Bizə yazın

Baku

-°C

USD

-

Qazinin anasını döyən həkim: "Soyunmağı xoşlamıram" - MƏHKƏMƏ

Cəmiyyət 07 Noyabr 2024, 12:35

11134

Şirvan Şəhər Xəstəxanasında Vətən müharibəsi qazisinin anasının döyülməsi barədə məlumat vermişdik.

 

Həkim Günel Səfərova tərəfindən döyüldüyünü iddia edən Şirvan Şəhər sakini Arzu  Abdullayeva  CityPost.az  saytına bildirib ki,qeyd olunan hadisə ilə bağlı məhkəmə prosesi baş tutub.

 

Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.Qərara əsasən Abdullayeva Arzu Azər qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə olunub.

Şirvan xəstəxanasında həkim işləyən Günel Səfərova tərəfindən döyüldüyü halda özünün cərimələnməsini Arzu Abdullayeva ədalətsiz qərar hesab edir.

“2024-cü ilin iyulun 23-də Şirvan Şəhər xəstəxanasında göz həkimi Günel Səfərova tərəfindən insanların gözü qarşısında döyüldüm. Xəsarətlər aldım. Şikayətim əsasında Şirvan Şəhər Polis Şöbəsində müstəntiq İlqar Novruzov araşdırma apardı. Mənim xəsarətlərim gözlə görünən idi. Günel Səfərova şəxsi tanışlığından istifadə edərək saxta ekspert rəyi aldı. Guya mən də ona xəsarət yetirmişəm. Ona saxta rəyi verən şəxs Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər  şöbəsinin  rəisi Məmmədov Eldar Nüsrət  oğludur. Həmin  saxta rəydə Günel Səfərovanın xəsarət almasına dair heç bir sübut,foto,video çəkiliş yoxdur. İndi mən sual verirəm.Həmin ekspert nəyin əsasında Günel Səfərovanın xəsarət aldığı barədə rəy verib?.İlk dəfədən müstəntiqə bildirdim ki, həmin rəy saxta və əsassızdır. Məhkəmədə ekspertin özü də gəlmişdi.ona sual verdim ki, sən xəsarətləri nəyin əsasında yazmısan? Ekspertin əvəzinə məni döydüyü halda,özünə saxta rəy alan həkim Günel Səfərova bildirdi ki, “mən soyunmağı xoşlamıram.Xəsarətim elə yerdəydi ki, həkimə göstərə bilməzdim.” Onun bu biabırçı və məntiqsiz cavabına hakim də susdu.Mən bu işin sonuna qədər gedəcəm.Ölkədə qazi anasının insanların gözü qarşısında döyülməsinə haqq qazandıran həmin saxta rəy verən ekspert və məni döydüyü halda özünü təmizə çıxarmağa çalışan həkim Günel Səfərova qanun qarşısında cavab verəcək.”,- deyə Arzu Abdullayeva bildirib. 

Arzu Abdullayeva  həmçinin  qeyd edib  ki, Şirvan şəhər Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verəcək.

Həmin ekspert rəyi ilə bağlı Baş Prokurorluğa, TƏBİB-ə  və digər qurumlara rəsmi şikayət edib.
Qeyd edək ki, məhkəmə həmin insidentə görə həkim Günel Səfərovanı da eyni maddə ilə 300 manat miqdarında cərimə edib. Arzu Abdullayeva bu qərarla razı olmadığını bildirir. O, idda edir ki, xəstəxanada o həkim tərəfindən döyülüb.

 

Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncəsər monastırı ilə bağlı Ermənistana AMEA-dan SƏRT CAVAB

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar.Citypost.az  bəyanatı təqdim edir:"Son günlərdə Ermənistanda Azərbaycanın Qarabağ ərazisində olan Qafqaz Albaniyası abidələri, xüsusilə də Gəncəsər monastırı ətrafında süni şəkildə yaradılan məqsədyönlü hay-küy, tarixi elmi reallıqlarla heç bir əlaqəsi olmayan ucuz və mənasız sensasiya yaratmaq cəhdindən ibarətdir.Əslində isə Gəncəsər monastır kompleksi və onun mühüm tərkib hissəsi olan Gəncəsər monastırı erməni tarixi ilə heç bir əlaqəsi olmayan, Qafqaz Albaniyasına məxsus tarixi abidədir. Bu abidənin Albaniyaya və onun yerli əhalisi olan albanlara məxsus olması təkzibedilməz tarixi-arxeoloji faktlar ilə çoxdan sübut olunur. Bunu təsdiq edən ən önəmli faktlardan biri...

