Bizə yazın

Baku

-°C

USD

-

Şair Ələkbər Salahzadənin xatirə günüdür

Cəmiyyət 02 Sentyabr 2026, 17:04

278

 Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, şair Ələkbər Salahzadənin xatirə günüdür. 

Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olmuşdur. Orta məktəbi Qonaqkənddə başa vurub ADU-nun filologiya fakültəsində təhsil almışdır (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış, illər keçdikcə dövri mətbuatda çıxış etmişdir. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının redaktoru olmuşdur (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) işləmişdir. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), redaktor vəzifəsində (1992-2004), daha sonralar “Qobustan” jurnalının baş redaktoru vəzifəsində(2004-2013) çalışmışdır. 60-cı illərdən fəal ədəbi fəaliyyətə başlamışdır. Bir çox kitabların (“Beş yarpaq”1968, “Od hevkəli”1970, “Gözlər baxır dünyaya”1979,  “Xatirə çiçəyi”1982, “Yerimiz bir, göyümüz bir”1986, “Od odası”1989, 

“Yanıltmaclı əlifba”1996, “Xocalı xəcilləri”2006, “Vaxt vadisi”2007, “M. Müşfiqin monoloqu”2008, “Qobustan”2010 və s. müəllifii olmuşdur. Bədii tərcümə ilə də ardıcıl məşğul olmuşdur. Əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı vardır. "Kölgədən qorxan" (1983) Şəki, "Yayın qış gecələri" (1985) Sumqayıt, "Nağaraçı naxırçı" (1987) pyesləri Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. 

Ələkbər Salahzadə 2013-cü ilin sentyabrın 1-də Bakıda vəfat edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Türkmənistan viza rejimini sadələşdirir

Azərbaycan və Türkmənistan arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilib.Bu barədə Citypost.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Türkmənistan nümayəndə heyətinə isə Konsulluq xidmətləri idarəsinin rəhbəri Dövlətirat Muratov rəhbərlik edib.Görüşdə Türkmənistanın Daxili İşlər Nazirliyinin, Miqrasiya xidmətinin, Baş Prokurorluğun rəsmiləri, həmçinin AR-in Daxili İşlər Nazirliyinin rəsmisi, ölkəmizin Türkmənistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.Nümayəndə heyətləri iki ölkə vətəndaşlarının hüquq və maraqlarının...

02 Sentyabr 2026, 17:18

Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib.Citypost.az quruma istinadən xəbər verir ki, rəqabətli keçən hərracda start qiyməti 12 000 manat olan "BMW 520I" markalı avtomobil 33 500 manata, ilkin qiyməti 9 000 manat olan "BMW 740LI" markalı nəqliyyat vasitəsi 26 000 manata, ilkin qiyməti 6 000 manat olan "Toyota Camry" markalı avtomobil isə 15 600 manata satılıb.Növbəti hərraclar 8, 15, 22 və 29 sentyabr tarixlərində keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər....

02 Sentyabr 2026, 16:57

Bakıda 5 müntəzəm marşrut "brutto müqavilə" sisteminə qoşulub 

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nın tətbiqinə başlanılıb.Bu barədə Citypost.az-aRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.İlk olaraq 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar "brutto müqavilə" sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutlar da tezliklə bu sistemə qoşulacaq.Bildirilib ki, yeni "brutto müqavilə" modelinə əsasən, artıq daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək...

02 Sentyabr 2026, 16:33

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər 

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək APEC sammitində görüşə bilərlər.Citypost.az  xəbər verir ki, bu barədə Kremldən bildirilib.Qeyd edək ki, Rusiya prezidenti və amerikalı həmkarı sonuncu dəfə 2025-ci ilin avqust ayında Alyaskanın Ankoric şəhərində görüşüblər.

02 Sentyabr 2026, 16:00

SEVGİ VƏ HƏYATIN MÜQƏDDƏSLİYİ  

   İnsan həyatı dünyaya göz açdığı ilk andan etibarən müxtəlif duyğular, münasibətlər, arzular və məqsədlərlə zənginləşir. Həyatı mənalı və dəyərli edən ən mühüm mənəvi sərvətlərdən biri sevgidir. Sevgi insanın qəlbində yaranan, onun düşüncələrinə, davranışlarına və dünyaya münasibətinə təsir edən müqəddəs bir hissdir. İnsan sevgidən uzaq yaşaya bilməz. Çünki sevgi yalnız iki insan arasındakı münasibət deyil, həm də valideynə, övlada, vətənə, təbiətə, dostlara, insanlığa və həyata olan bağlılıqdır. Həyatın özü də müqəddəsdir. Çünki hər bir insan üçün verilmiş ömür təkrarolunmaz bir nemətdir. Buna görə sevgi ilə həyat arasında çox dərin və ayrılmaz bir əlaqə vardır.İnsan dünyaya gəldiyi andan etibarən ilk sevgini...

02 Sentyabr 2026, 15:57

Bakıda 42 məzun qızıl, 29 məzun gümüş nişan aldı 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 29-u gümüş nişana layiq görülüblər.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 5, 63, 88, 113, 182, 226, 270 və 272 nömrəli tam orta məktəblərin, 6 və 70 nömrəli məktəb-liseylərin, Kimya və biologiya təmayüllü respublika liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Bakı Avropa liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Humanitar fənlər təmayüllü lisey, Texniki-humanitar liseyi və G.Əsgərova adına məktəb-lisey kompleksinin məzunları qızıl nişanla təltif ediliblər.Həmçinin 17, 26, 157, 189-190, 281 nömrəli tam orta ümumtəhsil məktəblərinin, 20,...

02 Sentyabr 2026, 15:57