General-leytenant bu işə görə dindirilib
Cəmiyyət 14 Fevral 2025, 10:41
44985
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilmişdilər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslər elə ilkin istintaqda mənimsəmə epizodu ilə dövlətə dəymiş ziyanı tam şəkildə ödəyiblər. Bu, həmin ittihamın aradan qaldırılmasına səbəb olsa da, məsələni tamamilə həll etməyə imkan vermir.
Məmmədov və Laçınov həbsdən azad edilsələr də, vəzifə səlahiyyətlərini aşma cinayətinə görə məhkəmədə mühakimə edilirlər. Bu maddənin sanksiya həddi minimum 3, maksimum 7 il həbs cəzasıdır. Amma işin hallarından asılı olaraq həbslə bağlı olmayan cəza da təyin edilə bilər.
Amma işdə qalmaqallı məqam başqadır.
Həmçinin oxuyun
Əldə etdiyimiz məlumata görə, müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da bu cinayət işi üzrə dindirilib. General müstəntiqin çağırışı ilə prokurorluğa gəlib, bir neçə epizod üzrə sorğu-sual edilib. Bizə məlum olan budur ki, Osmanov işlə bağlı ətraflı danışmayıb. O, ifadəsində Elman Məmmədov və Rəhim Laçınovun təqsirləndirildikləri vəzifə cinayətlərindən xəbərsiz olduğunu deyib.
İstintaq orqanı generalın dedikləri ilə kifayətlənib. Onun əlavə ifadəsinə ehtiyac görülməyib. Beləliklə, keçmiş nazir müavininin adı məhkəmədə ifadə verməli olacaq şahidlər siyahısına daxil edilməyib. Səbəb isə Nizam Osmanovla təqsirləndirilən şəxslərin bir-birilərinə qarşı ifadə verməməsidir. Təqsirləndirilən şəxslərin hər ikisi deyib ki, onların əməlindən general Osmanovun xəbəri olmayıb. Buna baxmayaraq, məhkəmə gedişində ehtiyac yaranarsa, N.Osmanov əlavə şahid kimi hakim qarşısında dindirilə bilər.
Yaxın günlərdə E.Məmmədov və R.Laçınovun işi üzrə Bakı Hərbi Məhkəməsində baxış iclasları başlayacaq.
Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi. General Osmanov vəzifəsindən azad edildikdən sonra postu da ləğv edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan mediası Baş nazir Nikol Paşinyanın mətbuat katibi Melanya Arutyunyana istinadən məlumat yayıb.Kristine Qriqoryanın bu axşam Ermənistana geri dönəcəyi gözlənilir.Qeyd edək ki, qlobal təhlükəsizliklə bağlı IV Bakı Təhlükəsizlik Forumu başlayıb. (APA)
22 Sentyabr 2026, 17:30
ADY: Astara Terminalında avqustda yük aşırılması 50% artıb
Bu ilin yanvar-avqust aylarında Astara Terminalında (İran ərazisində) 537 min tondan çox yük aşırılıb.Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 30 % çoxdur.Təkcə bu ilin avqust ayı üzrə müvafiq göstərici 50 % artımla 76 min ton olub.Xatırladaq ki, tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5-4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək....
22 Sentyabr 2026, 17:30
Azər Məmmədov Xankəndidə vətəndaşları qəbul edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Azər Məmmədov Xankəndi şəhərində vətəndaşları qəbul edəcək.Citypost.az "Azəriqaz"a istinadən xəbər verir ki, növbəti vətəndaş qəbulu sentyabrın 25-də saat 11:00-da Xankəndidə (Zona 1, bina 3 - Abadlaşdırma və Kommunal Xidmətlər Departamentinin yerləşdiyi bina) keçiriləcək.Görüşdə Xankəndi şəhərinin, Ağdərə və Xocalı rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.Birlik vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın xidmət sahələrinə aid olmalıdır.Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-19; 055-227-24-33) müraciət edə bilərlər....
22 Sentyabr 2026, 17:23
Sabiq nazir külli miqdarda borca düşdü
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “İmprotex Group”a daxil şirkətlər – “İmprotex Motors” və “İmprotex Trucks Buses” MMC-nin dövlət qarşısında külli miqdarda borca düşdüyü məlum olub.Citypost.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə məlumat kommersiya qurumlarının dövlət reyestrindən əldə edilib.Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İmprotex Motors”un 108 545.92 manat, “İmprotex Trucks Buses”in isə 970 909.88 manat vergi borcu yaranıb. pizza mizzaXatırladaq ki, “İmprotex” şirkətlər qrupu 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı – İradə Ələkbərova rəhbərlik edib. Hazırda şirkətlər qrupuna “İmprotex Trucks Buses”, “İmprotex Industries”, “İmprotex Motors”...
22 Sentyabr 2026, 16:55
İki metro stansiyasından giriş ödənişsiz olacaq
“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23.09.2026-cı il tarixindən “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz olacaq.Citypost.az xəbər verir ki, “Bakı Metropoliteni” və AYNA-nın birgə məlumatına əsasən, bu imkanla Sumqayıt, Xırdalan şəhərləri, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonları nın bir sıra ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsi asanlaşacaq.Beləliklə, qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”,...
22 Sentyabr 2026, 16:10
ABŞ hərbçiləri Litvaya yola düşüb
ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür."Report" xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb."Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün vacib olan bu qərara görə ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasına minnətdarıq", - Litva Prezidenti qeyd edib.Nausedanın sözlərinə görə, ABŞ-nin Litvada hərbi mövcudluğu ölkənin çəkindirmə və kollektiv müdafiəsinin ayrılmaz hissəsidir....
22 Sentyabr 2026, 16:00