Bizə yazın

Baku

-°C

USD

-

ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var

Dünya 17 İyun 2025, 19:30

3207

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin Nümayəndəsi Rik Peeperkorn Qəzzada qismən fəaliyyət göstərən 17 xəstəxanada 2 milyon əhali üçün cəmi 1500 çarpayının olduğunu bildirib.

CityPost.az xəbər verir ki, Peeperkorn öz qiymətləndirmələrini Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransına onlayn olaraq qatılaraq edib.

İsrailin İrana hücumları ilə başlayan qarşıdurmaya diqqət çəkən qlobal gündəmə baxmayaraq Qəzzada hücumların davam etdiyini vurğulayan Peeperkorn, "Səhiyyə sistemi qırılma nöqtəsindədir. Hazırda Qəzzadakı 36 xəstəxanadan yalnız 17-si qismən fəaliyyət göstərir. Təxminən 17 xəstəxanada bütün əhali üçün 1500 yataq tutumu var" dedi. 

Peeperkorn, Qəzzanın şimalındakı bütün xəstəxana və sağlamlıq mərkəzlərinin xidmətdən çıxdığını bildirdi. 

Qəzza ərazisinin yüzdə 80-dən çoxunun İsrail tərəfindən verilən "evakuasiya əmrləri" altında olduğunu bildirən Peeperkorn, tibbi ləvazimatların kritik aşağı səviyyədə olduğunu və ehtiyatların yüzdə 50-dən çoxunun tükəndiyini vurğuladı.

"100 gündən artıqdır ki, Qəzzaya heç bir yanacaq daxil olmayıb və evakuasiya zonalarından ehtiyatların çıxarılması cəhdləri rədd edilib. Yanacağın olmaması su və kanalizasiya xidmətlərinə də təsir edəcək. Bu, həmçinin səhiyyə müəssisələrində infeksiyaların qarşısının alınması və nəzarətə təsir edəcək və Qəzzada xəstəliklərin yayılmasını pisləşdirəcək", - Peeperkorn bildirib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İtaliya XİN başçısı: "Rusiya qazını almamalıyıq" 

İtaliyanın xarici işlər naziri Antonio Tajani hesab edir ki, Aİ Rusiyanı danışıqlar masasına oturmağa məcbur etmək istəyirsə, Rusiya qazı və neftinin alınması ilə bağlı ardıcıl mövqe tutmalıdır.Citypost.az İtalya KİV-lərinə istinadən xəbər verir ki, nazir İtaliyanın Rai telekanalının verdiyi məlumata görə  , Tajani hesab edir ki, avropalılar, xüsusən də alternativ təchizat mənbələrinin artıq tapıldığını nəzərə alsaq, Rusiyanın enerji ehtiyatları ilə bağlı mövqeyində qalmalıdırlar."Hesab edirəm ki, biz Rusiya qazını almamalıyıq, çünki müəyyən bir mövqe tutduğunuz zaman ona sadiq qalmalısınız - yəni ardıcıllığı nəzərdə tuturam... Biz ardıcılıq. Biz demişik ki, Rusiya nefti və qazını almayacağıq, çox yaxşı alternativlərimiz var və irəliləyirik", - Tajani...

25 İyun 2026, 11:18

Sibiqa Qərbi Belarusdakı səfərbərlik təlimlərini diqqətlə izləməyə çağırır  

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, hazırda Belarusun Qrodno vilayətində keçirilən "səfərbərlik təlimləri" ilə əlaqədar beynəlxalq ictimaiyyəti ayıq-sayıq olmağa çağırıb.Citypost.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, nazir  qeyd edib ki, Aşmyany rayonundakı hərbi xidmət idarəsi 20 iyun - 2 iyul tarixləri arasında təxminən 2000 çağırışçını hərbi xidmətə çağırır və ilkin toplanış məntəqələri yaradır.Sibiqa bildirib ki, rəsmi olaraq adi məlumatların yoxlanılması kimi təsnif edilsə də, bu hərəkətlər "qonşu dövlətlərə qarşı qorxutma taktikasıdır".“Belarus rəhbərliyi gərginliyi azaltmaq niyyətində deyil. Bunun əvəzinə, Minsk Ukrayna və NATO ölkələri sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırır. Bu strategiya Kremlin maraqları ilə uyğun gəlir və Belarus rəhbərliyinin sülhlə bağlı...

