Tramp: “Sülh danışıqları üçün İranla əlaqə saxlamadım”
Dünya 17 İyun 2025, 18:00
1805
ABŞ prezidenti Donald Tramp İsrailin İrana hücumları ilə başlayan münaqişə çərçivəsində Tehranla sülh danışıqları apardığına dair iddiaları təkzib edərək, "Mən heç vaxt sülh danışıqları aparmaq üçün İranla əlaqə saxlamamışam. Bu, tamamilə uydurma, saxta xəbərdir" deyib.
CityPost.az xəbər verir ki, Tramp İsraillə İran arasında artan gərginliklə bağlı "Truth Social" hesabından açıqlama verib.
Bölgədəki gərginliyə son qoymaq üçün İranla danışıqlar apardığına dair iddiaları rədd edən Tramp, "Sülh danışıqları aparmaq üçün İranla heç vaxt əlaqə saxlamamışam. Bu, tamamilə uydurma, saxta xəbərdir" deyib.
Tramp açıqlamasına "Əgər danışmaq istəyirlərsə, mənə necə çatacaqlarını bilirlər. Masanın üstündəki razılaşmanı qəbul etməli idilər, bu qədər insan həyatını xilas edə bilərdi" deyərək davam edib.
İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri başda olmaqla ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həyatını itirərkən, mülki vətəndaşların sayının 224 olduğu açıqlanıb.
Həmçinin oxuyun
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Başda Türkiyə olmaqla çox sayda ölkə İsraili qınayıb.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb
Suriya Hüquq mühafizə orqanları Tədmurda iki ABŞ hərbçisinin həlak olduğu hücumda şübhəli bilinən beş nəfəri saxlayıb.Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat verib.
15 Dekabr 2025, 09:20
HAMAS İsrailin Qəzzaya hücumu zamanı yüksək rütbəli komandirinin öldürüldüyünü təsdiqləyib
HAMAS İsrailin Qəzzaya endirdiyi hücum nəticəsində təşkilatın yüksək rütbəli komandiri Raed Saadın öldürüldüyünü təsdiqləyib.CityPost.az xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.Bu, oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra fələstinli qruplaşmanın yüksək səviyyəli nümayəndəsinə qarşı həyata keçirilmiş ən səs-küylü sui-qəsd hesab olunur.
14 Dekabr 2025, 14:22
Rusiya MN: Gecə ərzində 235 pilotsuz uçuş aparatı məhv edilib
Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 235 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, dekabrın 13-ü saat 22:00-dan (Bakı vaxtı ilə) dekabrın 14-ü səhər saat 08:00-a qədər növbətçi hava hücumundan müdafiə vasitələri Ukraynaya məxsus 235 sabit qanadlı PUA-nı zərərsizləşdirib.Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları 35-i Bryansk, 32-si Krım, 22-si Krasnodar, 15-i Tula, 13-ü Kaluqa, 7-si Kursk, 4-ü Ryazan, 4-ü Rostov, 3-ü Belqorod, 2-si Leninqrad, 1-i Smolensk, 1-i Pskov, 1-i Novqorod və 1-i Moskva vilayəti üzərində vurulub....
14 Dekabr 2025, 10:55
Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir
Türkiyə Rusiya və Ukrayna arasında tam sülh sazişi əldə olunana qədər müəyyən sahələr üzrə məhdud razılaşmaların imzalanmasını zəruri hesab edir.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.Nazir bildirib ki, Qara dənizdə qarşılıqlı cavab zərbələri bölgədə ticarətə ciddi zərbə vurur və bu vəziyyət Türkiyə üçün risklər yaradır.Onun sözlərinə görə, yaranmış şərait həm Türkiyə vətəndaşlarının, həm də türk şirkətlərinə məxsus gəmilərin təhlükəsizliyini təhdid edir.Hakan Fidan qeyd edib ki, gəmilərin bayraqları fərqli ola bilər, lakin onları istismar edən şirkətlər türk şirkətləri ola, heyətində isə türk dənizçilər yer ala bilər. Bu səbəbdən Ankara xüsusilə iki istiqamət üzrə razılaşmanın vacib olduğunu vurğulayır.“Əgər genişmiqyaslı...
13 Dekabr 2025, 23:47
Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.Bu barədə Danimarkanın Aİ Şurasına Sədrliyinin bəyanatında bildirilir."Aİ Şurası Rusiyanın aktivlərinin müddətsiz bloklanmasını təsdiqləyib", - bəyanatda deyilir."Reuters" qeyd edib ki, Avropa İttifaqı bununla da Ukraynaya yardım məqsədilə həmin vəsaitlərin istifadəsinə ən ciddi maneəni aradan qaldırıb."Aİ Ukraynanın maliyyələşdirilməsini saxlamaq istəyir, çünki Rusiyanın işğalını öz təhlükəsizliyinə təhdid hesab edir. Bunun üçün Aİ dövlətləri 2022 - ci ildə Ukraynaya hücumdan sonra blokladıqları Rusiyanın suveren aktivlərinin bir hissəsini cəlb etməyə çalışırlar", - məqalədə deyilir.Aİ ölkələri hökumətləri tərəfindən razılaşdırılmış ilk vacib addım, aktivlərin dondurulmasının uzadılması məsələsində hər altı ayda bir səs vermək əvəzinə,...
12 Dekabr 2025, 23:10
Ukrayna Rusiyaya ağır zərbə endirdi
Dekabrın 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Sea Baby" dəniz dronları Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid "Dashan" tankerini vurub.CityPost.az xəbər verir ki, bu barədə Unian-a SBU-dakı mənbələr məlumat verib.Məlumata görə, Komor adalarının bayrağı altında üzən gəmi Ukraynanın xüsusi iqtisadi zonasına daxil olaraq “Novorossiysk” liman terminalına doğru hərəkət edib. Tanker maksimum sürətlə irəliləyib və transponderi söndürülmüş vəziyyətdə olub.Hücum nəticəsində gəmi ciddi zədələnib. Yayımlanan görüntülərdə tankerın arxa hissəsində güclü partlayışlar müşahidə olunur. İlkin məlumata əsasən, gəmi sıradan çıxarılıb.Əməliyyat SBU-nun Hərbi Əks-Kəşfiyyatın 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilib....
11 Dekabr 2025, 09:22