Bizə yazın

Baku

-°C

USD

-

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu

Cəmiyyət 02 Sentyabr 2026, 12:54

1473

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu. Həmidə Xanım yazır: "İlk Türk satirik jurnalı "Molla Nəsrəddin"in 30 illiyi münasibəti ilə Əziz Şərifin yazdığı və "Literaturnıy Azerbaycan" dərgisinin 7-8-ci nömrələrində dərc etdirdiyi məqalədə rəhmətlik Cəlil Məmmədquluzadənin xatirəsini incidən bir səhv vardır.

  Əziz Şərif, jurnalın 1910-cu ildəki durumunu, nəşrinin beşinci ilini təsvir edir və 53-cü səhifədə yazır ki, guya Məmmədquluzadə “zəngin dul qadınla sərfəli nigaha girdikdən sonra” jurnaldan soyumuşdu və s. bu kimi fikirlər...

  Mən mərhumun dul xanımı olaraq Mirzə Cəlilin xatirəsini müdafiə etməyi özümə borc bilirəm və rəhmətliyin tərcümeyi halına qeyri-müəyyənlik gətirən bu ədalətsiz fikrə etiraz edirəm. 

  Mirzə Cəlil, Şərifin yazdığı kimi 1910-cu ildə deyil, 1907-ci il, iyunun 15-də ailə qurub. Şərif, elə həmin 53-cü səhifədə, yuxarıda yazır: "Təkcə Rusiyada deyil, eləcə də İranda, Türkiyədə, Misirdə, daha sonra Hindistanda böyük şöhrət tapmış jurnalın üçüncü və dördüncü illəri "Molla Nəsrəddin"in çiçəklənmə dövrü idi."

  Müəllifin bu sözləri öz qeydlərini kökündən təkzib edir, belə ki o, jurnalın 1908, 1909-cu illərini çiçəklənmə dövdü hesab edir, sonra da deyir ki "zəngin dul qadınla sərfəli izdivac" onu jurnaldan soyutdu. Bu fikirlər açık görünən ziddiyətlərlə doludur.

  Mərhum ərimi yaxşı tanıyanlar təsdiq edər ki, o, evlilikdə fayda güdməyi bacaran və bundan ötrü öz sevimli övladı saydığı jurnalı atacaq bir adam deyildi. 

  1907-ci ildə bizim diyarda qorxunc bir çəyirtgə hücümü oldu, aclıq, vəba və erməni-türk qırğınlarının gətirdiyi digər fəlakətlər  Qarabağı  bürüdü.

  Həmin dövrdə Məmmədquluzadənin Tiflisə köçmək ideyası mənə cazibəli göründü. Mən, onun təklifi ilə razılaşıb Qarabağdakı bütün təsərrüfat işlərimi ləğv etdim. Biz, Mirzə Cəlilin Tiflisdəki Davıdov 24 ünvanlı evinə köçdük. O vaxt Mirzə Cəlilin jurnal işləri çox gözəl gedirdi. Onun himayəsində büyük bir ailə vardı. Mən və mənim birinci ərimdən olan iki övladım da onun hesabına geçinirdik. 

  Mirzə Cəlilin 1910-cu ildə bütün gücünü jurnala verə bilməməsinin və nisbətən uzaqlaşmasının səbəbi aşağıdaklarla izah olunur: Mirzə Cəlilin rəhmətlik qardaşı - məşhur İran inqilabçısı (o, yazıçı Ordubadinin "Dumanlı Təbriz" əsərində  xatırlanır) Mirzə Ələkbər İrəvan türməsində  yatırdı. 1910-cu ilin avqustunda Mirzə Cəlil, belə bir bildiriş aldı ki, qardaşı İrəvan vilayət məhkəməsində mühakimə ediləcək və onu edam cəzası, ən yaxşı halda isə katorqa gözləyir. Bu xəbər onu sarsıtdı və xəstə saldı. Jurnalı yoldaşına tapşırıb məsləhət və kömək istəmək üçün mənim yanıma gəlməli oldu. 

Mən ona məsləhət gördüm ki, təcili İrəvana getsin. İşi iki ən yaxşı vəkilə versin (münsif vəkil Məlik Ağamalov) və bu işi gələn ilə qədər təxirə saldırmağa çalışsın. Biz pul tapdıq və Mirzə Cəlil İrəvana yola düşdü. Beləliklə, o, qardaşının mühakimə işinin 1911-ci ilin mayına qədər təxirə salınmasına nail oldu. Lakin Mirzə Cəlil evə xəstə qayıtdı, o işias (oturaq sinir iltihabı) olmuşdu. Üç aya yaxın xəstə yatdı, yalnız dekarın axırına bir az yaxşılaşdı və jurnalın nəşri üçün Tiflisə yola düşdü.

 1911-ci ildə isə əvvəlcə rəhmətlik şair Sabir xəstələndi, sonra, may ayında mən azarladım (qan zəhərlənməsi və iki ciddi əməliyyat keçirdim), düz beş ay ölüm-dirim yatağında qaldım. Həm mənim, həm iki körpə övladımızın, həm bu büyük ailənin bütün qayğıları Mirzə Cəlilin çiyninə yüklənmişdi.