25 İyun 2026, 11:17

Makron Ukrayna ilə bağlı "könüllülər koalisiyası"nın 13 iyul iclasını elan etdi  

Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsi üzrə "könüllülər koalisiyası"nın növbəti iclasının iyulun 13-də keçiriləcəyini açıqlayıb. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Berlində Almaniya, İtaliya, Fransa, Böyük Britaniya və Polşanın daxil olduğu "Avropa Beşliyi" (E5) formatında danışıqların sonunda keçirilən mətbuat konfransında bildirib.Onun sözlərinə görə, son zamanlar Avropa ölkələri ilə ABŞ-ın mövqeləri kifayət qədər yaxınlaşıb və qarşıdakı görüşlər zamanı bu birliyi gücləndirmək lazımdır.Makron qeyd edib ki, "bu [mövqelərə yanaşma] NATO-nun Ankara sammitində, daha sonra isə 13 iyulda Ukraynanı dəstəkləməyə və təhlükəsizlik zəmanətlərinin verilməsinə həsr olunmuş "könüllülər koalisiyası"nın iclasında davam etməlidir".Əli...

25 İyun 2026, 11:10

"Artsax bayrağı"nı yenidən asan iki nəfər saxlanılıb  

Ermənistanın ARF Gənclər Birliyi tərəfindən ötən gecə bərpa edilən "Artsax" bayrağı yenidən Fransa meydanından asan iki nəfər Fransa polisi tərəfindən həbs olunub Citypost.az  xəbər verir ki, bu barədə erməni KİV yazıb. Qeyd olunub ki, separatçılığın simvolu əvvəlcə 2022-ci ildə Müqavimət quraşdırılıb. O, iyunun 20-də ilk dəfə götürülüb.Yusif

25 İyun 2026, 11:09

Böyük Britaniyada anormal istilər 50 illik rekordu qırdı

İyunun 24-də İngiltərənin cənubunda temperatur 35,8 dərəcə Selsiyə çatdı və 1976-cı ilin iyun ayında qeydə alınan rekordu qırdı. Citypost.az "RİA Novosti" yə istinadən verdiyi məlumata görə , bu barədə Britaniya Meteorologiya Xidməti məlumat yayıb.Xidmətin məlumatına görə, "İlkin məlumatlar göstərir ki, bu gün Böyük Britaniyada qeydə alınan ən isti iyun günü olub. Qərbi Sasseksdəki Viqqonholtda 35,8 dərəcə temperatur qeydə alınıb".Əvvəlki rekord olan 35,6 dərəcə 1976-cı ilin iyun ayında Sauthemptonda və 1957-ci ilin iyun ayında Londonun Kamden Meydanında qeydə alınmışdı....

25 İyun 2026, 10:58

Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 290 nəfəri keçib

Konqo Demokratik Respublikasında (KDR) son 24 saat ərzində daha 14 ölüm halı da daxil olmaqla Ebola hemorragik qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 291-ə çatıb.Citypost.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar Konqonun Rabitə və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Nazirliyinin gündəlik bülletenində dərc edilib.Ebola virusuna yoluxanların ümumi sayı əvvəlki günlə müqayisədə 24 hal artaraq 1 118-ə çatıb. Yoluxma hallarının ölüm nisbəti 26 % olaraq qiymətləndirilir.Hazırda 408 xəstə tibb müəssisələrində və ixtisaslaşmış təcrid mərkəzlərində müalicə alır. 122 nəfər xəstəlikdən tam sağalıb. Təmas izlənməsi nisbəti 77,1 %-dir.Nazirlik epidemioloji nəzarətin aktiv şəkildə aparıldığını vurğulayıb. Ebola virusuna yoluxmaqda şübhəli bilinən şəxslərlə bağlı...

25 İyun 2026, 09:00