18 Sentyabr 2026, 22:08

Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan "4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi"ndə iştrak edib.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, 11 ölkədən hərbi qulluqçuların iştirak etdiyi beynəlxalq müsabiqədə şəhər və dağ döyüşü, kəşfiyyat, pusqu, əks-pusqu və meşə əməliyyatları, müdafiə tapşırıqları, patrul fəaliyyəti, eləcə də yaralıların təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrin orduları arasında döyüş hazırlığı sahəsində təcrübə mübadiləsinin aparılması və peşəkar əlaqələrin inkişaf etdirilməsi olub.Hərbi qulluqçularımızın beynəlxalq müsabiqələrdə iştirakı şəxsi heyətin yüksək döyüş hazırlığının, peşəkarlığının və müxtəlif döyüş şəraitlərində fəaliyyət imkanlarının nümayiş...

18 Sentyabr 2026, 21:57

Əməkdar artist vəfat etdi 

Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə vəfat edib.Citypost.az xəbər verir ki, barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.O bildirib ki, 95 yaşlı Sevda Saleh müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.Qeyd edək ki, Sevda Saleh sentyabrın 1-i koma vəziyyətində reanimasiyaya yerləşdirilib. O, baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub....

18 Sentyabr 2026, 20:41

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşıb. "Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Masallıda şəhid anaları ilə bir araya gəlib, onlarla səmimi söhbət etmək və xoş anlar paylaşmaq çox dəyərli idi. İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik", - deyə A.Ələkbərov qeyd edib. 

18 Sentyabr 2026, 20:05

Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.Citypost.azv, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, türk dövlətlərinin bəstəkarlar ittifaqının rəhbər şəxsləri, mədəni-ictimai xadimlər və digər qonaqlar iştirak ediblər.Konsert proqramında Fuad İbrahimovun baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.Proqramda Azərbaycanın görkəmli bəstəkarları ilə yanaşı, türk dövlətlərinin tanınmış musiqiçilərinin əsərlərindən parçalar səsləndirilib.XVIII Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək....

18 Sentyabr 2026, 19:08

Fəxri Xiyabandakı məşhur cütlük – Üzeyir bəylə Məleykə xanım niyə övlad sahibi ola bilmədi…  

Dahi bəstəkar Üzeyir Hacıbəyli 1910-cu ildə Məleykə Terequlova ilə ailə həyatı qurub.Üzeyir bəyin həyat oldaşı Məleykə Terequlovanın adı pedaqoq, maarifçi, musiqişünas kimi mədəniyyət tariximizə düşüb. Məleykə xanım məşhur Terequlovlar ailәsindәndir.Terequlovlar ailәsi әslәn Volqaboyu tatarlarındandır. Ailə 1845-ci ildә Tiflisә köçüb. Tiflisdә ilk dәfә olaraq qızların vә oğlanların birgә oxuması üçün nәzәrdә tutulan rus-tatar mәktәbini də onlar açıb, xeyriyyәçiliklә dә mәşğul olublar.1910-cu ildә Üzeyir bəyə әrә gedib vә Bakıya köçüb. Üzeyir bəylə nikaha girəndən sonra Məleykə xanım Hacıbəyova soyadını qəbul edib.Evləndikdən sonra Məleykə xanımın sağlamlığında yaşanan müəyyən problemlərə – qadın xəstəliyinə görə onların uşaqları olmayıb. Bu xəstəliyə görə o, hətta uzun müddət...

18 Sentyabr 2026, 18:24