Bizə yazın

Baku

-°C

USD

-

MİRMAHMUD MİRƏLİOĞLU – 70

Cəmiyyət 01 Sentyabr 2026, 12:41

345

     1 sentyabr 1956-cı il - Yardımlı rayonunun Telavar kəndində dünyaya gələn,  Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı (istiqlalçı millət vəkili), Klassik Xalq Cəbhəsi Partiyasının sədri, ictimai-siyasi fəaliyyəti və prinsipial mövqeyi ilə seçilən azman aydınımız Mirmahmud Mirəlioğlunun  həyat yolunun başlanğıcıdır. Bu gün isə həmin yolun 70 illik şərəfli bir mərhələsini qeyd edirik.

     Məncə, Mirmahmud Mirəlioğlunun həyat yolunu səciyyələndirən  beş söz - məqam var: məslək, mənsəb, məktəb, mətləb və müdrik.

     Məsləkdir Mirmahmud Mirəlioğlu. Çünki məslək insanın hansı yolda getdiyini və  niyə o yolda getdiyini müəyyən edir. Əqidəsinə bağlılıq, inandığı dəyərlərə sədaqət, haqq bildiyi mövqedən geri çəkilməmək insanın xarakterini formalaşdıran əsas mənəvi dayaqlardır. İllər, zaman, şərait dəyişə bilər, lakin insanın məsləki dəyişmirsə, onun şəxsiyyəti də öz bütövlüyünü qoruyur.

     Mənsəbdir Mirmahmud Mirəlioğlu. Mənsəb yalnız yüksək vəzifə, kürsü və titul deyil. Əsl mənsəb - insanların etimadını daşımaq, üzərinə düşən məsuliyyəti dərk etmək və tutduğun mövqeyə layiq yaşamaqdır. Mənsəbin dəyəri onun adında deyil, ona verilən mənada və göstərilən xidmətdədir. Həqiqi mənsəb insanı ucaldan deyil, onun üzərinə daha böyük məsuliyyət qoyan bir anlayışdır.Bu mənada Mirmahmud Mirəlioğlu üçün mənsəb heç zaman məqsəd deyil, xidmətin bir vasitəsi kimi dəyərləndirilən anlayışdır.

     Məktəbdir Mirmahmud Mirəlioğlu. Çünki hər şəxsiyyət özündən sonra yalnız xatirə deyil, həm də bir düşüncə məktəbi qoyur.

İnsanın söylədiyi sözlər, yaşadığı həyat, keçdiyi sınaqlar, nümayiş etdirdiyi mövqe və prinsipiallıq bəzən ən yaxşı dərslikdən daha təsirli olur. Mirmahmud Mirəlioğlunun həyat yolu da bu baxımdan bir məktəbdir - sözə sahib çıxmağın, mövqeyi qorumağın, düşünərək danışmağın və inandığın dəyərlər uğrunda dayanmağın məktəbi.

    Mətləbdir Mirmahmud Mirəlioğlu.

Hər sözün bir zahiri, bir də mahiyyəti var. Mətləbi anlamaq isə sözün görünən tərəfinin arxasındakı həqiqəti görə bilməkdir.Dərin düşüncə, məsələnin mahiyyətinə varmaq, həqiqəti axtarmaq və əsas olanı ikinci dərəcəli olandan ayırmaq - insanın intellektual və mənəvi yetkinliyinin göstəricisidir.Mirmahmud Mirəlioğlunun xarakterində mətləbə varmaq, sözü mahiyyətinə qədər düşünmək və haqq bildiyini ifadə etmək xüsusiyyəti xüsusi yer tutur.

     Müdrikdir Mirmahmud Mirəlioğlu.

Yetmiş yaşın ən böyük mənası da məhz buradadır. Müdriklik sadəcə çox yaşamaq deyil. Yaşadıqlarından nəticə çıxarmaqdır. Sınaqlardan keçib sınmamaq, zamanın dəyişən üzünü görüb öz mənəvi dayaqlarını qorumaq, həyatın verdiyi dərsləri gələcək nəsillərə ötürə bilməkdir.

     Müdriklik həm də nə zaman danışmağı, nə zaman susmağı, nəyi müdafiə etməyi və hansı dəyərdən heç bir şəraitdə vaz keçməməyi bilməkdir.

     Bu beş söz Mirmahmud bəyin  ömür yolunu ifadə edən beş mühüm sütundur.

     El sevgisi qazanmış dəyərli Mirmahmud bəy, Sizi 70 illik yubileyiniz münasibətilə  ürəkdən təbrik edir, keçdiyiniz həyat yoluna, ictimai-siyasi fəaliyyətinizə, milli düşüncəyə və dövlətçilik dəyərlərinə bağlılığınıza ehtiramımı bildirirəm.

     Arzu edirəm ki, ömrünüzün bundan sonrakı illəri  sağlamlıq, əmin-amanlıq, ailə səadəti və mənəvi rahatlıq içində keçsin. Qoy illərin təcrübəsi daha böyük müdrikliyə, müdriklik isə gələcək nəsillərə ötürüləcək dəyərli bir irsə çevrilsin.

     Qoy haqq bildiyiniz söz bundan sonra da  dilinizdə, Vətən sevgisi qəlbinizdə, milli dəyərlər düşüncənizdə, insanlara xidmət həyat yolunuzda olsun.

     70 yaş  bir zirvədir, amma şəxsiyyət üçün zirvə son deyil. Zirvə həm də yeni üfüqlərə baxış nöqtəsidir...

     Əziz Mirmahmud bəy,   70 illik yubileyiniz qutlu olsun!

Məsləkdir Mirmahmud Mirəlioğlu!

Mənsəbdir Mirmahmud Mirəlioğlu!

