Bizə yazın

Baku

-°C

USD

-

Formula-1 Qran-prisi ilə bağlı əsas məqamlar açıqlanıb 

Cəmiyyət 23 Sentyabr 2026, 09:45

450

Bakı onuncu yubiley Formula-1 Qran-prisini qəbul etməyə hazırlaşır. Ötən illər ərzində Bakı Şəhər Halqası rekordların, gözlənilməz qələbələrin və dramatik finişlərin ünvanına çevrilərək çempionat təqviminin ən gözlənilməz traslarından biri kimi tanınıb. 2026-cı ildə isə Bakı yarışını gözlənilməz edən məqamlardan biri çempionluq uğrunda mübarizədir: mövsümün lideri Kimi Antonelli ən yaxın izləyicisini 81 xal qabaqlayaraq Azərbaycan Qran-Prisinə gəlir.

Bu barədə Citypost.az-a Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd olunub ki, bu il yarış həftəsonunun cədvəli də fərqli olacaq. Sərbəst yürüşlər cümə axşamı sentyabrın 24-də, sıralama turu cümə günü, əsas yarış isə şənbə günü sentyabrın 26-da keçiriləcək:

"Herman Tilkenin layihələndirdiyi Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə keçirilib. Həmin il mərhələ Avropa Qran-Prisi adlanırdı. 2017-ci ildən etibarən isə Bakı yarışı təqvimdə Azərbaycan Qran-Prisi adı ilə yer alır. Bu müddətdə yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış baş tutmayıb".

Məlumata görə, Bakı Şəhər Halqasında bir dövrənin uzunluğu 6,003 kilometrdir. Pilotlar yarış zamanı 51 dövrə tamamlayaraq ümumilikdə 306 kilometrdən çox məsafə qət edirlər. Saat əqrəbinin əksi istiqamətində hərəkət edilən tras 20 döngədən ibarətdir.

Trasın ən məşhur hissələrindən biri İçərişəhər divarları boyunca uzanır. Səkkizinci döngədə yolun eni təxminən 7,6 metrədək azalır. Burada baryerlərin yaxınlığı pilotlara səhv etmək üçün demək olar ki, heç bir imkan vermir. Bakı trasının daha bir fərqli xüsusiyyəti isə onun start hissəsidir: poul mövqeyi ilə birinci döngədəki əyləcləmə nöqtəsi arasında cəmi 141 metr məsafə var:

"Bakı həm də bolidin sazlanması baxımından komandaların işini çətinləşdirən traslardandır. İçərişəhərdəki dar və yavaş döngələrdən sonra pilotları uzun və yüksək sürətli hissələr gözləyir. Buna görə komandalar döngələrdə lazım olan aerodinamik yüklənmə ilə düzlüklərdə yüksək sürət arasında düzgün balans tapmalıdırlar. Baryerlərin trasa yaxın olması isə hər bir səhvin qiymətini artırır.

Bakı trasında sürətin nə qədər yüksək ola biləcəyini 2016-cı ildə Valtteri Bottas göstərdi. Williams komandasında çıxış edən finlandiyalı pilot təxminən 378 km/saat sürətə çatdı. Bu göstərici bu günədək Formula 1 bolidinin yarış həftəsonunda qeydə aldığı ən yüksək sürətlərdən biri olaraq qalır.

Amma Azərbaycan Qran-Prisini fərqləndirən yalnız trasın quruluşu deyil. Yarışın ilk illərindən etibarən Bakı ayrı-ayrı yarışların nəticəsinə, bəzən isə çempionatın ümumi gedişinə təsir edən hadisələrin də şahidi olub. 2017-ci il Azərbaycan Qran-Prisi mövsümün ən yaxşı yarışı seçilib. Həmin yarışın ən çox xatırlanan anlarından biri Təhlükəsizlik Avtomobilinin arxasında Sebastyan Fettel və Lyuis Hemilton arasında yaşanan insident olub. Yarış ərzində 42 ötmə qeydə alınıb. Onuncu yerdən start götürən Daniel Rikkardo isə bütün hadisələrdən maksimum yararlanaraq Bakıda qələbə qazanıb.

Bir il sonra əsas hadisələrdən biri Red Bull pilotları Daniel Rikkardo və Maks Ferstappen arasında yaşanıb. Yarış boyu bir neçə dəfə mövqe uğrunda mübarizə aparan komanda yoldaşları sonda toqquşaraq mübarizəni dayandırıblar. Daha sonra lider Valtteri Bottas trasdakı qalıqların üzərindən keçərək təkərini partladıb və finişə az qalmış qələbəni əldən verib.

