İsveç media orqanı Rusiyanın Ermənistan seçkilərinə təsiri ilə bağlı məxfi sənədi açıqlayıb
Dünya 11 May 2026, 13:00
277
İsveçin “Blankspot” saytı Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkilərinə təsir planları barədə gizli sənədə istinadla məlumat yayıb.
Citypost.az “Blankspot”a istinadən xəbər verir ki, iddia olunur ki, “2026-cı il Anti-Paşinyan İş Proqramı” adlı sənəddə Ermənistan hökumətinin nüfuzunun azaldılması və seçkilərə təsir mexanizmləri əks olunub. Sənəddə əsas məqsədin seçkiləri baş nazir Nikol Paşinyana qarşı etimad səsverməsinə çevirmək olduğu bildirilir.
Məlumata görə, plan sosial şəbəkələrdə Rusiyayönlü narrativlərin artırılması, rəy liderlərinin sayının çoxaldılması və müxtəlif onlayn kampaniyalar vasitəsilə ictimai rəyə təsir göstərilməsini nəzərdə tutur.
“Blankspot” sənədin həqiqiliyini tam təsdiqləməsə də, onun bəzi məqamlarının Ermənistandakı son siyasi proseslərlə üst-üstə düşdüyünü qeyd edib. Sayt həmçinin sənədin 2026-cı ilin martından əvvəl Rusiya kəşfiyyat strukturları ilə əlaqəli mənbədən sızdırıldığını iddia edir.
Həmçinin oxuyun
Məqalədə bildirilir ki, Rusiyanın əsas hədəfi klassik təbliğat deyil, sosial inamsızlıq və siyasi qütbləşməni dərinləşdirməkdir. Bu yanaşma “sosial mühəndislik” kimi xarakterizə olunur.
Eyni zamanda, Aİ rəsmilərinə istinadən qeyd olunur ki, oxşar təsir şəbəkələri əvvəl Moldovada da müşahidə edilib və indi Ermənistanda fəallaşıb.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Komissar: Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək
Ermənistanın gələcəyini yalnız erməni xalqı müəyyən edə bilər.Citypost.az xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası öncəsi Ermənistanın Avropaya inteqrasiya kursundan danışarkən bildirib.“Yalnız Ermənistan xalqı öz gələcəyi ilə bağlı qərarlar qəbul edə bilər. Avropa Siyasi Birliyinin son zirvə toplantısı, eləcə də Aİ–Ermənistan sammiti onların hansı yolu seçmək istədiklərini göstərdi. Avropa da onları dəstəkləyəcək”, — Kos Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avropa yolunu seçməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib. (APA)...
11 May 2026, 13:35
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.APA xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin məlumatında deyilir.Məlumata görə, sanksiya siyahısına daha 85 mövqe əlavə edilib.Bu sanksiyalar əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən, sanksiyalardan yayınmağa kömək edən, Rusiya hərbi-sənaye kompleksinə texnologiya və avadanlıq təmin edən, həmçinin “kölgə donanması”, logistika, dron istehsalı və maliyyə şəbəkələri ilə əlaqəli şəxs və qurumlara qarşı tətbiq olunub....
11 May 2026, 13:28
Gürcüstan yeni Katolikos-Patriarxını seçir
Gürcüstan Pravoslav Kilsəsinin yeni – 142-ci Katolikos-Patriarxı bu gün keçirilən genişləndirilmiş kilsə şurasında seçilir."Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilir və yerli vaxtla saat 13:00-da başlayıb.Şurada təxminən 1200 nümayəndə iştirak edir.İclas çərçivəsində patriarxal taxt-taca namizədlərin çıxışları, yeparxiya nümayəndələrinin məruzələri və Gürcüstan Katolikos-Patriarxı titulunun tarixi ilə bağlı təqdimat nəzərdə tutulub. Tədbirin bir hissəsi Gürcüstanın Birinci Kanalı vasitəsilə canlı yayımlanır.Səsvermədə yalnız patriarxlar iştirak edir. Yeni Katolikos-Patriarx seçilmək üçün namizəd ən azı 20 səs toplamalıdır. Əgər ilk turda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə etməzsə, ən çox səs qazanan iki namizəd arasında ikinci tur keçiriləcək.Patriarx postuna...