Məktəbdir Mirmahmud Mirəlioğlu!

Mətləbdir Mirmahmud Mirəlioğlu!

Müdrikdir Mirmahmud Mirəlioğlu!

                       ✍️ Tapdıq ƏLİBƏYLİ

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nizami Gəncəvinin simasında yaşayan Axund Mehdi Sarıcalı...  

Nizami Gəncəvinin simasında yaşayan Axund Mehdi Sarıcalı...  Mirzə Cəlil Məmmədquluzadənin kəbinini kəsən, Üzeyir Hacıbəyova “xalaoğlum” deyə müraciət edən, böyük Nizami Gəncəvinin heykəlinin simasına ilham verən qarabağlı ziyalı – Axund Mehdi Sarıcalı kim idi?  Azərbaycanın zəngin fikir və maarifçilik tarixində elə şəxsiyyətlər var ki, adları geniş kütləyə çox tanış olmasa da, onların gördüyü işlər bütöv bir dövrün mənəvi mənzərəsini müəyyənləşdirib. Qarabağın tanınmış ziyalısı, ruhani alimi, müəllim və ensiklopedik biliyə malik Axund Mehdi Məşədi İsgəndər oğlu Sarıcalı da belə şəxsiyyətlərdən biri olub.  Axund Mehdi 1868-ci il fevralın 3-də Şuşa qəzasının Quzanlı obasında dünyaya gəlib. İlk təhsilini dövrünün tanınmış şəriət müəllimi Axund Molla...

01 Sentyabr 2026, 12:35

Oktyabrın qeyri-iş günləri AÇIQLANDI

2026-cı ilin oktyabr ayında 9 qeyri-iş günü olacaq.Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur.Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər.Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlük iş həftəsində çalışanlar üçün ümumilikdə 4 bazar günü və digər təqvim üzrə 2 istirahət günü olmaqla 9 gün qeyri-iş günü nəzərdə tutulur.Qeyd edək ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib....

01 Sentyabr 2026, 12:20

Atabala Səfərovun doğum günüdür 

Bu gün Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından biri, tanınmış gülüş ustası və Əməkdar artist Atabala Səfərovun doğum günüdür.CityPost.az  xəbər verir  ki,1 sentyabr 1949-cu ildə anadan olan sənətkar, ömrünü teatr səhnəsinə, insanlara sevinc və təbəssüm bəxş etməyə həsr edib.Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Gənclər Teatrı və Gənc Tamaşaçılar Teatrının səhnəsində yaratdığı biri-birindən rəngarəng, koloritli obrazlarla tamaşaçıların qəlbində silinməz izlər qoyub.Onun bənzərsiz yumoru, fitri istedadı və səhnə mədəniyyəti hər zaman yüksək qiymətləndirilib.Atabala Səfərov təkcə istedadlı bir aktyor deyil, həm də sənət dünyasında dərin hörmət qazanmış nəcib bir insan idi. Səhnədə yaratdığı hər bir personaj onun daxili dünyasının zənginliyindən, sənətə olan...

01 Sentyabr 2026, 12:13

Əzizbəyov kim olub?

Adına bir zamanlar metrostansiya, rayon olan, şəninə heykəl qoyulan (Sonradan hamısı ləğv edildi) Məşədi Əzizbəyov, bir qatı bolşevik olaraq Azərbaycanın sovetləşməsi uğrunda fəal mübarizə aparmış adamlardan biridir. Əzizbəyov Məşədi bəy Əziz oğlu 18 yanvar 1876-cı ildə Bakıda anadan olub. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının ilk üzvlərindən, belə demək olarsa, qurucularından biri olub. Nədənsə, zaman-zaman onun əməlləri də bir neçə dəfə təhrif edilməyə çalışılmış, digər bir çoxları kimi qəhrəman obrazında təqdim edilmək niyyəti də olmuşdur. Bəzi mənbələr onun bənna ailəsində doğulduğunu desə də, əslində, Əzizbəyov zadəgan nəsildən olub. O, əslən Tehran azərbaycanlısıdır. Daha dəqiq desəm, ulu babaları Azərbaycana gələndə artıq torpaq sahələri, neft mədənləri, zavodları var idi. Üstəlik,...

01 Sentyabr 2026, 11:27

Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib 

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adındansəmimi-qəlbdən təbrik edirəm.Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa əsaslanan münasibətlər məmnunluq doğurur. Son illərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafı, ali səviyyəli səfərlərin artması, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi ikitərəfli münasibətlərimizin məzmununu daha da zənginləşdirmişdir.Ölkələrimiz arasında iqtisadi-ticari, energetika, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf dinamikası məmnunluq doğurur.İyul ayında Azərbaycana səfərinizi, o cümlədən Qarabağ bölgəsini birgə ziyarətimizi ən xoş təəssüratlarla xatırlayıram. Slovakiyanın işğaldan azad edilmiş...

01 Sentyabr 2026, 11:17

"O da yaxşı sudur. Amma bu da yaxşı sudur" — Azərbaycan Liderinin viral olan JESTİ 

Bəzən nəyisə təsdiq etməyə çalışmaq lazım deyil. Balaca bir jest, hərəkət hər şeyi söyləyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünən  Bişkekdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı nüanslara şahidlik etdik. Masanın üzərində olan Azərbaycan sularını qarşı tərəfə təqdim edən Prezident İlham Əliyev bunları özü ilə gətirdiyini söyləyib. Qarabağın keçilməz qalası Kəlbəcər dağlarından süzülüb gələn "İstisu" mineral suyunu süzərək, şirin bir eyham da edib.  View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az) Masada Gürcüstan istehsalı olan "Borjomi" suyu...

01 Sentyabr 2026, 11:08