2021-ci ildə də qalib sonadək bəlli olmayıb. Yarışa liderlik edən Ferstappenin yüksək sürətlə qəza etməsindən sonra yarış qırmızı bayraqlarla dayandırılıb. Restartda isə onun çempionluq uğrunda əsas rəqibi olan Hemilton birinci döngədə səhvə yol verib və nəticədə xalsız qalıb.

2024-cü ildə də mübarizə son dövrələrədək davam edib. Oskar Piastri uzun müddət Şarl Leklerin təzyiqi altında olsa da, liderliyi qoruyaraq Bakıda qalib gəlib. Sondan əvvəlki dövrədə isə Serxio Peres və Karlos Saynsın toqquşması hər iki pilot üçün yarışı erkən başa çatdırıb.

2025-ci il də hadisəsiz ötüşməyib. Sıralama turu qırmızı bayraqlara görə altı dəfə dayandırılıb və bununla Formula 1-də yeni rekord qeydə alınıb. Sessiya 1 saat 58 dəqiqə davam edib və 2024-cü ildə Bakıda keçirilən yarışdan daha uzun çəkib.

Bütün bunlar Bakı Şəhər Halqasının nə qədər gözlənilməz ola bildiyini göstərir. Burada poul mövqeyindən başlamaq belə qələbəyə zəmanət vermir. Uzun düzlük ötmə imkanları yaradır, Təhlükəsizlik Avtomobilinin trasa çıxması isə komandaların bütün planlarını bir anda dəyişə bilər.

Serxio Peres Bakı trasında 2021 və 2023-cü illərdə qalib gələrək Azərbaycan Qran-Prisini iki dəfə qazanan ilk pilot kimi tarixə düşüb. Maks Ferstappen isə 2022 və 2025-ci illərdə finiş xəttini birinci keçərək keçmiş komanda yoldaşının göstəricisini təkrarlayıb. Beləliklə, Bakıda onuncu yarış öncəsi hər iki pilotun hesabında iki qələbə var.

Şarl Leklerin Bakı statistikası isə fərqli məqamla seçilir. Ferrari pilotu 2021, 2022, 2023 və 2024-cü illərdə ardıcıl dörd dəfə Bakıda poul mövqeyini qazanıb. Ferstappen 2025-ci ildə bu seriyanı dayandırsa da, Lekler hələ də Bakı mərhələsində ən çox poul qazanan pilotdur. 2019-cu ildə qeydə aldığı 1:43,009 nəticə ilə yarışın ən sürətli dövrə rekordu da ona məxsusdur. Maraqlısı odur ki, Lerkler Bakıda qazandığı dörd poulun heç birini qələbəyə çevirə bilməyib. Bu nəticələr Bakı yarışının necə də gözlənilməz olduğunun daha bir sübutudur.

Bu dəfə Bakıya çempionatın lideri kimi Kimi Antonelli gəlir. Mercedes pilotu əvvəlki mərhələdə – Madriddə qalib gəlib və mövsümün ilk 14 yarışından səkkizini qələbə ilə başa vurub. Mövsümün sonuna doqquz mərhələ qalmış italiyalı komanda yoldaşı Corc Rasseli 81 xal qabaqlayır.

Antonelli üçün Bakı tanış trasdır. 2025-ci ildə italiyalı pilot burada sıralanmanı 4-cü pillədə başa vurub, yarışı da eyni nəticə ilə tamamlayıb. Bir il sonra isə Antonelli Azərbaycana çempionatın lideri kimi qayıdır".

Bildirilib ki, digər maraqlı məqamlardan biri Ferstappen və Leklerin nəticələri olacaq: "Ferstappen qalib gəlsə, Azərbaycan Qran-Prisini üç dəfə qazanan ilk pilot olacaq. Lekler isə Bakıda növbəti poulunu qazanmaqla yanaşı, ilk dəfə ön sıradan başladığı yarışı qələbə ilə başa vurmağa çalışacaq.

Bu il Formula 2 yarışlarının formatı da fərqli olacaq. F2 Azərbaycan Qran-Prisinin yeganə dəstək seriyası olduğundan Bakı mərhələsi üçün proqram genişləndirilib. Cümə axşamı sərbəst yürüşdən sonra iki sıralama turu keçiriləcək. Cümə günü pilotlar əvvəlcə sprintdə, daha sonra ilk əsas yarışda mübarizə aparacaqlar. İkinci əsas yarış isə şənbə günü baş tutacaq. Formula 2-də bu format yalnız Bakı mərhələsində tətbiq ediləcək.

2026-cı il yarışı Formula 1-in Azərbaycandakı tarixində onuncu mərhələ olacaq. 2016-cı ildə Avropa Qran-Prisi adı ilə başlayan Bakı yarışı sonrakı illərdə Azərbaycan Qran-Prisi kimi Formula 1 təqvimində öz yerini tutub.

