Qumar oynayanlara YENİ CƏZA – Təkrar iştiraka görə həbs
Cəmiyyət 02 Sentyabr 2026, 13:47
333
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq.
Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.
Həmçinin oxuyun
Məcəlləyə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə beş min manat məbləğində cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DİN-dən vətəndaşlara KİBERTƏHLÜKƏ xəbərdarlığı
Daxili İşlər Nazirliyi dövlət qurumlarının adından edilən aldadıcı zənglərlə bağlı çağırış edib.Citypost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.Müraciətdə deyilir ki, kiberdələduzlar tərəfindən müxtəlif dövlət qurumlarının adından vətəndaşlara zəng edilərək bank hesablarında olan pul vəsaitlərinin təhlükəsizliyi bəhanəsi ilə onların digər hesablara köçürülməsi barədə saxta məlumatlar verilir:"Vətəndaşları müxtəlif xarici ölkələrdən dövlət qurumlarının adından edilən zəng və göndərilən mesajlara qarşı diqqətli olmağa, şəxsi və bank məlumatlarını qarşı tərəfə təqdim etməməyə, mobil telefonlarına göndərilən təsdiq kodlarını paylaşmamağa, tanımadıqları keçidlərə daxil olmamağa, eləcə də bu cür müraciətlər əsasında hər hansı ödəniş və ya maliyyə əməliyyatı həyata keçirməməyə çağırırıq.Unutmaq olmaz ki, dövlət qurumları vətəndaşlardan zəng,...
02 Sentyabr 2026, 14:06
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətinin prokuroru Çjao Tyeşi və Qansu əyalətinin prokuroru Şen Cian daxildir.Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:- Xoş gəlmisiniz. Bilirəm ki, səfəriniz yekunlaşır. Siz Azərbaycana çox vacib səfər edirsiniz. Əminəm ki, səfəriniz çox uğurlu idi. Bu səfər münasibətlərimizin bütün sahələrdə daha da inkişafına xidmət edəcək. Ümid edirəm ki, siz ölkəmizdən xoş təəssüratlarla ayrılacaqsınız. Biz sizin səfərinizi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli hesab edirik.Bildiyiniz kimi, aprel...
02 Sentyabr 2026, 14:05
İnzibati xəta törədənlər üçün psixiatriya müayinəsi qaydası dəyişdi
İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi qaydası dəyişib.Citypost.az xəbər verir ki, Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.Məcəlləyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, inzibati xəta haqqında iş üzrə icraat aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi barəsində icraat aparılan şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar qəbul edərək psixiatriya müəssisəsinə müraciət edir.Şəxsin barəsində psixiatriya müayinəsinin həyata keçirilməsi və...
02 Sentyabr 2026, 13:51
Azərbaycan-Qırğızıstan statistika memorandumu təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.Citypost.az xəbər verir ki, Fərmana əsasən 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir....
02 Sentyabr 2026, 13:49
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, Sərəncama əsasən 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan...
02 Sentyabr 2026, 13:44
Sel Qəbələ-Laza avtomobil yolunda fəsadlara səbəb olub
Qəbələ-Laza avtomobil yolunu sel basıb.APA-nın Şirvan bürosu xəbər verir ki, son iki gündə Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları nəticəsində Qəbələ-Laza avtomobil yolunda fəsadlar yaranıb.Sel suları avtomobil yolunun müəyyən hissələrini yuyub, yol yararsız hala düşüb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, yolun bərpası istiqamətində işlər aparılır.Mövcud vəziyyətlə əlaqədar Laza kəndinə gediş-gəliş alternativ yolla həyata keçirilir. Yaxın günlərdə yolun yenidən bərpa olunacağı gözlənilir....
02 Sentyabr 2026, 13:23