Dünyanın ən yaxşı “yaşıl kitabxanası” seçilib
Dünya 02 Sentyabr 2026, 19:54
358
İstanbulun Rami Kitabxanası Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının (IFLA) 2026-cı il Yaşıl Kitabxana Mükafatlarında “Böyükmiqyaslı layihə” kateqoriyası üzrə birinci yerə layiq görülüb. Kitabxana XIX əsrə aid Rami Kazarmasının tarixi irsi qorunmaqla iqlim dəyişikliklərinə davamlı müasir mədəniyyət məkanına çevrilməsini nəzərdə tutan layihəsi ilə 27 ölkədən təqdim olunan 62 layihə arasında fərqlənib.
Citypost.az Modern.az-a istinadən xəbər verir ki,1826–1828-ci illərdə inşa edilən Rami Kazarması genişmiqyaslı bərpa və yenidənqurmadan sonra 2023-cü ildə kitabxana kimi fəaliyyətə başlayıb. Layihədə konservasiya və adaptiv təkrar istifadə prinsipləri əsas götürülüb.
36 min kvadratmetr qapalı sahəyə və 4 200 nəfərlik tutuma malik kitabxanada rəqəmsal, gənclər, böyüklər və ixtisaslaşmış kitabxanalar fəaliyyət göstərir.
Rami Kitabxanasının 51 min kvadratmetrlik yaşıllaşdırılmış ərazisində 696 ağac, 99 min kol, bioloji gölməçə və qamışlıqlar yerləşir. Yağış suları toplanaraq yenidən istifadə olunur, günəş enerjisi, LED işıqlandırma və sensor sistemlərindən yararlanılır. Tullantılar çeşidlənir, birdəfəlik plastiklərin istifadəsi azaldılır.
Həmçinin oxuyun
Kitabxana davamlılıq anlayışını ekoloji məsələlərlə məhdudlaşdırmır. Burada iqlim savadlılığı, sosial inklüzivlik, mədəniyyət və təhsil proqramları həyata keçirilir. Əlçatan Resurslar Mərkəzi müxtəlif ehtiyacları olan istifadəçilərə xidmət göstərir, Şifahane bölməsi isə nadir əlyazma və çap materiallarını bərpa edir.
Rami Kitabxanası Türkiyədə “Biosphere Davamlı Muzey Sertifikatı” alan ilk kitabxana olmaqla yanaşı, “Sıfır Tullantı” və “Yaşıl Enerji” sertifikatlarını əldə edən ilk müəssisədir. 2023-cü ildən 2025-ci ilin sonunadək kitabxananı 8,2 milyondan çox ziyarətçi qəbul edib.
Rami Kitabxanasının uğuru tarixi irsin qorunması, ekoloji davamlılıq və müasir kitabxana xidmətlərinin vahid məkanda birləşdirilməsinin mümkünlüyünü nümayiş etdirir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Estoniyada yeni prezident seçildi
Estoniya parlamenti 51 yaşlı ədliyyə kansleri Ulla Madizeni ölkənin yeni prezidenti seçib.Modern.az xəbər verir ki, Madize sentyabrın 2-də keçirilən parlament iclasında gizli səsvermə yolu ilə dövlət başçısı seçilib.O, 101 deputatdan 71-nin səsini toplayıb. 7 deputat səsvermədə iştirak etməyib, 12 deputat isə iclasda olmayıb. Estoniyada prezident seçilmək üçün parlament üzvlərinin üçdə ikisinin, yəni ən azı 68 deputatın dəstəyi tələb olunur.51 yaşlı Ulla Madize bundan əvvəl Ədliyyə Nazirliyində, parlamentin Konstitusiya Komitəsində çalışıb, Dövlət Nəzarət Xidmətində baş nəzarətçi, prezidentin hüquq məsləhətçisi vəzifələrində fəaliyyət göstərib.O, 2015-ci ildən Estoniyanın ədliyyə kansleri vəzifəsini tutur. 2021-ci ilin sonunda bu vəzifəyə ikinci müddətə yenidən seçilib.Madizenin prezidentliyə namizədliyi 75...
02 Sentyabr 2026, 16:08
Nepalın gənc baş naziri ağır sınaq qarşısında qaldı
Nepalda baş verən dağıdıcı daşqınlar 36 yaşlı Baş nazir Balendra Şahın hökuməti üçün ciddi sınağa çevrilib.Citypost.az AFP-ə istinadən xəbər verir ki, fəlakət nəticəsində 1000-dən çox insan ölüb, təxminən 4500 nəfər isə itkin düşüb. Daşqınların ölkəyə milyardlarla dollar zərər vuracağı gözlənilir.Analitiklər bildirirlər ki, Şahın əsas sınağı xilasetmə və yardım işlərinin təşkili, eləcə də ölkənin yenidən qurulması olacaq. Fəlakətin onun vəd etdiyi iqtisadi və siyasi islahatlara da təsir göstərə biləcəyi qeyd edilir.Mütəxəssislər hesab edir ki, hadisə iqlim dəyişikliyinin Nepal üçün milli təhlükəsizlik məsələsinə çevrilməsini sürətləndirə bilər.Turan...