  1911-ci ilin mayında qardaşını azad etdirmək üçün ikinci dəfə İrəvana məhkəməyə getməyi Mirzə Cəlili tamamilə əldən salmışdı, o, jurnalın işlərindən müvəqqəti olaraq uzaq düşmüşdü.

  Nəzərə almaq lazımdır ki, "Molla Nəsrəddin" jurnalı nəşrinin ikinci, üçüncü, dördüncü illərində yüksək din xadimlərini, dini, alimənsəb zümrəni, kapitalistləri və bu kimi digərlərini tənqid edir, sataşırdı. Bu üzdən hər tərəfdən jurnalı boykot etdilər və xarici ölkələrə - İrana və Türkiyəyə göndərməyi yasaqladılar. Jurnalın tirajı elə bir həddə endi ki hətta xərci borcunu ödəmədi. 

Mirzə Cəlil borca girməyə məcbur oldu. Bu səbəbdən mən, büyük ailəmizi keçindirmək üçün kəndə qayıdıb təsərrüfat işlərimi davam etdirməli oldum.  

  Ömər Faiqin jurnaldan qazancı yox idi, ailəsini saxlamaq üçün pul qazanmalı idi. Bu səbəbdən müvəqqəti olaraq jurnaldan uzaqlaşıb kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Lakin tez-tez Mirzə Cəlillə məktublaşır, yazı üçün ona mövzu verirdi. 

  Bu hadisələrin bütün təfərrüatı haqqında mən öz xatirələimdə yazmışam. Həmin xatirələri Mirzə Cəlilin mənə yazdığı məktubları ilə birlikdə Azfan`a vermişəm. O məktublarda Mirzə Cəlil jurnalın həmin illərdə düşdüyü ağır maddi vəziyyəti ətraflı təsvir edir. 

Həmidə Məmmədquluzadə

Noyabr, 1936

  ...Əlbəttə, 1936-cı ildə, repressiyaların ağır vaxtında Əziz Şərifin Mirzə Cəlilə qarşı belə bir ittiham irəli sürməsi - "zəngin dul qadınla sərfəli izdivac edib jurnalı unutdun" deməsi, 5 il əvvəl ölmüş Mirzə Cəlil üçün deyil, daha çox Həmidə xanım və övladları üçün təhlükəli idi. Həmidə xanımın bu məktubunu redaksiya çap etmədi. Məktub ilk dəfə çap olunur. Demək olar ki, Mirzə Cəlilin əlinin altında böyümüş Əziz Şərifin ustadına bu münasibəti çox maraqlıdır...

Məlumatı qələmə aldı və ictimailəşdirdi: Mehriban Vəzir

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan Rəşad Aslanovun etimadnaməsini təqdim edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycan səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.Qəbul zamanı səfir Rəşad Aslanov etimadnaməsini Prezident Ərdoğana təqdim edib.

08 Sentyabr 2026, 21:33

Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür - Ramidə Allahverdiyeva yazır

İllər əvvəl belə bir statistik məlumat oxumuşdum. Dünyada şaxtaçılardan sonra, ən qısa ömür yaşayan peşə sahiblərindən biri də jurnalistlərdir. Yəqin ki, bu qənaət ondan irəli gəlib ki, biz qələm adamları özümüzlə bərabər, neçə-neçə taleyləri, problem və çətinlikləri çiynimizdə daşıyıb, əlac axtarırıq. Bəzən nail oluruq, bəzən yox. Və bütün bunları da daşımağa, həzm edib, yoluna qoymağa cəsarətlə yanaşı, möhkəm ürək də gərəkdir. Ürək isə ovcumuz boyda ət parçasından ibarətdir. Nə daşıdır, nə dəmir. Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür. Beynəlxalqı lazım deyil. Elə öz içimizdə, aramızda və sıramızda həmrəy, həmfikir olaq. Birləşək, eyni yerə, nöqtəyə külüng vuraq. Məqsədimiz, amalımız bir olsun. Daha bir-birimizi top...

08 Sentyabr 2026, 20:42

Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkədə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.Eyni zamanda Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-yə etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi...

08 Sentyabr 2026, 19:39

Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib 

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.Citypost.az xəbər verir ki, bu gün Ali Məhkəmə hakim Rəsul Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gülnar Hacıyevaya 5 il cəza müəyyən edilib, azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.Gəncə Apellyasiya Məhkəməsi Ramil Paşşanovun cəzasını azaldaraq 5 ilə endirib. Digərlərinin barəsində olan hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, F....

08 Sentyabr 2026, 19:02

Rusiya vətəndaşı Azərbaycanda 8 il 6 ay müddətinə həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə açıq çağırışlarda təqsirləndirilən Rusiya vətəndaşı Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Citypost.az “Haqqın.az”a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.Məhkəmənin hökmü ilə Cahid Kamal İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, o, 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılaraq Azərbaycana ekstradisiya olunub.C.İsayevə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən edilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və rəmzlərin bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi...

08 Sentyabr 2026, 18:30

DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.Bu barədə Citypost.az-a DİN-dən məlumat verilib.Bildirilib ki, müvafiq status Daxili İşlər Nazirliyinin AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir....

08 Sentyabr 2026, 18:00