11 May 2026, 13:21
Avstraliyada hantavirus gəmisindən altı nəfər karantinə alınacaq
Avstraliyada siçovulların yaydığı hantavirusla əlaqəli risk səbəbindən kruiz gəmisindən təxliyə edilən altı nəfər karantinə yerləşdiriləcək.Citypost.az france24.com-a istinadən xəbər verir ki, məlumatına görə, sərnişinlər – dörd Avstraliya vətəndaşı, bir daimi sakin və bir Yeni Zelandiya vətəndaşı – əvvəlcə Qərbi Avstraliyada yerləşən Bullsbrook karantin mərkəzinə aparılacaq.Səhiyyə naziri Mark Butler bildirib ki, Tenerife (İspaniya, Kanar adaları) istiqamətindən həyata keçirilən repatriasiya uçuşları çətin əməliyyat çərçivəsində tamamlanır. Onun sözlərinə görə, bütün sərnişinlər ilkin olaraq hərbi hava bazası yaxınlığında yerləşən xüsusi karantin müəssisəsinə köçürüləcək.Nazir qeyd edib ki, Avstraliya virusun 42 günlük inkubasiya dövrünü nəzərə alaraq daha sərt biotəhlükəsizlik tədbirləri tətbiq edir. Hazırda karantində olan şəxslərdə xəstəlik...
11 May 2026, 13:04
İranda casusluq ittihamı ilə "elit tələbə" edam edilib
İranda casusluq ittihamı ilə Tehranın nüfuzlu universitetlərindən birinin aspirantı edam edilib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran məhkəmə sisteminə bağlı “Mizan Online” saytı 29 yaşlı Ərfan Şakurzadənin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Mossadla əməkdaşlıqda ittiham edilərək asıldığını açıqlayıb.Norveçdə yerləşən “İran İnsan Haqları” (IHR) və “Hengaw” hüquq təşkilatları isə Şakurzadənin Tehran Elm və Texnologiya Universitetində təhsil aldığını, ittihamları rədd etdiyini və işgəncə altında etiraf verməyə məcbur edildiyini bildiriblər.Məlumata görə, o, peyk texnologiyaları ilə bağlı məlumatları xarici kəşfiyyat orqanlarına ötürməkdə ittiham olunub. Hüquq qrupları isə onun uzun müddət təkadamlıq kamerada saxlanıldığını və “saxta etiraflara məcbur edildiyini” iddia edirlər.İnsan haqları təşkilatlarının məlumatına...
11 May 2026, 13:02
Rusiya və Ukrayna bir-birini üç günlük atəşkəsi pozmaqda ittiham edir
Rusiya və Ukrayna tərəfləri elan olunmuş üç günlük atəşkəsin pozulması ilə bağlı bir-birini ittiham ediblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə, Dnepropetrovsk bölgəsindəki Nikopol rayonu Rusiya dronları ilə hədəfə alınıb. Zaporojye rəsmiləri son 24 saat ərzində 36 yaşayış məntəqəsinə 785 zərbə endirildiyini, bir nəfərin öldüyünü və iki nəfərin yaralandığını açıqlayıb. Donetskdə dörd nəfərin yaralandığı, Xerson bölgəsində isə bir neçə kəndin atəşə tutulduğu bildirilib.Ukrayna Prezidenti Volodimir Zelenski 10 mayda genişmiqyaslı raket və hava hücumlarının qeydə alınmadığını, lakin cəbhə xəttində vəziyyətin gərgin qaldığını deyib.Ukrayna Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahı ABŞ vasitəçiliyi ilə danışıqların davam etdiyini və Rusiya tərəfinə...
11 May 2026, 12:57