Bizə yazın

Baku

-°C

USD

-

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir, vergi inzibatçılığı sadələşdirilir

Cəmiyyət 21 Yanvar 2025, 15:29

23545

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.

Citypost.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, layihəyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün

- əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək;

- satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq;

- əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək;

- əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək;

- portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək;

- həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib.Citypost.az  xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib.Yeni redaksiyada qanunun...

24 Sentyabr 2026, 19:33

“I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı oldu

Sentyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Akif Aşırlının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunan “I Türkoloji Qurultayı arxiv sənədlərində” adlı kitabının təqdimatı keçirilib.Citypost.az  xəbər verir ki, tədbirdə çıxış edənlər 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın Azərbaycan və bütövlükdə Türk dünyasının elmi, mədəni və ictimai fikir tarixindəki əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, kitabda müxtəlif arxivlərdən toplanaraq sistemləşdirilən sənədlər qurultayın təşkili, iştirakçıları, müzakirə olunan məsələlər və dövrün ictimai-mədəni mühiti barədə yeni məlumatların öyrənilməsi baxımından mühüm mənbədir.AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor...

24 Sentyabr 2026, 18:56

Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

2026-cı ilin birinci yarısında Azərbaycanda məişət zorakılığı ilə bağlı 716 cinayət qeydə alınıb. Bu cinayətlər nəticəsində 722 nəfər zərər çəkib, 22 nəfər həyatını itirib.Citypost.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Zərərçəkənlərin 608-i qadın, 114-ü kişi olub. Həyatını itirən 22 nəfərin isə 15-i qadın, 7-si kişidir. Məişət zorakılığı nəticəsində zərər çəkənlər arasında 8 yetkinlik yaşına çatmayan şəxs də var. Onlardan biri həyatını itirib. Bildirilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlərin 21-i qəsdən adam öldürmə, 7-si adam öldürməyə cəhd, 17-si qəsdən sağlamlığa ağır, 28-i az ağır, 633-ü isə yüngül zərər vurma ilə bağlı olub. Daha 5 əzab vermə cinayəti...

24 Sentyabr 2026, 18:38

Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxa ilə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.Görüşdə Azərbaycan–Albaniya ikitərəfli gündəliyi müzakirə olunub. Davamlı siyasi dialoqun, yüksək səviyyəli təmasların və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.Ceyhun Bayramov Azərbaycanın əsas enerji və nəqliyyat bağlantısı layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələrdən bəhs edib.Nazir, həmçinin qarşı tərəfi münaqişədən sonrakı regional reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Ermənistanla davam edən sülh səyləri barədə məlumatlandırıb....

24 Sentyabr 2026, 18:20

Bakıda daha bir küçədə avtobus zolağı salındı

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.Citypost.az  xəbər verir ki, AYNA-nən məlumatına görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirilib.Layihə, xüsusilə ekspres avtobusların hərəkət intervallarını azaltmağa və sərnişindaşımanın səmərəliliyini artırmağa xidmət edir....

24 Sentyabr 2026, 18:18

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə Citypost.az-a AYNA-dan məlumat verilib.Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 22, 31, 67, 92 nömrəli şəhərdaxil, 172 və 191 nömrəli şəhərətrafı, Mingəçevir şəhəri üzrə 5 nömrəli şəhərdaxili, Bakı-Gəncə, Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Sabirabad, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın, Kəlbəcər-Tərtər, Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-İsmayıllı və Tərtər-Bərdə şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin...

24 Sentyabr 2026, 17:40