02 Sentyabr 2026, 10:51
Ukrayna əsgərləri müharibənin ortasında toy etdi
Ukraynanın şərqində cəbhəyə yaxın ərazidə iki əsgər slavyan ritualı əsasında keçirilən mərasimlə sevgilərini qeyd ediblər.Citypost.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, 30 yaşlı bəy və 32 yaşlı gəlin əsgər yoldaşlarının iştirakı ilə bir-birlərinə and içiblər. Mərasimdə bütpərəst slavyan ənənələri və pravoslav xristianlıq elementləri birləşdirilib.Cütlük hüquqi olaraq bir il əvvəl evlənsə də, bu mərasimi silahdaşları qarşısında xüsusi and kimi qiymətləndirib.Gəlin Xomoçka bölmənin tibbi xidmətinə rəhbərlik edir.Əli...
02 Sentyabr 2026, 10:49
Fransa səfirliyinin tədbirində qonaqların zəhərlənməsinin səbəbi açıqlanıb
Fransanın Ermənistandakı səfirliyinin Milli Gün münasibətilə keçirdiyi tədbirdə qonaqlar arasında baş verən qida zəhərlənməsinin səbəbi müəyyənləşib.Citypost.az xəbər verir ki, Bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat verilib.Bildirilib ki, aparılan araşdırma nəticəsində tərəfdaşlardan biri və bir sıra təchizatçıları tərəfindən sanitariya qaydalarının pozulması aşkarlanıb. Səfirlik həmin şirkətlərin xidmətlərindən gələcəkdə istifadə edilməyəcəyini açıqlayıb.Fransa səfirliyi araşdırmaya görə Ermənistanın səhiyyə orqanlarına təşəkkür edib və hadisə zamanı zərərçəkənlərdən bir daha üzr istəyib.Qeyd edək ki, zəhərlənmə iyulun 14-də Fransanın Milli Günü münasibətilə keçirilən tədbirdə baş verib.Əli...
02 Sentyabr 2026, 10:45
Tanınmış model bakirəliyi ilə bağlı suala belə cavab verdi
“OnlyFans” modeli Sofi Reyn bakirə olması ilə bağlı açıqlamasını şübhə altına alan jurnalistin sualından sonra çəkiliş meydançasında qalmaqala səbəb olub.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 21 yaşlı model daha əvvəl heç vaxt cinsi əlaqədə olmadığını və açıq-saçıq məzmun paylaşmadığını bildirib. O, hətta bakirəliyi müqabilində 15 milyon dollarlıq təklifi rədd etdiyini də iddia edib.TMZ-nin “Inside the Ring” proqramının çəkilişi zamanı aparıcı Branson Quirk modelin bu açıqlamasına şübhə ilə yanaşaraq ona sual ünvanlayıb. Reyn sualdan əsəbiləşərək çəkilişi tərk etməklə hədələyib və daha sonra çantasını jurnalistə atıb.Hadisədən sonra model çəkiliş meydançasını tərk edib.Qeyd edək ki, Sofi Reyn son dövrlərdə fəaliyyətini modellik sahəsinə...
02 Sentyabr 2026, 10:39
Pekində robotlar üçün “uşaq bağçası” açıldı
Pekində robotların insan müdaxiləsi olmadan, sınaq və səhv yolu ilə öyrənməsi üçün qeyri-adi tədqiqat mərkəzi fəaliyyətə başlayıb.Citypost.az Global Times-ə istinadən xəbər verir ki, Pekinin Şicinşan rayonunda yerləşən mərkəzdə robotlar hərəkət etməyi və fiziki dünya ilə qarşılıqlı əlaqəni öz təcrübələri əsasında öyrənirlər. Layihə Çinin Tashan Technology şirkəti və Turing mükafatı laureatı, möhkəmləndirmə təliminin qabaqcıllarından biri Riçard Sattonun rəhbərlik etdiyi komandanın əməkdaşlığı ilə yaradılıb.Mərkəzdə robotlar sensor və toxunma qavrayış sistemlərindən istifadə etməklə müxtəlif hərəkətləri dəfələrlə təkrarlayır, nəticələri qiymətləndirir və davranışlarını dəyişirlər. Məsələn, robot hərəkət zamanı divara çırpılarsa, toqquşma onun üçün uğursuzluq deyil, növbəti cəhddə davranışını düzəltməyə imkan verən məlumat hesab olunur.Layihənin əsas...
02 Sentyabr 2026, 10:36