Azərbaycanda bələdiyyə seçkiləri bu tarixdə keçiriləcək
Cəmiyyət 27 Noyabr 2024, 16:08
15197
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.
Citypost.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.
Həmçinin oxuyun
Qeyd edək ki, azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Bələdiyyə seçkiləri 118 saylı Ağdam - Xocalı, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocavənd, 125 saylı Zəngilan - Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq.
Xatırladaq ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir. Bu seçkilər hər 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Heydər Əliyev - Bir ömrün missiyası Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə
Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi irsi yalnız müstəqil Azərbaycan dövlətinin qurucusu və rəhbəri kimi deyil, həm də mürəkkəb bir dövrün yetişdirdiyi siyasi və milli şəxsiyyət kimi diqqəti cəlb edir. Ulu öndərin tariximizin müxtəlif mərhələlərində göstərdiyi siyasi iradəni, idarəçilik məharətini və milli dövlətçilik konsepsiyasını anlamaq üçün ilk növbədə onun zəngin həyatının uşaqlıq və gənclik illərinə nəzər salmaq çox vacibdir. Böyük liderlərin xarakteri çox zaman məhz erkən yaşlarda formalaşır.Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində dünyaya gəldi. O dövr Naxçıvan üçün həm siyasi, həm də sosial baxımdan olduqca mürəkkəb illər idi. Bir tərəfdən bolşevik...
10 May 2026, 14:21
İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda deyilir:"Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir".Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir. pic.twitter.com/PW1atx8GuE— İlham Əliyev (@azpresident) May 9, 2026 ...
10 May 2026, 00:22
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda deylir:"Heydər Əliyev – 103. Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq". View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...
10 May 2026, 00:19
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.CityPost.az xəbər verir ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin...
10 May 2026, 00:15
Prezidentin sosial media hesablarında Şükürbəyli kəndinə səfərlə bağlı videoçarx paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfəri və sakinlərlə görüşü ilə bağlı paylaşım edilib.CityPost.az paylaşımı təqdim edir:
09 May 2026, 23:56
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib.CityPost.az xəbər verir ki, paylaşımda deyilir:"10 may müasir Azərbaycanın qurucusu, müstəqil Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.Azərbaycanın suverenliyinə, müstəqilliyinin dönməzliyinə və dövlətçilik ənənələrinin davamlı inkişafına sarsılmaz inam bəsləyən Ulu Öndərin müəyyən etdiyi strateji kurs, o cümlədən müstəqil və praqmatik xarici siyasət xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Xalqımızın tərəqqisi, dövlətimizin güclənməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması naminə əvəzsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər...
09 May 2026, 23:52