Bizə yazın

Baku

-°C

USD

-

Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Cəmiyyət 02 Sentyabr 2026, 13:44

316

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Citypost.az xəbər verir ki, Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaq.

Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İnzibati xəta törədənlər üçün psixiatriya müayinəsi qaydası dəyişdi

İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi qaydası dəyişib.Citypost.az xəbər verir ki, Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.Məcəlləyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, inzibati xəta haqqında iş üzrə icraat aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi barəsində icraat aparılan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar qəbul edərək psixiatriya müəssisəsinə müraciət edir.Şəxsin barəsində psixiatriya müayinəsinin həyata keçirilməsi və...

02 Sentyabr 2026, 13:51

Azərbaycan-Qırğızıstan statistika memorandumu təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.Citypost.az  xəbər verir ki, Fərmana əsasən 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir....

02 Sentyabr 2026, 13:49

Qumar oynayanlara YENİ CƏZA – Təkrar iştiraka görə həbs

Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.Məcəlləyə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.Məcəlləyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər...

02 Sentyabr 2026, 13:47

Sel Qəbələ-Laza avtomobil yolunda fəsadlara səbəb olub

Qəbələ-Laza avtomobil yolunu sel basıb.APA-nın Şirvan bürosu xəbər verir ki, son iki gündə Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları nəticəsində Qəbələ-Laza avtomobil yolunda fəsadlar yaranıb.Sel suları avtomobil yolunun müəyyən hissələrini yuyub, yol yararsız hala düşüb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, yolun bərpası istiqamətində işlər aparılır.Mövcud vəziyyətlə əlaqədar Laza kəndinə gediş-gəliş alternativ yolla həyata keçirilir. Yaxın günlərdə yolun yenidən bərpa olunacağı gözlənilir....

02 Sentyabr 2026, 13:23

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu. Həmidə Xanım yazır: "İlk Türk satirik jurnalı "Molla Nəsrəddin"in 30 illiyi münasibəti ilə Əziz Şərifin yazdığı və "Literaturnıy Azerbaycan" dərgisinin 7-8-ci nömrələrində dərc etdirdiyi məqalədə rəhmətlik Cəlil Məmmədquluzadənin xatirəsini incidən bir səhv vardır.  Əziz Şərif, jurnalın 1910-cu ildəki durumunu, nəşrinin beşinci ilini təsvir edir və 53-cü səhifədə yazır ki, guya Məmmədquluzadə “zəngin dul qadınla sərfəli nigaha girdikdən sonra” jurnaldan soyumuşdu və s. bu kimi fikirlər...  Mən mərhumun dul xanımı olaraq Mirzə Cəlilin xatirəsini müdafiə etməyi özümə borc bilirəm və rəhmətliyin tərcümeyi halına qeyri-müəyyənlik gətirən bu ədalətsiz fikrə etiraz edirəm.   Mirzə Cəlil, Şərifin yazdığı kimi...

02 Sentyabr 2026, 12:54

TƏBİİ FƏLAKƏTDƏN DİNİ TƏHQİRƏ KEÇMƏK OLMAZ  - Ceyhun Məmmədov

Son illərdə sosial platformalarda özünü “psixoloq”, “ekspert” və ya “blogger”, “ateist” kimi təqdim edən bəzi insanların fəaliyyəti ciddi suallar doğurur. Xüsusilə dinə, millətlərə, ailə dəyərlərinə və müxtəlif sosial qruplara qarşı təhqiramiz ifadələrin “kontent”ə çevrilməsi artıq sadəcə fikir bildirmək məsələsi deyil.Psixoloq kimdir?Psixoloq insanların problemlərini dinləyən, onların düşüncə və emosiyalarını anlamağa çalışan, qarşılaşdıqları çətinliklərin həlli üçün düzgün istiqamət göstərən mütəxəssisdir. Onun işi insanları bir-birinə qarşı qoymaq, cəmiyyətdə aqressiya yaratmaq və hər mövzudan qarşıdurma çıxarmaq olmamalıdır.Əlbəttə, psixoloq da hər bir insan kimi öz fikrinə sahib ola bilər. Hər hansı dinə inanmaya, dini sorğulaya və müəyyən dini fikirləri tənqid edə bilər. Buna görə heç...

02 Sentyabr 2026, 12:48