COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub
Cəmiyyət 01 Noyabr 2024, 11:00
24939
Azərbaycanda 11-22 noyabr tarixlərində keçiriləcək COP29 sammitində iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum olub.
Bu barədə CityPost.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir.
Qeyd olunub ki, 20-dən çox departament, agentlik və təşkilatdan olan yüksək vəzifəli rəsmilərin daxil olduğu nümayəndə heyətinə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq edəcək. Belə ki, rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderlik mövqeyini vurğulamaq və güclü nəticələrinə nail olunması istiqamətində işləmək üçün Bakıya səfər edəcəklər.
Həmçinin oxuyun
Məlumata əsasən nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cennifer Qranholm, prezidentin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk, daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Yenkins və digərləri daxildir.
Həmçinin nümayəndə heyəti tərkibində iqlim dəyişikliyi, silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq, ticarət və investisiya, gənclərlə bağlı fəaliyyət göstərən geniş sayda digər ABŞ rəsmiləri də Bakıya səfər edəcəklər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə edib
Əlisa Nicat: “Azərbaycan xalqı yoxdur. Mənim xalqım Azərbaycan xalqı deyil, mənin xalqım Azərbaycan xalqının min nəfəridir”. Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə edib: "Baxın, müxtəlif yazıçılar fikirlərini bu cür ifadə edir. Deyirlər, məsələn, mənim oxucum 100 nəfərdir. Mənim xalqım 1000 nəfərdir. Yəni, bunu o mənada deyirlər ki, onu duyan, onu başa düşən xalqın içində 1000 nəfərdir. Kimsə bu şəkildə danışırsa, bu o demək deyil ki, xalqı aşağılayır, yaxud xalqına nifrət edir, öz xalqını sevmir..." Dostum, Şahbaz bəyin qardaşı Sabir Rüstəxanlınının çoxcildlik əsərlərinin təqdimatında şair bədbin bir ifadə işlətdi: "Nə olsun ki, yazırıq, oxuyan yoxdur". Şair həqiqəti söylədi. Ötən əsrin 80-ci illərinin...
22 Avqust 2026, 13:00
ƏLİMİZDƏKİ NEMƏTLƏRİN DƏYƏRİNİ BİLİRİKMİ?- Deputat Ceyhun Məmmədov
Su həyatdır. Amma biz çox vaxt onun həqiqi dəyərini yalnız çatışmadığı zaman anlayırıq.Orta hesabla bir insanın yalnız içmək üçün ömrü ərzində təxminən 50–60 min litr suya ehtiyacı ola bilər. Bəs biz bu qədər vacib olan suya gündəlik həyatımızda necə yanaşırıq?Kranı açıq qoyub gedirik, bağlamağı unuduruq. Diş fırçalayarkən suyu boş yerə axıdırıq. Maşın və həyət yuyarkən ehtiyacdan artıq su sərf edirik. Sızan kranı isə günlərlə təmir etdirmirik.Amma sayğac gələndə davranışımız dəyişir. Çünki artıq hər litr suyun hesabını görürük. Suyun neçə kubmetr sərf edildiyini bilirik və daha diqqətli oluruq.Bəs suyun sayğacı olmasaydı?Yenə də qənaət edərdikmi?Əsl məsuliyyət suyun pulunu ödəməkdən deyil, onun dəyərini...
22 Avqust 2026, 12:40
Bəs tarix bizə nə göstərir? -Orxan Saffari yazır
Azərbaycanın ilk Xalq yazıçısı olan Aleksandr Şirvanzadə, əslən erməni olsa da, 1858-cu ildə Şamaxıda doğulmuş, on beş yaşına qədər Şamaxıda yaşamış və daha sonra Bakıya gəlmişdir. Səkkiz il Bakıda yaşadıqdan sonra isə ömrünün qalan hissələrini Paris, Tbilisi, ABŞ-də başa vurub. Maraqlıdır, bəs nə üçün Azərbaycanın ilk Xalq yazıçısı erməni oldu və buna təşəbbüs necə yarandı?Daha dəqiq, bu, məqsədli idi, yoxsa doğrudan da ədəbi fəaliyyətə verilən qiymət? Əvvəlcə, Şirvanzadənin ədəbi fəaliyyətinin 50 illik yubileyindəki nitqinə baxmaq lazımdır:“Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim. Mən dərhal Qafqaza qayıtmaq istəyirdim. Mən dərindən inanırdım ki, bolşeviklər gələndən sonra orada artıq həyat və müntəzəm quruculuq işləri...
22 Avqust 2026, 11:15
Kimlərinsə oyununa qurban gedən oğulladan biri...
Kimlərinsə oyununa qurban gedən oğulladan biri... Ruhun şad, məkanın cənnət olsun, Vətən Oğlu!Yelmar MəmmədovYelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından anasını itirmişdir. Anadan yetim qalan balaca Yelmar körpəlikdən həyatın acılarını dadmış, zəhmətin nə olduğunu öyrənmişdir.Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir.1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.1976-cı ildə hərbi xidmətə gedir. Hərbi xidmətini RSFSR-in Çita şəhərində başa vurur.Hərbi xidmətdən sonra, 1978-ci ildə təsadüf nəticəsində Daşkəndə gəlir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd...
22 Avqust 2026, 10:55
HAYANDA OLSAM... "Ol həyat əhlinə heyranəm ki, hicranındadır"...
. HAYANDA OLSAM... "Ol həyat əhlinə heyranəm ki, hicranındadır"... ( M.Füzuli)@öne çıkar Ey mələk, ey sənəm, ey pəri "cadu",Ey fələk titrədən ahımın udu,Ey ud nəfəsimin udulu odu,İlk vəfa borcumla ön işim sənsən!Ey can, bu can evim talan-talandı,Onsuz olanlarım əzab olandı...Üz tutub getməyin sonu dalandı...Yolumda yoxuşum, enişim sənsən.Çox ocaq görmüşəm, küldü, yanmayır...Çox tale rəndəsi ömür yonmayır...Hər əsən budağa quşum qonmayır...Mehrim, məhrəmanə isnişim sənsən.Nə ölkə fərqi var, nə qitə mənə,Tək sən adlı ünvan çox ötə mənə!Bir susqun pıçıltın kaş yetə mənə,Lal, donuq halımla dinəşim sənsən.Səmti nizamlayan...
22 Avqust 2026, 10:44
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi Mürşüd Nərimanov dəfn olunub
Avqustun 21-də Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Nərimanov Mürşüd Nadir oğlunun nəşi İmişli rayonunun Məzrəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində şəhidin doğmaları ilə yanaşı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kollektivləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Mərasimdə şəhidin ruhuna dualar oxunub, Vətən uğrunda canından keçən bütün qəhrəmanların xatirəsi ehtiramla yad edilib, mərasim iştirakçıları şəhid ailəsinə səbir və dözüm arzulayıblar. Dəfn mərasimi zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. İcra başçısı Elçin Rzayev çıxış edərək...
21 Avqust 2026, 18:45