Rəşad Məcid: Ötən dövrdə Mətbuat Şurasına 815 şikayət daxil olub
Cəmiyyət 16 Oktyabr 2026, 10:29
505
Azərbaycan Mətbuat Şurasına qurultaylararası dövr ərzində ümumilikdə 815 şikayət daxil olub. Onlardan 691-i Katiblik səviyyəsində həllini tapıb və tərəflər arasında anlaşma əldə olunub.
Citypost.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan jurnalistlərinin IX qurultayında hesabat çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qalan 124 şikayət üzrə razılıq əldə olunmadığından toplanmış materiallar baxılması üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.
“Komissiyada baxılan 124 məsələdən 86-sı bu mərhələdə həllini tapıb. Digər 38 məsələ ilə bağlı rəylər qərar qəbul edilməsi üçün İdarə Heyətinə təqdim olunub. Beləliklə, Mətbuat Şurasının İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar qəbul edib”, – deyə Rəşad Məcid bildirib.
Həmçinin oxuyun
Şura sədri qeyd edib ki, qəbul olunan qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyinin işıqlandırılmasına etinasız yanaşması diqqətə çatdırılıb və bununla bağlı müvafiq tövsiyələr verilib.
Rəşad Məcid Mətbuat Şurasına ünvanlanan şifahi müraciətlərin sayının da kifayət qədər çox olduğunu vurğulayıb:
“Şuraya daxil olan şifahi müraciətlərin sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur. Bir çox hallarda bu müraciətlərdə jurnalistlərdən narazılıq ifadə olunsa da, məsələlərin mahiyyəti Mətbuat Şurasının səlahiyyətlərinə aid olmayıb. Bununla belə, tərəflərlə şifahi danışıqlar aparmaqla çoxsaylı məsələlərin həllinə nail olmuşuq”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rey Kərimoğlu üzv təşkilatlara çağırış etdi: “Bu məbləği ödəmək çətin deyil”
Azərbaycan Mətbuat Şurasına üzv olan bəzi təşkilatlar üzvlük haqqını ödəməyiblər.Citypost.az xəbər verir ki, bunu Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı bildirib.O qeyd edib ki, Mətbuat Şurasına üzv olan və qurultayda təmsil edilən təşkilatların üzvlük haqqını ödəməsi nizamnamənin tələbidir.“Gündəlik qəzetlər və saytlar üçün üzvlük haqqı 148 manat, həftəlik qəzetlər üçün isə 99 manatdır. Məncə, bu məbləği ödəmək çətin deyil”, – deyə Rey Kərimoğlu vurğulayıb.Qeyd edək ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Onlardan 201 nəfəri qurultayda iştirak edir.Qurultay çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinə seçkilərin...
16 Oktyabr 2026, 10:59
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.Bu barədə Citypost.az cavab olaraq, Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.Qeyd edək ki, oktyabrın 14-ü onun vəziyyəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.
16 Oktyabr 2026, 10:48
Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezidentə müraciət ünvanlayıb
Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:“Möhtərəm cənab Prezident!Sizi Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları olaraq dərin hörmətlə salamlayırıq.Azərbaycan jurnalistikası ilk gündən xalqımızın maariflənməsinə, milli özünüdərkin, vətənpərvərlik şüurunun, müstəqillik amalının formalaşmasına və möhkəmlənməsinə xidmət etmişdir. Böyük fədakar maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat cəmiyyətimizin tərəqqisi, xalqımızın ali dəyərlər ətrafında birləşərək aydın gələcək inşa etməsi naminə yorulmadan çalışmışdır.Ümummilli Liderimiz Heydər Əliyev azad sözü demokratik dövlət quruculuğunun mühüm dayağı hesab edərək, medianın ictimai rolunu yüksək qiymətləndirmiş və onun inkişafına xüsusi diqqət göstərmişdir.Sizin rəhbərliyinizlə bu müdrik siyasi xətt yeni parlaq məzmun və daha çevik...
16 Oktyabr 2026, 10:27
Azərbaycan Pakistanda məktəb qəzasında həlak olanların ailələrinə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda məktəb binasının bir hissəsinin uçması nəticəsində çox sayda şagird və müəllimin həlak olması ilə bağlı başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.“Qardaş İslam Respublikası Pakistanın Peşəvərdə məktəb binasının bir hissəsinin faciəvi şəkildə uçması nəticəsində çox sayda şagird və müəllimin həyatını itirməsi ilə bağlı dərin hüznlə başsağlığı verir və səmimi kədərimizi bildiririk.Həlak olanların ailələrinin kədərini bölüşür, bu ürəkdağlayan faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk”, – paylaşımda qeyd olunub.Qeyd edək ki, ötən gün Pakistanda məktəbin damının uçması nəticəsində 29 nəfər ölüb. Ölənlər arasında 28 uşaq var. 40-dan çox...
16 Oktyabr 2026, 10:05
Mətbuat Şurasının IX qurultayı keçirilir
Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mətbuat Şurasının IX qurultayı keçirilir.Citypost.az xəbər verir ki, toplantıda ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib.Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məciddir....
16 Oktyabr 2026, 09:06
Niyə biz bacarmırıq?” – Aygün Muradxanlı Bakıdakı tıxacdan yazdı
Tanınmış jurnalist Aygün Muradxanlı Bakıda nəqliyyat sıxlığından narazılığını ifadə edib. O, bir neçə il əvvəl Avropa İttifaqının Riqa zirvə toplantısında iştirakını xatırladaraq, çoxsaylı dövlət başçılarının bir araya gəldiyi tədbir zamanı belə şəhərdə tıxac və gərginlik olmadığını bildirib.Citypost.az xəbər verir ki, Aygün Muradxanlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Bir neçə il qabaq Avropa Birliyinin Riqa zirvəsindəydim. 30-a yaxın AB ölkəsinin hamısı ya prezident, ya da baş nazirlər səviyyəsində təmsil olunurdular. Riqa da Bakının ortası boyda yer… Nə tıxac vardı, nə gərginlik. 48 dəqiqədir Babək körpüsünün üstündə oturub fikirləşirəm, niyə biz bacarmırıq? Nədir səbəb?Ümidim bir onadır ki, axırıncı qonğın kostümeri Bakıdan...
16 Oktyabr 2026, 09:00