Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Cəmiyyət 26 Noyabr 2024, 21:50
16265
Bir müddət əvvəl ölkə mediasında COP29 ərəfəsində və beynəlxalq tədbirin ölkəmizdə keçirildiyi dövrdə müxtəlif dairələrin və xüsusi xidmət orqanlarının Azərbaycana qarşı sabiq diplomatlardan istifadə edərək təxribatlar hazırlaması barədə məlumat yayılmışdı.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kod adı “Cavanşir” olan və uzun müddət xaricdə yaşayan bu şəxslərdən biri artıq istintaq altındadır.
Diplomatiya sistemindən uzaqlaşdırılmış “Çaqqal” ləqəbli Ramiz Vəliyev adlı digər şəxs isə ciddi şübhə obyekti olaraq qalmaqdadır.
Bildirilir ki, “kiçik adam sindromu”ndan əziyyət çəkdiyi iddia edilən bu şəxs saxta yollarla Birinci Qarabağ müharibəsinin qazisi kimi 90-cı illərin sonunda - XİN-in dərəbəylik dövründə bu sistemə qoşulmağa nail olub. Diplomatiya sistemindən bir dəfə uzaqlaşdırılsa da, R.Vəliyev sonradan yenidən bərpa edilərək öz əməllərini davam etdirib.
Həmçinin oxuyun
Onun diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən “söyüş müxalifəti”nə məlumat ötürən şəxslərdən biri olduğu da deyilir. O, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki “söyüş müxalifəti” ilə əlbir olaraq kompromatlar ötürüb.
Livanda səfirlikdə işləmiş Ramiz Vəliyevin əlaqələrinin araşdırılması isə ayrıca bir mövzu olmalıdır. Misirdəki səfirlikdə çalışdığı dövrə gəlincə, həmin müddətdə onun fəaliyyətinin ancaq içki aludəçiliyi ilə yadda qaldığı bildirilir. Məlumata görə, R.Vəliyev şərqşünas olduğunu iddia etsə də, ərəb dilində heç danışa da bilmir.
Sirr deyil ki, Livan müxtəlif qüvvələrin və casus oyunlarının tüğyan etdiyi bir məkandır. Bakıda olduğu müddətdə bu şəxs dövlət qurumlarında təzədən təmaslar qurmağa, məlumatlar toplamağa və ötürməyə çalışıb.
Ramiz Vəliyevin vaxtilə işlədiyi və həmkar olduğu şərqşünaslarla şübhəli əlaqələr həyata keçirdiyi barədə də məlumatlar var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr (SİYAHI)
Sinqapur pasportu əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də dünyanın ən güclü pasportu seçilib.Bu barədə məlumat "The Henley Passport Index” portalında dərc olunan reytinqdə öz əksini tapıb.Bu reytinqə görə, Sinqapur vətəndaşlarının 192 ölkəyə vizasız getmək imkanı var.Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərinin pasportları isə 188 ölkəyə vizasız getmək imkanı ilə siyahıda ikinci olublar.Üçüncü yerə İsveç pasportu sahib olub. Bu ölkənin pasportu ilə 187 ölkəyə getmək mümkündür. Növbəti yerdə Danimarka, Fransa, İrlandiya, Finlandiya, Almaniya, İspaniya, Norveç, Belçika, Niderland, Lüksemburq və İtaliya pasportları qərarlaşıb. Portalın məlumatına görə, bu ölkələrin pasportuna sahib olan vətəndaşlar 186 ölkəyə vizasız gedə bilərlər.Azərbaycan isə siyahıda 70-ci...
03 Avqust 2026, 19:20
150 ballıq möcüzə, yaxud "Ölüləri" tələbə eləyən Nazirlik
Müəllimə gələndə qənaət, menecerə gələndə bərəkət! Böyük Mirzə Cəlil sağ olsaydı, gərək ki, “Anamın kitabı”nı cırıb təzədən yazaydı. Çünki indi nəinki ərəb-fars kəlmələri, heç ana dilində də iki kəlməni bir-birinə calaya bilməyənlər ali məktəb qapısında müntəzirdirlər. Təhsil eksperti İlham Əhmədov da oturub hesablama aparır ki, ay camaat, bu il də ali məktəblərə 150 balla tələbə qəbul edəcəklər. 700 ballıq sistemin düz 20 faizi! Qədim sovet vaxtının 5 ballıq cədvəli ilə götürsək, bu, bildiyimiz “1” qiymətidir – yəni “bərbad”! 35 il öncə, o “geridə qalmış” vaxtlarda adamın attestat almağa və ya tələbə olmağa heç olmasa hər fəndən 60 faizlik biliyi çatmalı idi. İndi...
03 Avqust 2026, 18:14
Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək
Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq."Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhərin Yaşıldərə yaşayış massivi ərazisindən keçən d89 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması üçün təmir işləri aparılacaq.Bununla əlaqədar saat 14:00-dan etibarən, həmin yaşayış massivində ümumilikdə 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.
03 Avqust 2026, 16:58
Hövsanın bəzi hissəsində su kəsiləcək
Avqustun 3-də Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilişində fasilə yaranacaq.Bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.Bildirilib ki, buna səbəb magistral su xəttinin qəzalı hissəsində aparılan təmir-bərpa işləridir.
03 Avqust 2026, 16:10
Yüksək pensiya almağın əsas şərtləri açıqlandı – Ekspertdən vacib açıqlama
Pension məbləği Azərbaycanda bütün vətəndaşlar üçün eyni olmur. Onun həcmi bir sıra əsas amillərdən asılıdır. Daha yüksək pensiya almaq üçün ilk növbədə uzunmüddətli rəsmi əmək fəaliyyəti və yüksək rəsmi əməkhaqqı mühüm rol oynayır. Çünki işəgötürən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları vətəndaşın fərdi hesabında toplanaraq gələcək pensiyasının məbləğinin formalaşmasına birbaşa təsir göstərir.Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”Onun sözlərinə görə, pensiyanın məbləğini müəyyən edən əsas göstəricilərdən biri fərdi hesabda toplanmış pensiya kapitalıdır.“Rəsmi əmək müqaviləsi ilə çalışan, əməkhaqqısı tam şəkildə rəsmiləşdirilən və sosial sığorta...
03 Avqust 2026, 15:46
TƏBİB: Ötən ay suda boğulma ilə bağlı 22 müraciət qeydə alınıb, 7 nəfər ölüb
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində suda boğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub.Bu barədə TƏBİB-dən məlumat verilib.Bildirilib ki, daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə yerində tibbi yardım olunub, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.Müraciət edənlərdən 4 nəfəri qadın, 15-i kişi, 3-ü isə şəxsiyyəti naməlum olub.
03 Avqust 2026, 14:59