Bizə yazın

Baku

-°C

USD

-

Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ?  Zaur Əliyev yazır...

Söz adamı 11 May 2026, 12:07

1980

Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. 

O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.

1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla  Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan  şəxslərdən biri idi. 

 Rusların Gəncəni bombalaması, 10 mindən çox gəncəlinin ölümü ilə nəticələnir, bolşevik ordusu Gəncəni 9 mindən çox itki ilə işğal edir və üsyan yatırılandan sonra başlanan həbslər zamanı Bülbülü də əsir götürürlər, ona işgəncə verirmişlər. Deyilənə görə, qaçaq Sarı Ələkbər Bülbülün həbs xəbərini eşidəndə çox qəzəblənib və şəhərə gizli xəbər göndərib:

 "Əgər Murtuzanın  başına bir tük toxunsa, Gəncədəki bütün bolşevik komissarlarını bir-bir asacağam".

Gəncəlilərin gizli bir dəstəsi çox çətinliklə pul toplayıb həbsxananın işçilərinə verib onu və bir neçə adamı azad edib, şəhərdən çıxarıblar.

Lakin bu məsələ ilə bağlı bir rəvayət də var.

Bülbülü  öçümündən bir neçə dəqiqə əvvəl ondan son arzusunu soruşurlar. Bülbül sonuncu dəfə oxumaq istədiyini deyir. "Şikastayi-fars" (Segah da deyirlər )  oxuyur və onu dinləyən bolşeviklər içində olan Azərbaycanlılar rus komandirə müraciət edirlər:

"Biz erməni deyilik ki, bu cür gözəl səsi susduraq? Bu günahın altına girə bilmərik."

Rus komandir də ətrafda onun səsinin eşidərək yığışıb qulaq asan caamatın qarşısına çıxaraq:.

 "Belə səsi olan adamı öldürmək günahdır" deyərək onu sərbəst buraxırlar.

O, hər dəfə Gəncəyə konsertə gedəndə deyərmiş: "Mən bu şəhərə və bu insanlara borcluyam, onlar mənim səsimi məndən çox sevdilər və qorudular."

Bülbül azad ediləndən sonra Şuşaya qayıdır. 

1921-ci ildə Bakı Konservatoriyasında təhsil almaq qərarına gəlir. Uğurları ilə kifayətlənməyən Bülbül 1924-cü ildə İtaliyaya gedir, orada dünya şöhrətli musiqi ocağı La Skala teatrında təcrübə keçir. İtalyan musiqiçilər onun səsini eşidəndən sonra onu orada "Şərqin Karuzosu" adlandırırlar.

Qayıdandan sonra yenidən 1925-ci ildə Konservatoriyada Üzeyir Hacibəyov sinfində təhsilini davam etdirir. 

İkinci dünya müharibəsi zamanı Bülbülün də adı müharibəyə "könüllü" gedənlərin siyahısında olur.1942-ci ilin noyabrında 370-ci ehtiyat atıcı alayının şəxsi heyətinə daxil edilir. 

Lakin 57-ci nömrə altında qeyd olunan 1897-ci il təvəllüdlü Məmmədov Murtuza "Maddə 32-25-ə əsasən geri qaytarılsın" cümləsi əlavə edilir və o müharibəyə getmir.Bülbül  həmin illərdə cəbhə xəttində və hospitallarda dəfələrlə konsertlər vermişdir.

Şahidlərin dediyinə görə, Bülbül mikrofonsuz, sadəcə təbii səsi ilə elə oxuyurdu ki, səs düşmən tərəfə — alman səngərlərinə qədər çatırmış. Hətta deyirlər ki, o oxuyanda bir neçə dəqiqəlik atəş səsləri kəsilirmiş.

Prof.Dr. Zaur Aliyev 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ziyalılıq – cəmiyyətin əsas istinadı - Əli Rza Xələfli yazır...

Mən Ceyhunun özündən əvvəl atasını yaxşı tanıyırdım. O, təbiət etibarı ilə gülərüz, ünsiyyətcil, mehriban adam idi. Uzun müddət Cəbrayılda rəhbər vəzifələrdə çalışmışdı. Əgər onun daxili və zahiri harmoniyasını əsas götürsək və haqqında nə danışsaq, bu harmoniyaya istinad etməli olsaq, kimsə etiraz etməzdi. Düşünürəm ki, bir oğul üçün atadan əxz etdiyi ən üstün keyfiyyət mənəvi sağlamlıq olmalıdır. Mən Ceyhunda ata yolunun çox sədaqətli davamçısı obrazını görürəm. Kifayət qədər təvazökardır. Tanrı ona axıracan təmkin gücü bəxş edib. Ən sərt dönüş məqamlarında belə fikrini və sakit təmkinlə izah etmək gücündədir. Ümumiyyətlə, Ceyhun Məmmədov özünü ifadə imkanlarına görə xüsusilə fərqlənən ziyalıdır. Millət vəkili kimi məramı aydın, düşüncələri...

