Səfirliklərin vizadan imtina faizləri açıqlandı: Ən çox rədd cavabı verən ölkələr
Dünya 10 Avqust 2026, 21:00
2488
Xaricə səyahət etmək, təhsil almaq və ya işləmək üçün viza müraciəti edənlərin sayı hər il artır, lakin pasportu pasportüstə qoyub cavab gözləmək getdikcə daha gərgin prosesə çevrilir. Avropa İttifaqı və digər aparıcı ölkələrin konsulluqları son illik statistikalarını açıqlayıb və mənzərə çox da ürəkaçan deyil: rədd cavablarının sayında kəskin artım var.
Citypost.az xəbər verir ki, səfirliklərin qapısını bağlamasına və vizaya "yox" deməsinə səbəb olan ölkələrin başında Şengen zonasının bəzi üzvləri gəlir. Xüsusilə İsveç, Norveç və Avstriya kimi Şimal və Mərkəzi Avropa ölkələrinin konsulluqları ən sərt mövqe nümayiş etdirənlər arasındadır. Bu ölkələrdə müraciət edənlərin təxminən hər üçündən birinə, bəzən də yarısına imtina verilir. İspaniya, İtaliya, Fransa və Almaniya kimi populyar istiqamətlərdə isə imtina faizi 20-30 faiz arasında dəyişir.
Böyük Britaniya və ABŞ vizalarında da vəziyyət fərqli deyil. Müraciətlərin yarıya yaxını mənfi nəticələnir. Əslində səbəblər çox sadədir, lakin müraciət edənlər tez-tez bu xırda detalları gözərdən qaçırırlar:
Bank hesabına son dəqiqədə haradansa böyük məbləğdə pul otuzdurub arayış almaq artıq keçmir. Konsul pulun mənbəyini və sabit gəliri görmək istəyir. Yalançı otel bronları, ləğv olunmuş aviabiletlər viza zabitinin gözündən qaçmır. Səfərin məqsədi tam aydın olmalıdır. Əgər ölkənizdə sizi saxlayan rəsmi işiniz, daşınmaz əmlakınız və ya ailə bağlarınız zəifdirsə, konsulluq sizin orada qanunsuz qalacağınızdan şübhələnir.
Səfirlik rəsmiləri bir məsələdə də xüsusi xəbərdarlıq edirlər: Saxta vasitəçilərə inanıb saxta sənəd düzəltməyin. Yalançı iş yeri və ya bank arayışı təqdim etmək yalnız rədd cavabı almaqla bitmir, insanı uzun illərlə beynəlxalq viza bazasında "qara siyahı"ya salır. Vizanı almağın tək etibarlı yolu sənədləri olduğu kimi, dürüst və səliqəli təqdim etməkdir.
Səkinə Yusifova/Citypost.az
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
SEPAH: ABŞ ordusuna məxsus sualtı aparat Hörmüz boğazında ələ keçirilib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus bir ədəd ağıllı pilotsuz sualtı aparatın Hörmüz boğazında ələ keçirildiyini açıqlayıb.APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib.Məlumata görə, ABŞ ordusunun ən müasir ağıllı və pilotsuz sualtı aparatlarından biri bu gün səhər saatlarında Hörmüz boğazının girişində mürəkkəb məlumat və əməliyyat üstünlüyü təmin edən tədbir nəticəsində tələyə salınıb.SEPAH əlavə edib ki, sözügedən sualtı aparat dünyanın sualtı texnologiya sahəsində ən yeni texnologiyalardan birinə malikdir.Bəyanatda o da qeyd olunub ki, aparat 2025-ci ildə ABŞ ordusunun donanmasına təhvil verilib....
