Bizə yazın

Baku

-°C

USD

-

DİQQƏT! 6 saat işıq olmayacaq

Cəmiyyət 10 Dekabr 2024, 10:47

6555

Bu gün Bakının Xəzər rayonu, həmçinin Abşeron rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə  Citypost.az-a “Azərişıq”ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin və dayaqların yenilənməsi ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 09:00-dan saat 15:00-dək Buzovna qəsəbəsi Ruhulla Axundov küçəsində və Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Həmçinin, Abşeron RETSİ-yə daxil olan Xırdalan şəhərində 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar dekabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Quşçuluq massivinin bir hisəsində, Şıxəli Qurbanov, Nizami küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN insan alveri ilə bağlı müraciət edib 

DİN-in Mətbuat Xidmətindən Citypost.az-aa verilən məlumata görə, müraciətdə bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər:"Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala;2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini,...

09 Fevral 2026, 11:12

Amnistiya aktı indiyədək 15 mindən çox şəxsə tətbiq edilib 

Amnistiya aktı 15 mindən çox şəxs barəsində tətbiq edilib.Citypost.az xəbər verir ki, bu barədə APA-nın soğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.Məlumata görə, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabrdan 8 fevraladək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15.119 şəxs barəsində tətbiq olunub.Amnistiya tətbiq olunan şəxslərin 5.148-i müəyyən müddətə azadlıqdan məhrumetmə, 8.914-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 1.045 nəfərin cəzası 6 ay azaldılıb. 12 nəfər isə cinayət...

09 Fevral 2026, 10:42

Həcc üçün qeydiyyat başa çatır 

Həcc ziyarəti üçün kvotanın 70 faizi tamamlanıb.Citypost.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.Bildirilib ki, Həccə niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.Əlavə olaraq qeyd edilib ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixində bitəcək.Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib.Ziyarət vahid formada təşkil olunacaq...

09 Fevral 2026, 10:40

Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlanıb 

1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.Bu barədə  TƏBİB-dən məlumat verilib.Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.Qeyd edək ki, fevralın 6-ı "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.

09 Fevral 2026, 10:20

Güllələnən müəllimdən XƏBƏR VAR

Ötən gün "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən Şəhla Kamilovanın son vəziyyəti ilə bağlı xəbər yayılıbCitypost.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.Bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

09 Fevral 2026, 09:54

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPostaz-ın məlumatına görə, fevralın 9-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0390 manat təşkil edib. Avro 2, 0105 manatadək bahalaşıb, Rusiyanın 100 rublu isə 2,2069 manata kimi ucuzlaşıb.

09 Fevral 2026, 09:11