25 İyun 2026, 10:20

Gənc jurnalistlər Nəcəf Nəcəfovu tanıyırmı? – Qulu Məhərrəmli yazır

1988-ci ildə Qarabağ hadisələri başlayanda "Molodyoj Azerbaydjana" qəzeti ölkə həyatını ən dürüst işıqlandıran və milli maraqlar platformasından çıxışedən ən populyar mətbu orqana çevrildi. Çünki qəzetə rəhbərlik edən şəxs, erməni separatçılarının qarşısına ideoloji sipər çəkən, süstlüyünə görə respublikanın ovaxtkı rəhbərliyini cəsarətlə tənqid edən Nəcəf Nəcəfov idi.Sonra o, "Azadlıq" qəzetinə keçdi, müstəqil "Turan" agentliyinin yaradılmasında iştirak etdi, o illərdə kükrəyən Xalq hərəkatına qoşuldu,  1990-cı ilin qanlı 20 Yanvarında  ışğalçı sovet qoşunlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində dayandı. Milli Məclisə seçildi, parlamentdə "Demblok"un fəallarlndan oldu.   Neçə illər əvvəl rejissor dostum Rüfət Əsədovla birlikdə "Nəcəf Nəcəfov. Məyusluq" adlı film üzərində çalışanda bu insanın...

25 İyun 2026, 10:15

Şəmsi Qoca: Təhsil islahata möhtacdır

2025-2026-cı tədris ilinin görünməyən tərəfi: Rəsmi nikbinliyin arxasındakı sistem böhranı, insan istismarı və hüquqi iflasHər tədris ilinin sonunda rəsmi dairələrin rəqəmlərlə bəzədilmiş hesabatlarını dinləməyə, xarici parıltıya tamaşa etməyə adət etsək də, bu il Azərbaycan təhsilində illərdir yığılıb qalan, kök salan problemlərin daha da dərinləşdiyini, idarəetmədəki yarıtmazlığın xroniki xaos mərhələsinə keçdiyini gizlətmək artıq mümkün deyil. Dövlətin ən strateji sahəsi olan təhsil bu gün elmi-metodiki yeniliklər, köklü islahatlar və dərslik problemlərinin fundamental həllini gözlədiyi bir vaxtda, Elm və Təhsil naziri Emin Əmrullayevin fəaliyyətinin sanki yalnız "Son Zəng" günü məzunlarla rəqs etmək kimi şou xarakterli tədbirlərlə yadda qalması sistemin hara sürükləndiyinin ən acınacaqlı...

24 İyun 2026, 11:54

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam 

Dağlar dünyanın tarazlıq mərkəzləridir. Onlar olmasa, dünya əyilər, Yer öz orbitindən çıxar, bəşəriyyət faciə ilə üzləşər. Ancaq biz dağların sadəcə yerin üstündə olan hissəsini görürük. Elm isə hesab edir ki, dağlar yerin üstündəki ucalığı qədər də yerin altında dərinliyə malikdir. İnsanlar da elədir. Elə insanlar var ki, onlar olmasa, cəmiyyətin tarazlığı pozular, mənəvi çökmə baş verər, milli yaddaş qısalar. Ona görə də zaman-zaman dünyaya hidayət verənlər göndərilir. Yəni doğru yol göstərənlər! Onlar da düz dağlar kimi həm uca, həm də dərin olurlar. Tanrının bizlərə həqiqəti, milli yaddaşımızı, zəngin mənəviyyatımızı və mədəniyyətimizi, mentalitetimizin möhtəşəmliyini xatırlatmaq üçün göndərdiyi adamın adı da elə...

24 İyun 2026, 11:16

Kitabı "süni", naziri "orijinal" olan məmləkət 

Dünyanın harasında rəqəmsal bir yenilik, süni bir intellekt peyda olursa, bizim hökumətin texnokrat qanadı dərhal qollarını çırmayıb qaçır qabağa. Elə bilirlər ki, dünyanı ağuşuna alan bu texnoloji dalğa məhz bunların canını qurtarmaq üçün icad olunub. Təhsil nazirimiz Emin Əmrullayev də sağ olsun, qayıdıb ki, bəs bəsdirin pulunuzu kitaba, dərsliyə, vərəqə xərclədiniz, onsuz da 3 ildən sonra kitaba ehtiyac qalmayacaq, süni intellekt gəlib hər şeyi əvəz edəcək, lap elə Dilçilik İnstitutunu da bağlaya bilərik, onun da funksiyasını bir dənə alqoritm həll edəcək. Adamın lap ürəyi dağlanır. Elə bilirsən nazir təhsil sistemindəki problemlərdən yox, hansısa elmi-fantastik Hollivud filminin premyerasından danışır. Yəni məktəblərin...

23 İyun 2026, 12:10

Söz sənətinin vurğunu, ədəbiyyatın gözətçisi  

60 İllik Yubileyi MünasibətiləƏsəd CahangirSöz sənətinin vurğunu, ədəbiyyatın gözətçisiAltmış il — bir ömrün şəfəq vaxtıdır. İnsan bu illər içərisində ya öz ruhu ilə üz-üzə qalır, ya da sözün sehrli aləmindəki sonsuz dənizə qərq olur. Əsəd Cahangir ikinci yolu seçdi: ömrünü Sözə bağladı, qəlbini ədəbiyyata açdı, hər gecəsini düşüncənin alov saçan ocağında keçirdi.O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Tənqidçi, esseist, şair, ədəbiyyatşünas — bu titulların heç biri tək başına onu tam anlatmaz. Əsəd Cahangir, hər şeydən əvvəl, Sözün sadiq qulluqçusudur.Yaradıcılıq yolu"Söz"dən "Səs"ə, "Səs"dən ƏbədiyyətəƏsəd Cahangirin yaradıcılıq dünyasına daxil olduqda ilk qarşılaşdığınız şey intellektual dərinlikdir. Onun "Söz" essesilə başlayan...

22 İyun 2026, 12:57