Möhtərəm cənab Prezident!

Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsi və müstəqil mövqeyinin bütün platformalarda uğurla ifadə olunması müasir mərhələdə jurnalistlərimizin də qarşısına mühüm vəzifələr qoyur. Dövlətimizin uğurlu siyasətini, müstəqil inkişaf yolumuzu, müasir qüdrətli Azərbaycana dair həqiqətləri düzgün təqdim etməyi biz həm ümdə peşə borcumuz, həm də vətəndaşlıq məsuliyyətimizin tələbi sayırıq.

Bütün çıxışlarınız kimi, Yeni Azərbaycan Partiyasının oktyabrın 2-də keçirilmiş VIII Qurultayındakı nitqiniz Azərbaycanın tarixi yolunu, bugünkü hədəflərini və gələcək prioritetlərini vahid mövqedə birləşdirdi və jurnalistikamız üçün də yeni hədəflər müəyyənləşdirdi. İnternetin, kiberhücumların və süni intellektin təsir imkanlarının genişləndiyi dövrdə ideoloji risklərə və informasiya təxribatlarına qarşı mübarizə barədə fikirləriniz media üçün mühüm yenilənməyə və daha məqsədyönlü fəaliyyətə çağırışdır.

Azərbaycan jurnalistləri doğru məlumatları hər cür manipulyasiyaya çevrilmədən ayırmağın, ictimai fikirdə çaşqınlığa yol verməməyin və informasiya təhlükəsizliyinə xidmət göstərməyin məsuliyyətini aydın şəkildə dərk edirlər.

Möhtərəm cənab Prezident!

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları bəyan edirlər ki, dövlət müstəqilliyimizin qorunması, milli birliyimizin möhkəmləndirilməsi və həqiqətlərimizin dünyaya obyektiv çatdırılması üçün bundan sonra da peşəkarlıqla çalışacaqlar. Jurnalistlərimiz dünyəvilik prinsiplərinin cəmiyyətdə möhkəmlənməsi, ictimai mühitimizə yad təsirlərin qarşısının alınması, tolerantlığın və vətəndaş həmrəyliyinin təşviqi işinə bütün təcrübə və bacarıqları ilə yeni töhfələr verməyə hazırdırlar. Sizi əmin edirik ki, media mənsubları olaraq Azərbaycanın dövlətçilik əsaslarının qorunması və gücləndirilməsi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və qətiyyətli səylər göstərəcəyik.

Sizə Azərbaycanın milli-dövlətçilik maraqlarını daim uca tutduğunuza, xalqa təmənnasız xidmət nümunəsi göstərdiyinizə, o cümlədən jurnalistlərə olan yüksək diqqət və qayğınıza görə minnətdarlığımızı bildirir, Vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Uca Tanrı yardımçınız olsun!”

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rey Kərimoğlu üzv təşkilatlara çağırış etdi: “Bu məbləği ödəmək çətin deyil”

Azərbaycan Mətbuat Şurasına üzv olan bəzi təşkilatlar üzvlük haqqını ödəməyiblər.Citypost.az  xəbər verir ki, bunu Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı bildirib.O qeyd edib ki, Mətbuat Şurasına üzv olan və qurultayda təmsil edilən təşkilatların üzvlük haqqını ödəməsi nizamnamənin tələbidir.“Gündəlik qəzetlər və saytlar üçün üzvlük haqqı 148 manat, həftəlik qəzetlər üçün isə 99 manatdır. Məncə, bu məbləği ödəmək çətin deyil”, – deyə Rey Kərimoğlu vurğulayıb.Qeyd edək ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Onlardan 201 nəfəri qurultayda iştirak edir.Qurultay çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinə seçkilərin...

16 Oktyabr 2026, 10:59

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.Bu barədə Citypost.az  cavab olaraq, Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.Qeyd edək ki, oktyabrın 14-ü onun vəziyyəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.

16 Oktyabr 2026, 10:48

Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub

Azərbaycan Mətbuat Şurasına qurultaylararası dövr ərzində ümumilikdə 815 şikayət daxil olub. Onlardan 691-i Katiblik səviyyəsində həllini tapıb və tərəflər arasında anlaşma əldə olunub.Citypost.az  xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında hesabat çıxışı zamanı bildirib.Onun sözlərinə görə, qalan 124 şikayət üzrə razılıq əldə olunmadığından toplanmış materiallar baxılması üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.“Komissiyada baxılan 124 məsələdən 86-sı bu mərhələdə həllini tapıb. Digər 38 məsələ ilə bağlı rəylər qərar qəbul edilməsi üçün İdarə Heyətinə təqdim olunub. Beləliklə, Mətbuat Şurasının İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar qəbul edib”, – deyə Rəşad Məcid bildirib.Şura sədri qeyd...

16 Oktyabr 2026, 10:29

Azərbaycan Pakistanda məktəb qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məktəb binasının bir hissəsinin uçması nəticəsində çox sayda şagird və müəllimin həlak olması ilə bağlı başsağlığı verib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.“Qardaş İslam Respublikası Pakistanın Peşəvərdə məktəb binasının bir hissəsinin faciəvi şəkildə uçması nəticəsində çox sayda şagird və müəllimin həyatını itirməsi ilə bağlı dərin hüznlə başsağlığı verir və səmimi kədərimizi bildiririk.Həlak olanların ailələrinin kədərini bölüşür, bu ürəkdağlayan faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk”, – paylaşımda qeyd olunub.Qeyd edək ki, ötən gün Pakistanda məktəbin damının uçması nəticəsində 29 nəfər ölüb. Ölənlər arasında 28 uşaq var. 40-dan çox...

16 Oktyabr 2026, 10:05

Mətbuat Şurasının IX qurultayı keçirilir

Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mətbuat Şurasının IX qurultayı keçirilir.Citypost.az xəbər verir ki, toplantıda ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib.Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məciddir....

16 Oktyabr 2026, 09:06

Niyə biz bacarmırıq?” – Aygün Muradxanlı Bakıdakı tıxacdan yazdı

Tanınmış jurnalist Aygün Muradxanlı Bakıda nəqliyyat sıxlığından narazılığını ifadə edib. O, bir neçə il əvvəl Avropa İttifaqının Riqa zirvə toplantısında iştirakını xatırladaraq, çoxsaylı dövlət başçılarının bir araya gəldiyi tədbir zamanı belə şəhərdə tıxac və gərginlik olmadığını bildirib.Citypost.az xəbər verir ki, Aygün Muradxanlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Bir neçə il qabaq Avropa Birliyinin Riqa zirvəsindəydim. 30-a yaxın AB ölkəsinin hamısı ya prezident, ya da baş nazirlər səviyyəsində təmsil olunurdular. Riqa da Bakının ortası boyda yer… Nə tıxac vardı, nə gərginlik. 48 dəqiqədir Babək körpüsünün üstündə oturub fikirləşirəm, niyə biz bacarmırıq? Nədir səbəb?Ümidim bir onadır ki, axırıncı qonğın kostümeri Bakıdan...

16 Oktyabr 2026, 09:00