Bizə yazın

Baku

-°C

USD

-

Qəzzaya ölənlərin sayı 51 minə çatıb

Dünya 15 Aprel 2025, 14:30

26153

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 17 nəfər artaraq 51 minə çatıb.

CityPost.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalarda 17 nəfər ölüb, 69 nəfər yaralanıb.
İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 1630 fələstinlinin həyatını itirdiyi, 4302 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 minə, yaralı sayının isə 116 min 343-ə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ Hörmüz boğazından bir milyard bareldən çox neftin keçidini təmin edib 

ABŞ Hörmüz boğazından bir milyard bareldən çox neftin keçidini təmin edib.Citypost.az APA-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında deyib.“Müharibə başlayandan bəri Hörmüz boğazından keçən neftin həcmi ən yüksək səviyyədədir”, - Tramp qeyd edib.Onun sözlərinə görə, ABŞ qüvvələri sutka ərzində müxtəlif sayda – 20-40 arasında gəminin Hörmüz boğazından keçidini təmin edir.

22 Sentyabr 2026, 19:00

FHN-dən ot tayaları ilə bağlı mühüm ÇAĞIRIŞ

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib.Nazirlikdən Citypost.az  verilən məlumata görə, FHN səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, baş vermiş yanğın hadisələrinin təhlili göstərir ki, qeydiyyata alınan yanğınların bir hissəsi də kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətyanı sahələrində yığılmış ot tayalarının payına düşür:"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən tədarük edilən otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına yığılması hallarına rast gəlinir. Bununla da yanğın...

22 Sentyabr 2026, 10:35

Avstriyada Google-un məlumat mərkəzi etirazlara səbəb olub

Avstriyanın Kronstorf şəhərində Google tərəfindən inşa edilən məlumat mərkəzi yerli sakinlərin etirazına səbəb olub. Təxminən 400 nəfər layihəyə qarşı Linzdə aksiya keçirib.Citypost.az AFP-ə istinadən xəbər verir ki, etirazçılar mərkəzin böyük həcmdə elektrik və su istehlakından, həmçinin layihə ilə bağlı şəffaflığın olmamasından narahatdırlar. Mərkəzin ilk mərhələsinin 2027-ci ildə istifadəyə verilməsi gözlənilir.Google isə layihənin bulud və süni intellekt xidmətlərinə artan tələbatı qarşılayacağını, təxminən 100 birbaşa və minlərlə dolayı iş yeri yaradacağını bildirir. Şirkət layihənin Avstriyanın rəqəmsal infrastrukturunu gücləndirəcəyini də qeyd edir.Etirazçılar xüsusilə məlumat mərkəzinin soyutma sistemlərində istifadə olunacaq suyun həcmi və enerji tələbatının ətraf mühitə mümkün təsirlərindən narahatdırlar.Turan...

22 Sentyabr 2026, 10:30

Kral Çarlzı qəzəbləndirən Diana xatirələri satışa çıxarılıb

Böyük Britaniyada mərhum Şahzadə Diananın qardaşı Çarlz Spenserin bacısı haqqında yazdığı xatirə kitabı nəşr olunub. “Swan Song: Diana, My Sister” adlı kitabda Diana və kral ailəsi ilə bağlı bir sıra mübahisəli iddialar yer alıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Spenser kitabı Diananın adından danışmaq və onun haqqında illər ərzində formalaşmış bəzi fikirləri düzəltmək məqsədilə yazdığını bildirib.Kitabdan yayılan hissələrdə Spenser Kral III Çarlzın Diananın ölümündən sonra onun haqqında müəyyən ifadələr işlətdiyini iddia edir. Bukinqem Sarayı isə kralın qardaşının xatirələrinin kədər və itkinin yaddaşa təsir edə biləcəyini vurğulayıb.Spenser həmçinin Diananın şəxsi həyatı, Çarlzla münasibətləri və ailədaxili hadisələrlə bağlı yeni detalları açıqlayıb....

22 Sentyabr 2026, 10:27

Çinli robot rəqqaslar “America’s Got Talent” finalında

Çinli küçə rəqqası Vu Yufei və Unitree şirkətinin hazırladığı humanoid robotlardan ibarət rəqs qrupu “America’s Got Talent” yarışmasının finalına vəsiqə qazanıb.Citypost.az france24.com-a istinadən xəbər verir ki, 27 yaşlı Vu robotlarla aylarla məşq etdiyini və onların artıq “soyuq, cansız maşınlar” kimi görünmədiyini bildirib. Robotların rəqs hərəkətləri əvvəlcədən proqramlaşdırılır və bəzi mürəkkəb hərəkətlərin hazırlanması günlər, hətta həftələr çəkə bilir.Mütəxəssislər robotların fırlanma və güc tələb edən hərəkətlərdə uğurlu olduğunu, lakin improvizasiya və musiqidə qəfil dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkdiyini deyirlər.Çində robot rəqsləri son dövrlərdə geniş populyarlıq qazanıb. Mütəxəssislər isə bu çıxışların humanoid robotların imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər.Əli...

22 Sentyabr 2026, 10:20

Yeni Zelandiyanın iki hərbi gəmisi Tayvan boğazından keçib

Yeni Zelandiyanın iki hərbi gəmisi ötən həftə Tayvan boğazından keçib. Yeni Zelandiya Müdafiə Qüvvələri keçidi sentyabrın 18-də Filippinlərlə birgə təlimə gedən zaman həyata keçirildiyini açıqlayıb.Citypost.az france24.com-a istinadən xəbər verir ki, söhbət HMNZS “Te Mana” freqatı və HMNZS “Aotearoa” dəstək gəmisindən gedir. Yeni Zelandiya Baş naziri Kristofer Lakson keçidi “adi tranzit” adlandıraraq, əməliyyatın beynəlxalq sularda və beynəlxalq hüquqa uyğun həyata keçirildiyini bildirib.Tayvan boğazı Çinlə Qərb ölkələri arasında hüquqi statusu ilə bağlı fikir ayrılıqlarının olduğu əsas dəniz marşrutlarından biridir. Yeni Zelandiya gəmilərinin bu boğazdan əvvəlki keçidi 2025-ci ilin noyabrında baş verib....

22 Sentyabr 2026, 10:19