Polad Bülbüloğlunun arvad məsələsi
Cəmiyyət 31 Avqust 2026, 17:28
176
Polad Bülbüloğlu ilə Eteri Leonidovnanın evlilik məsələsi cəmiyyətin diqqətini cəlb etməkdə davam edir. Amma, bu evliliyə diqqət ayıranları qınayanlar da var. İnsanları tənbeh edirlər ki, kiminsə şəxsi həyatını müzakirə etmək ədəbsizlikdir...
Mən də razıyam. Hər kəsin şəxsi həyatı özünə aiddir və onu müzakirəyə çıxarmaq doğru deyil.
Tanınmışların, məşhurlarln, şou biznes nümayəndələrinin, sevilən aktyorların, dövlət strukturlarında yüksək vəzifə tutanların, nazirlərin, deputatların, bir sözlə içtimai insanların həyatı, fəaliyyəti hər zaman, dünyanın hər yerində diqqət mərkəzində olub və olacaq. Buna görə insanlar qınansa da, qənanmasa da bu belədir.
Polad Bülbüloğlu və Eteri Leonidovnanın evliliyinə gəlincə, bir neçə məqamı qeyd etmək istəyirəm. Bu xəbər gündəmi zəbt etdikdə iki mənbə təkzib məlumatı tirajladı. Hər iki təkzib eyni vaxtda, eyni saatda dövriyyəyə buraxıldı.
Qəribəsi odur ki, bu təkziblər eyni saatda eyni adamın adından, yəni Polad Bülbüloğlunun adından yayılsa da, tamamilə fərqli tonda və fərqli mövqedən yayımlandı.
Birinci təkzibdə qeyd olundu ki, Polad Bülbüloğlu sentyabrın əvvəllərində Bodrumdan Bakıya qayıdacaq və onun evlənməsi xənərini yayanlarla məhkəmədə görüşərək məsələyə hüquq müstəvisində qiymək verəcək.
İkinci təkzibdə isə deyildi ki, Polad Bülbüloğlu hamıya salam göndərdi və hamıya onun kimi uzun ömür yaşayaraq 81 yaşında evlənməyi arzuladı.
Bir daha vurğulamaq istəyirəm ki, şəxsən mənə qətiyyən maraqlı deyil, Polad Bülbüloğlu evləndi, boşandı, hara getdi, hardan gəldi.
Ancaq unutmaq olmaz ki, Polad Bülbüloğlu 18 il mədəniyyət naziri işləyib, 18 il səfir olub, hal-hazırda da deputatdır, komitə sədridir. Ona görə də onun evlilik məsələsi gündəm olub. Çünki, tanınmış adamdır, həm də hakimiyyətdə təmsil olunur.
Evliliyə gəldikdə isə bildirirəm ki, Polad Bülbüıoğlu artıq 7-8 aydır Eteri Leonidovna ilə birgə yaşayır. Münasibətləri bir neçə il bundan əvvəl başlamışdı. Bu ilin yanvar ayından artıq bir yerdə yaşamağa qərar veriblər. Müxtəlif rəsmi, qeyri rəsmi tədbirlərdə birlikdə, ər-arvad kimi iştirak edirlər. Hal-hazırda da Bodrumda birıikdə dincəlirlər.
Keçmiş həyat yoldaşı ilə aralarında nələrin baş verdiyi də çoxlarına məlumdur. Bu ailə daxili məsələ olduğu üçün problemin incəliklərinə varmaq, detalları açıb tökmək istəmirəm. Buna ehtiyac da yoxdur.
Polad Bülbüloğlu ilə Eteri Leonidovnanın evliliyinin bu şəkildə gündəm olmasının səbəbi jurnalistlər, bloqerlər deyil, Polad Bülbüloğlunun özüdür.
Adam yenidən evlənir, yeni arvadı ilə cəmiyyət arasına çıxır. Hamı bunu görür, bilir. Məsələ içtimailəşəndə isə, onun adından müxtəlif formalarda təkzib olunur.
Bunu başa düşə bilmirəm. Əgər bu pisdirsə, niyə etmisən? Yaxşıdırsa, niyə gizlədirsən?
Bunun adı məncə cəsarətsizlikdir. Həmişə olduğu kimi, yenə də etdiklərini inkar etmək...
Kamil Şahverdi
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şanxaydan Bakıya: böyük Avrasiyanın Azərbaycan yolu — Deputat Zahid Orucun ŞƏRHİ
25 illik yubileyi qarşısında Şanxay Əməkdaşlıq Təşkilatı dünya siyasətində Qərb institutlarından kənarda formalaşan ən böyük siyasi məkanlardan birinin hansı istiqamətə getdiyini yenidən gündəmə gətirir. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat artıq yarandığı dövrün sərhəd təhlükəsizliyi platformasından daha böyük iqtisadi və siyasi gücə çevrilir. Enerji, nəqliyyat, ticarət, rəqəmsallaşma, təhlükəsizlik və yeni maliyyə institutları ŞƏT-in gündəliyində getdikcə daha böyük yer tutur.Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc CityPost.az-a açıqlamasında deyib.Deputatın sözlərinə görə,Prezident İlham Əliyevin avqustun 31-də ŞƏT tədbirlərində iştirak etmək üçün Bişkekə səfəri Azərbaycanın Avrasiya məkanındakı mövqeyinə yeni rakursdan baxmağa imkan verir. Sentyabrın 1-də keçiriləcək sammitə...
31 Avqust 2026, 16:58
Kişilik və mərdlik etalonu Fuad Poladov
Mən xalq artistiyəm, necə xaricə gedib deyim ki, mənim ölkəmdə olan həkimlər bacarmadılar, müalicəmin təsiri olmadı.Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda Sovetski məhəlləsində müəllim ailəsində anadan olub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.Aktyorun özünün dediyinə görə çox şuluq, ipə-sapa yatmayan uşaq olub. Tez-tez dərs buraxıb, müəllimlərə mane olub. Atası həddindən artıq ciddi, zəhmli adam olduğundan şuluq hallar olanda onu məktəbə dayısı aparırmış.Anası Hənifə ibtidai sinif müəlliməsi, atası Ağarəhim Poladov isə kimya-biologiya müəllimi...
31 Avqust 2026, 16:25
İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.CityPost.az xəbər verir ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani...
31 Avqust 2026, 16:14
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü başa çatıb.Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilir.
31 Avqust 2026, 16:11
Lukaşenko haqqında ən maraqlı 25 fakt
Ən yeni tarix. Maraqlı faktlar.Sağıcı oğlu, sağıcı əri - 32 ildir prezident olan 72 yaşlı Lukaşenko haqqında ən maraqlı 25 fakt.30 avqust Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun doğum günüdür. O, bir neçə dəfə ad gününün avqustun 31-də, oğlu ilə eyni gündə olduğunu açıqlasa da, prezidentin rəsmi anketində bu tarix 30 avqust göstərilir. 32 il prezident kürsüsündə əyləşən 72 yaşlı Aleksandr Lukaşenko haqqında ən maraqlı 25 faktı təqdim edir.1. Lukaşenko 30 avqust 1954-cü ildə Belarusiyanın Vitebsk vilayətinin Orşanski rayonunun Kopıs qəsəbəsində anadan olub.2. Uşaqlıqdan atasız böyüyən Aleksandr Lukaşenko anasının soyadını daşıyır.3. Anası Yekaterina Trofimovna 20 ildən artıq bir müddətdə kənddə sağıcı işləyib.4. Lukaşenko...
31 Avqust 2026, 15:36
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.CityPost.az xəbər verir ki, “Manas” beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.
31 Avqust 2026, 11:49