Süni intellektlə MİDA-nın adından 472 saxta müqavilə hazırlandı
Cəmiyyət 02 Sentyabr 2026, 15:25
279
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.
Citypost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nəticədə qeyd edilən qanunsuz əməlləri törətməkdə təqsirli bilinən 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə etməklə güzəştli mənzillərin növbədənkənar əldə edilməsini təşkil edə biləcəkləri barədə vətəndaşlarda həqiqətə uyğun olmayan təsəvvür yaradaraq MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayıblar.
Daha sonra həmin saxta sənədləri 1000–9000 manat arasında dəyişən məbləğlər müqabilində vətəndaşlara təqdim edərək onların pul vəsaitlərini ələ keçiriblər. Tədbirlər zamanı Ş.Mirzəyevanın yaşadığı mənzilə baxış keçirilərkən MİDA-nın adından hazırlanmış 472 ədəd saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Həmçinin oxuyun
Faktlarla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. G.Lətifova və Ş.Mirzəyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşların müəyyən edilməsi, dəymiş maddi ziyanın ümumi məbləğinin hesablanması, həmçinin cinayət işi üzrə bütün halların araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DİN və MİDA vətəndaşlara müraciət edərək bildirir ki, güzəştli mənzillərin əldə edilməsi ilə bağlı yalnız rəsmi elektron xidmətlərdən istifadə etsinlər, növbədənkənar mənzil satışı, eləcə də prosesə kənar müdaxilə etməklə üstünlük yaradılması barədə vədlərə inanmasınlar.
Vətəndaşlara bu kimi şübhəli təkliflərlə qarşılaşdıqları halda dərhal polisə məlumat vermələri tövsiyə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan üçün 25 trilyonluq imkan – 4 tərəfdaş ölkənin payı var
Avqustun 31-dən sentyabrın 1-dək Bişkek şəhərində baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammitində 17 dövlətin lideri iştirak edəcək. İştirakçılar arasında Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da var.2026-cı ildə yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT hazırda 10 tamhüquqlu üzv dövləti birləşdirir. Təşkilatın əhatə etdiyi coğrafiya təxminən 36 milyon kvadratkilometr, üzv ölkələrin ümumi əhalisi isə 3,4 milyard nəfərdən çoxdur. Dünya Bankının 2025-ci il məlumatlarına əsasən, ŞƏT-in 10 üzv ölkəsinin ümumi nominal ÜDM-i təxminən 27,4 trilyon dollar təşkil edir ki, bu da dünya ÜDM-nin təxminən 23,1 faizinə bərabərdir.Bəs ŞƏT-in Azərbaycan üçün...
02 Sentyabr 2026, 15:33
ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə saxta biletlərin satılması halları ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.Citypost.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.Qeyd edilib ki, son günlər şirkətə vətəndaşlardan sözügedən marşrut üzrə saxta biletlərin satılması ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunur, araşdırmalar aparılır. Saxtakarlıq edən şəxslərin və sosial şəbəkə səhifələrinin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.ADY vurğulayıb ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və onlara bilet...
02 Sentyabr 2026, 15:18
Akademik Vasif Babazadənin doğum günüdür
Bu gün Azərbaycan elminin görkəmli simalarından biri, BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri(1986-cı ildən), Azərbaycanın Dövlət mükafatı laureatı (1978), geologiya-mineralogiya elmləri doktoru (1975), Əməkdar elm xadimi (2000), "Şöhrət"(2009) və "Şərəf" (2018)ordenləri laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü(2014), akademik Vasif Babazadənin doğum günüdür.CityPost.az xəbər verir ki,Vasif Məmməd Ağa oğlu Babazadə 1938-ci il sentyabrın 2-də Bakı şəhərində anadan olmuş, 1945–1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində oxumuşdur. 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda – BDU) Geologiya-coğrafiya fakültəsində təhsil almış və mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 1961-ci ildən BDU-da çalışır.1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1977-ci ildə professor, 2014-cü...
02 Sentyabr 2026, 15:11
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda daha 1700-dək işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.Nazirlikdən Citypost.az-a verilən məlumata görə, onlardan 722 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, digərləri üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.Bildirilib ki, kurslarda müdavimlərə data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma stansiyalarının operatoru, qənnadıçı, şirniyyatçı və s. peşələr üzrə bilik və bacarıqlar öyrədilir. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək....
02 Sentyabr 2026, 14:57
Əlibala Hacızadənin anadan olmasından 91 il keçir
Görkəmli yazıçımız Əlibala Hacızadənin (1935–2009) anadan olmasından 91 il keçir. Ədibin "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin çap etdirdiyi "Gəncliyin səsi" almanaxında dərc olunmuş, bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının sanki qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırmışdır. 1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat...
02 Sentyabr 2026, 14:41
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.Citypost.az xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.Ölkəmizlə BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil ediləcəyini dedi.Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və "orta güc" dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Dmitri Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladı. O, bu gün Bakıda “Şəhərlərin bərpası...
02 Sentyabr 2026, 14:30