Əvvəlki doqquz il göstərib ki, Bakı yarışında vəziyyət bir neçə dövrə, bəzən isə bir döngə ərzində tamamilə dəyişə bilər. Dar küçələr, uzun düzlüklər və baryerlərin yaxınlığı pilotlara səhv üçün çox az imkan verir. İndi isə Bakı Şəhər Halqasında bu tarixə onuncu yarış əlavə olunacaq".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AQTA evdə hazırlanan qidalara sertifikat tələbinə dair xəbərlərə aydınlıq gətirib 

Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri bildirib.O vurğulayıb ki, sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir.İlkin Kərimov qeyd edib ki, Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub: “Lakin təkrar edirəm ki, hansısa sertifikat tələbi qoyulmayıb. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən...

23 Sentyabr 2026, 10:38

Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşıb 

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb.Citypost.az xəbər verir ki, ABŞ Prezidenti özünün “Truth Social” səhifəsində Hikmət Hacıyevin müsahibəsini “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edib.Qeyd edək ki, Hikmət Hacıyev sentyabrın 14-də verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində rolundan danışıb.“Prezident Tramp və onun vəzifəyə gəlişi ABŞ-la Azərbaycan arasında əməkdaşlığı və tərəfdaşlığı tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi”, – Hikmət Hacıyev bildirib.O, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev,...

23 Sentyabr 2026, 10:21

Elm və Təhsil Nazirliyi “OpenAI” ilə əməkdaşlığı genişləndirir

Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Məlumata görə, sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb:"Yeni əməkdaşlığın əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris və öyrənmə imkanlarının təkmilləşdirilməsi, təhsil prosesinin daha səmərəli və əlçatan təşkili, həmçinin təhsil müəssisələrində süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların formalaşdırılmasıdır.Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, müəllim və digər təhsil işçilərinə yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimlərin keçirilməsi,...

23 Sentyabr 2026, 10:18

NİİM sürücülərə müraciət etdi: Avtobus zolaqlarına diqqət!

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ictimai nəqliyyatın fasiləsiz hərəkəti ilə bağlı sürücülərə müraciət edib.NİİM-dən Citypost.az-a verilən məlumata görə, müraciətdə deyilir:"Paytaxt yollarında bəzi minik avtomobillərinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması marşrut avtobuslarının yol-nəqliyyat hadisələrinin iştirakçısı olmasına səbəb olur. Müşahidə kameralarının qeydə aldığı belə qəzaların bir neçəsinin təhlili onu deməyə əsas verir ki, bəzi hallarda sürücülər içərisi sərnişinlə dolu olan avtobusların zolağına qəfil daxil olur, düzgün ara məsafəsi saxlamır və diqqətsizlik etməklə qəza törədirlər.Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərin həyatı üçün təhlükəli vəziyyət yaranmaqla yanaşı, onlar düşürdülür, qəza iştirakçısı olan avtobus hərəkətdən kənarda qalır, marşrut üzrə hərəkətin bərpası üçün...

23 Sentyabr 2026, 10:10

DYP piyadalara müraciət edib 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qaydalarla bağlı piyadalara müraciət edib.İdarədən Citypost.az-a verilən məlumata görə, yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir:"Təəssüf ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.Yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır.Xüsusilə nizamlanmayan piyada...

23 Sentyabr 2026, 09:43

Tural Bakuvi: “Bu mənasız velosiped yollarını ləğv edin!”

Tarixçi və bəstəkar Tural Bakuvi şəhərlərdə velosiped yollarının salınmasını tənqid edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında velosiped yollarının uzun zolaqlar şəklində ayrılmasını səmərəsiz hesab etdiyini bildirib və onların ləğv edilməsini təklif edib.“Ən azından, bu mənasız velosiped yollarını ləğv edin, camaat yazıqdır! Nədir, nədir, arada bir kuryer kiməsə dönər aparır deyə, o uzunluqda zolaqları boş saxlamaq absurddur!” – deyə Tural Bakuvi yazıb.Tarixçi bildirib ki, Avropadakı təcrübənin eyni formada Azərbaycanda tətbiq edilməsini düzgün hesab etmir: “Avropaya baxıb, kor-koranə tətbiq etmək axmaq bir işdir!”Bakuvi fikirlərinin davamında Avropada velosipedin nəqliyyat vasitəsi kimi daha erkən dövrdən formalaşdığını qeyd edib: “Avropada velosiped XIX əsrin...

23 Sentyabr 2026, 09:41