Pakistan Hindistandan 64 illik su müqaviləsinə əməl etməyi tələb edir
Dünya 20 Sentyabr 2024, 12:19
15928
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç paytaxt İslamabadda keçirilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
CityPost.az xəbər verir ki,Hind Suları Müqaviləsinin illərdir iki ölkənin mənafeyinə xidmət edən əhəmiyyətli bir razılaşma olduğunu ifadə edən Baluç deyib:
"Biz inanırıq ki, bu, suyun bölüşdürülməsinə dair ikitərəfli sazişlərin qızıl standartıdır. Pakistan sazişin həyata keçirilməsinə tam sadiqdir. Biz Hindistanın da sazişə əməl etməsini gözləyirik".
İki ölkənin "Hind Komissarları" adlı ortaq bir mexanizm olduğunu xatırladan Baluç, "Pakistan ekoloji tarazlığı təmin etmək, ətraf mühitimizi qorumaq və ətraf mühitlə bağlı mənfi addımlardan qaçınmaq üçün ortaq bir məsuliyyət daşıdığımıza inanır.
Hindistan avqustun 30-da İslamabad administrasiyasını xəbərdar edib və sözügedən sazişə yenidən baxılmasını istəyib.
Hindistanın həm də bəndlərin tikintisi və Tibetdən qaynaqlanan və Hindistanın suvarma ehtiyacının üçdə birini ödəyən Brahmaputra çayının istiqamətinin dəyişdirilməsi ilə bağlı Çinlə su mübahisəsi var.
Hind Suları Müqaviləsi
Həmçinin oxuyun
Hindistana verilən çaylar Hind çayını daha çox qidalandırdığı üçün Pakistana bu çaylar üzərində hüquqlar verildi. Sazişə Hindistanın enerji istehsalı, kənd təsərrüfatı və balıqçılıq hüquqlarına malik olacağına dair maddə də əlavə edilib.
Hindistanın tikdiyi bəndlərə görə Pakistanda su çatışmazlığı və ya daşqın riski var.
Pakistan iqtisadiyyatının 20 faizinin Hind çayı ətrafındakı fəaliyyətlərdən asılı olduğu bildirilir.
Miri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ermənistan-Fransa hərbi əməkdaşlığı müzakirə edilib
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan və müdafiə nazirinin müavini Arman Sarqsyan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi və diplomatik missiyasını başa vurması ilə əlaqədar Fransanın hərbi attaşesi Kristof Elli ilə görüşüblər.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Arman Sarqsyan Ermənistan-Fransa müdafiə əməkdaşlığının inkişafına verdiyi töhfəyə görə Kristof Elliyə "Hərbi əməkdaşlığa görə" medalını təqdim edib. Görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivlərini və qarşılıqlı fəaliyyət məsələlərini də müzakirə ediblər.Bundan başqa, Ermənistanla Fransa arasında keçirilən digər görüşdə Avropa İttifaqı bazarına çıxış imkanlarının genişləndirilməsi məsələləri də müzakirə olunub....
11 İyul 2026, 22:35
İstanbulda azərbaycanlını aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar
İstanbulda biri Azərbaycan vətəndaşı olmaqla, iki nəfəri eyni gündə aldadaraq, ümumilikdə 3 milyon lirə dəyərində (təxminən 108,5 min manat) qızıl ələ keçirən dəstə üzvləri saxlanılıb.“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, şübhəlilər zərərçəkənlərə zəng edərək, özlərini polis əməkdaşı kimi təqdim edib və “Adınız FETÖ əməliyyatında keçir, evinizdəki qızıllar yoxlanılmalıdır” deyərək onları aldadıblar.Eyüpsultan rayonunda şirniyyat mağazasında menecer işləyən Azərbaycan vətəndaşı və Türkiyə vətəndaşı H.H. iyulun 1-də polisə müraciət edərək 1,5 milyon lirə dəyərində (təxminən 54 min manat) qızılını dələduzlara verdiyini bildirib.Həmin gün Fatih rayonunda yaşayan 65 yaşlı təqaüdçü D.K. də eyni üsulla aldadıldığını və bank seyfində saxladığı 1,5...
