Bizə yazın

Baku

-°C

USD

-

Rusiyada qadını zorlayaraq öldürməkda ittiham olunanlara ağır cəza istənilib 

Hadisə 02 Sentyabr 2026, 16:22

1302

12 il əvvəl Rusiyada zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə  məhkəmə istintaqı yekunlaşıb 

Citypost.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirlqndirilənlərin hər ikisi ayrı-ayrılıqda 15 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib .

Müdafiə tərəfi çıxışa hazır olmadıqlarından növbəti proses sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki,hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan respublikası ərazisində baş verib.Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki,təqsirləndirilən şəxslər Azaliya Aslanovanı qətlə yetirməmiş ona qarşı cinsi zorakılıq tətbiq edərək onu zorllayıblar.Onlar qadını qətlə yetirdikdən sonra törətdikləri cinayətin izini itirmək məqsədi ilə meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev  Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncə prospektində elektrik transformatoru yanıb

Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib.APA xəbər verir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.Hadisə zamanı xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.

08 Sentyabr 2026, 22:20

Suraxanıda 14 kiloqrama yaxın narkotik tapıldı

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Bu barədə Citypost.az-a  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Samir Baxşıyev saxlanılıb.Onun üzərindən 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

08 Sentyabr 2026, 20:50

Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.Citypost.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.Əlavə məlumat veriləcək.

08 Sentyabr 2026, 20:19

“Şəki yaylası”nda faciə - 2 nəfər öldü

Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib.Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həlak olublar.Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

08 Sentyabr 2026, 20:04

Lənkəranda külək irigövdəli ağacı avtomobilin üstünə aşırıb 

Lənkəranda güclü külək ağacı avtomobil üstünə aşırıb.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Kiçik Bazar deyilən ərazisində qeydə alınıb. Belə ki, yağışla müşayiət olunan güclü külək iri gövdəli ağacı hərəkətdə olan "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsinin üstünə aşırıb. Xəsarət alan olmayıb, maşına ciddi ziyan dəyib.Dərhal əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Avtomobil üstünə aşan ağac xüsusi avadanlıqlar vasitəsilə budanaraq yol kənarına çəkilib.Hazırda rayon ərazisində güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılır....

08 Sentyabr 2026, 11:36

Küləkli havada 4 nəfər xəsarət alıb 

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.Citypost.az  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.Məlumata görə, güclü küləyin təsiri nəticəsində üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub."Xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa, mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağa çağırırlar", məlumatda deyilir....

08 Sentyabr 2026, 10:24