08 Sentyabr 2026, 22:00
Zəlimxan Yusupov həbs edildi
Məşhur pop-MMA döyüşçüsü Zəlimxan Yusupov Moskvada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, polis 33 yaşlı Yusupovun idarə etdiyi Hongai H5 markalı avtomobili saxlayıb. O, əvvəllər tibbi müayinədən imtina etməkdə ittiham olunmuşdu. Bu dəfə də vəziyyət təkrarlanıb. Döyüşçüyə qarşı cinayət işi açılıb.Qeyd edək ki, Zəlimxan təkcə döyüşləri ilə deyil, həm də işdən kənar davaları ilə tanınır. 2022-ci ildə döyüşçü həmkarı ilə mübahisədən sonra Dağıstanda döyülüb. Elə həmin ilin sonlarında Moskva bölgəsində belaruslu kikboksçuya hücum edib. 2024-cü ildə isə Zəlimxan başqa bir dava zamanı güllələnib....
08 Sentyabr 2026, 21:10
İranda "Bəsic" komandiri öldürüldü
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəsic” hərbiləşdirilmiş qüvvələrinin komandirlərindən biri Əbdürrauf Esaqi öldürülüb.Modern.az İran KİV-nə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərq bölgəsində baş verib.İran hakimiyyəti hadisəni terror hücumu kimi təsvir edib. Medianın məlumatına görə, təhlükəsizlik qüvvələri hücum edənləri axtarır və təqib edir.
08 Sentyabr 2026, 18:44
Kreml: Putin və Tramp bir saat telefon danışığı aparıb
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.Onun sözlərinə görə, telefon danışığı düz 1 saat davam edib, konstruktiv və açıq xarakter daşıyıb.Putinlə Tramp ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərinin nəticələrini müsbət qiymətləndiriblər, bu səfərlərin davam etdiriləcəyi razılaşdırılıb.Uşakovun sözlərinə görə, Tramp Ukraynadakı münaqişəyə son qoymaq istəyindən danışıb. Belə ki, Tramp prezidentliyi dövründə Ukrayna münaqişəsi üzrə irəliləyiş əldə etməkdə maraqlıdır.Uşakov qeyd edib ki, Putin Trampın vasitəçilik səylərini yüksək qiymətləndirib. Amerikalıların hərbi əməliyyatlara son qoymaq üçün hansı konkret...
08 Sentyabr 2026, 18:25
Şahzadə Corc Eton Kollecində təhsilə başlayıb
Böyük Britaniya taxtının varislərindən olan Şahzadə Corc Eton Kollecində ilk dərs gününə başlayıb.AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 13 yaşlı Şahzadəni məktəbə valideynləri Uels Şahzadəsi Uilyam və Şahzadə Ketrin müşayiət ediblər. Yağışlı hava şəraitində məktəbə gələn ailəni Eton Kollecinin rəhbəri Saymon Henderson qarşılayıb.Şahzadə Corc kollecdə internat şagirdi kimi təhsil alacaq. Bununla da o, vaxtilə həmin məktəbdə oxumuş atası şahzadə Uilyamın yolunu davam etdirəcək. Böyük Britaniyanın ən nüfuzlu özəl təhsil müəssisələrindən biri hesab olunan Eton Kollecində indiyədək 20 britaniyalı baş nazir təhsil alıb. Məktəbdə illik təhsil haqqının təxminən 65 min funt sterlinq olduğu bildirilir....
08 Sentyabr 2026, 17:17
Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır
Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Anita Orban “X” hesabında bildirib.O qeyd edib ki, Macarıstan hökumətinin qiymətləndirməsinə görə, Rusiya missiyasının 10 əməkdaşı Macarıstanda diplomatlar üçün qəbuledilməz fəaliyyətlə məşğul olub və rəsmi Budapeşt bu şəxsləri ölkəni tərk etməyə çağırıb.Orban qeyd edib ki, bu qərar Macarıstanın təhlükəsizliyini və suverenliyini qoruyur. Bu, Rusiya ilə diplomatik münasibətlərin pozulmasını nəzərdə tutmur.“Macarıstan qarşılıqlı hörmət və qaydalara riayət olunmasına əsaslanan zəruri dialoqu davam etdirmək niyyətindədir”, - XİN rəhbəri vurğulayıb....
08 Sentyabr 2026, 13:18