11 İyul 2026, 12:58
Acun Ilıcalı 4 qızından danışdı: “Atasız böyüyənləri dərhal tanıyıram”
Türkiyəli televiziyaçı və iş adamı Acun Ilıcalı qatıldığı "Beş çayı" proqramında ailə həyatı və qızları ilə bağlı səmimi açıqlamalar verib.Citypost.az "Yeni Sabah"a istinadən xəbər verir ki, 4 qız atası olan Acun Ilıcalı övladlarının həyatında atanın rolundan danışaraq yaşadığı müşahidələri bölüşüb."Allah mənə bir-birindən gözəl 4 qız övladı nəsib etdi. Melisa əlimdə böyüdü. Banu ilə isə sanki birlikdə böyüdük. O dünyaya gələndə cəmi 20 yaşım var idi. İndi ailəmiz o qədər böyüyüb ki, lap meksikalılara oxşayırıq", - deyə o bildirib. Pepperoni pizzaİlıcalı işi ilə əlaqədar tez-tez kastinqlərdə iştirak etdiyini deyərək atasız böyüyən qızları asanlıqla tanıya bildiyini vurğulayıb:"Onlar daim özlərini qorumağa və həyata...
11 İyul 2026, 09:00
Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib
Şimali Kiprin Prezidenti Tufan Erhürman xəstəxanaya yerləşdirilib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb."Paytaxt Lefkoşadakı keçmiş prezidentlik binasında keçirilən tədbirdə halı pisləşən Erhürman təcili tibbi yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya Şöbəsinə aparılaraq müalicə altına alınıb", - məlumatda bildirilib.Qeyd olunub ki, Prezident Tufan Erhürmanın qan təzyiqinin düşməsi ilə əlaqədar halı pisləşib.
11 İyul 2026, 08:18
Kaya Kallas: Srebrenitsa soyqırımı Avropa tarixinin ən qaranlıq səhifələrindən biridir
Srebrenitsa soyqırımı Avropa tarixinin ən qaranlıq səhifələrindən biridir.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Srebrenitsa soyqırımının 31-ci ildönümü ilə əlaqədar bəyanatında qeyd edib.Aİ rəsmisi vurğulayıb ki, bu faciə sülhə əsaslanan cəmiyyətlər qurmaq, insan həyatını və ləyaqətini qorumaq, həmçinin Avropa İttifaqının təməlini təşkil edən fundamental dəyərləri müdafiə etmək öhdəliyini xatırladır. “Avropada soyqırımının inkarına, tarixi saxtalaşdırmağa və müharibə cinayətlərinə görə məhkum olunmuş şəxslərin qəhrəmanlaşdırılmasına yer yoxdur. Biz Bosniya və Herseqovinadakı, eləcə də regionun digər liderlərini parçalanma əvəzinə məsuliyyəti, qarşıdurma əvəzinə dialoqu seçməyə, habelə hələ də tapılmamış...
11 İyul 2026, 08:10
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Polşanın paytaxtı Varşavada Mərkəzi Kibercinayətkarlıqla Mübarizə İdarəsinin (CBZC) əməkdaşlarına silahlı hücum zamanı 3 polis yaralanıb, birinin vəziyyəti ağırdır.Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.Məlumata görə, 29 yaşlı şəxs Mərkəzi Kibercinayətkarlıqla Mübarizə İdarəsinin Varşavadakı binası yaxınlığında işə gedən polis əməkdaşına beşbarmaq və maçete ilə hücum edib. Hücum zamanı polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb, hücum edən şəxs isə hadisə yerindən qaçıb.Daha sonra polis şübhəlini Kabatı metro stansiyası yaxınlığında aşkar edib. Onun saxlanılması zamanı 29 yaşlı şəxs müqavimət göstərərək daha iki polis əməkdaşına xəsarət yetirib.Hücum edən şəxs saxlanılıb. Hadisənin başvermə səbəbləri araşdırılır. (APA)...
10 İyul 2026, 22:26