ABŞ-da balaca uşağa görə kütləvi aksiyalar keçirilir
Dünya 24 Yanvar 2026, 20:52
1279
ABŞ-da Donald Tramp administrasiyasının miqrantlara qarşı həyata keçirdiyi sərt siyasət növbəti dəfə ictimai narazılıq yaradıb. Minnesota ştatında keçirilən miqrasiya əməliyyatı zamanı 5 yaşlı miqrant uşağın atası ilə birlikdə saxlanılması ölkə üzrə geniş müzakirələrə və etirazlara səbəb olub.
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Gömrük və Miqrasiya Xidmətinin (ICE) əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı məktəbəqədər təhsil alan Liam Ramos atası Adrian Alexander Conejo Arias ilə evlərinin qarşısında saxlanılıb. Hadisə zamanı polisin uşağı əməliyyatın bir hissəsi kimi istifadə etdiyi iddia olunur. Daxili Təhlükəsizlik Nazirliyi isə açıqlamasında ICE əməkdaşlarının uşağı hədəf almadığını, əməliyyatın qanunsuz miqrant kimi qiymətləndirilən ata ilə bağlı aparıldığını bildirib.
Məlumata görə, ICE əməkdaşları uşağın evin qapısını döyməsini və içəridə başqa şəxsin olub-olmadığını yoxlamasını istəyib. Hadisə yerində olan məktəb rəsmiləri uşağın yaxınlarının onu himayəyə götürmək istədiyini, lakin buna icazə verilmədiyini qeyd ediblər.
Həmçinin oxuyun
Hadisə ictimaiyyət və təhsil nümayəndələri tərəfindən sərt tənqid edilib. Sosial şəbəkələrdə və şəhərdə keçirilən etiraz aksiyalarında azyaşlı uşağın saxlanılması insan hüquqlarının pozulması kimi qiymətləndirilib. Rəsmilər məsələ ilə bağlı araşdırmaların davam etdiyini bildirirlər.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
İranın xarici işlər naziri Abbas Əraqçi və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.CityPost.az "Tasnim"ə istinadən xəbər verir ki, tərəflər söhbət əsnasında ABŞ ilə İsrailin İrana qarşı hücumundan sonrakı hadisələr barədə fikir mübadiləsi aparıblar.Əraqçi vurğulayıb ki, İranın addımları müdafiə hüququ çərçivəsində və beynəlxalq hüququn tanınmış normaları əsasında həyata keçirilir.Əraqçi daha sonra hərbi təcavüzün BMT Təhlükəsizlik Şurasında pislənilməsinin əhəmiyyətini qabardıb.Antonio Qurterreş ABŞ və İsrailin İrana qarşı təcavüzkar hücumu barədə danışıb və beynəlxalq hüquq prinsiplərinə hörmət etməyin zəruriliyini vurğulayıb. O bildirib ki, İranın özünü müdafiə etmək hüququ barədə heç bir şübhə yoxdur.Quterreş həmçinin münaqişələrin genişlənməsinin qarşısını almaq, eləcə də onun...
10 Mart 2026, 23:44
Trampın İran müharibəsindən kim pul qazanır?
Dünya mediası çərşənbə axşamı iki əsas xəbərlə açılıb: yaxınlaşan qlobal neft böhranı və Donald Trampın İranla müharibənin “demək olar ki, bitdiyi” iddiası ilə çıxış edir.Ciytpost.az “The Washington Post”a istinadən xəbər verir ki, Pentaqon müharibənin ilk iki günündə 5,6 milyard dollar xərcləyib, lakin bu müharibədən bəzi şəxslər gəlir əldə edir. “The Wall Street Journal” yazır ki, Trampın oğulları ayda 10.000 dron istehsal etməyi hədəfləyən şirkəti dəstəkləyir. Şirkət Pentaqonun 2027-ci ilə qədər dronlara ayıracağı 1,1 milyard dollarlıq payı hədəfləyir. Eyni zamanda, ABŞ-ın İrana ilk hücumlarına kriptovalyuta bazarında mərc edən anonim oyunçular 1,2 milyon dollar qazanıb.Digər xəbərlərdə isə Fransada bələdiyyə seçkilərinin ilk turu...
10 Mart 2026, 14:48
Fransanın AI startapı AMI 1 milyard dollar topladı
Meta-nın keçmiş baş süni intellekt alimi Yann LeCun tərəfindən təsis edilən Fransanın süni intellekt startapı AMI, çərşənbə axşamı fiziki dünyanı anlaya bilən modellər hazırlamaq üçün 1 milyard dollar topladığını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, startapın ilk maliyyələşdirmə mərhələsidir və Toyota, Nvidia, Samsung kimi qlobal şirkətlərin, həmçinin Google-ın keçmiş CEO-su Erik Şmidt və Amazon-un qurucusu Jeff Bezos-un dəstəyi ilə həyata keçirilib. LeCun bildirib ki, bu mərhələdən sonra AMI “çox qısa müddətdə” 20-30 nəfəri işə götürəcək.LeCun açıqlamasında vurğulayıb ki, AMI-nin məqsədi ChatGPT və Gemini kimi mətni başa düşən modellərdən fərqli olaraq, dünyanı “heyvanlar və insanlar kimi” başa düşə bilən...
10 Mart 2026, 14:45
NASA-nın 600 kiloqramlıq peyki yerə düşəcək
Bu gün, 10 mart 2026-cı il, NASA-nın ən böyük elmi peyklərindən biri olan Van Allen Probe A Yerə qayıdacaq. Təxminən 14 ildir kosmosda olan 600 kiloqramlıq (1323 funt) cihaz atmosferə yenidən daxil olacaq və yanacaq, lakin insanlar üçün risk çox aşağıdır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Van Allen zondları – A və B – 30 avqust 2012-ci ildə kosmosa buraxılmış və Yerin maqnit sahəsi tərəfindən tutulmuş Van Allen radiasiya kəmərlərini öyrənmək missiyasını yerinə yetirmişdi. Bu kəmərlər günəş fırtınaları zamanı peyklər, astronavtlar və yerüstü rabitə sistemləri üçün təhlükə yarada bilər. Missiya yalnız iki il üçün nəzərdə tutulsa da, zondlar daha...
10 Mart 2026, 14:37
Tehranda yaşayış binaları atəşə tutulub, 40 nəfər həlak olub
Tehranın Risalət meydanında bir neçə yaşayış binası hava zərbələrinə məruz qalıb.Bu barədə "Tasnim" məlumat yayıb.Nəticədə binaların 40 sakini həlak olub, lakin ölü sayının artacağı istisna edilmir.Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
09 Mart 2026, 23:28
İranın səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, səfirə İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan ballistik raketlə bağlı rəsmi Ankaranın etirazı çatdırılıb.
09 Mart 2026, 21:58