Haradan gəlib, hara gedirik?Atdan düşüb, heç eşşəyə də minməmişik...
Cəmiyyət 31 Avqust 2026, 17:41
2125
Keçmişdə gözəl adətlərimiz, dəyərlərimiz olub. Doğrudur, onların da arasında mənasız, lazımsızı var. Amma zamanla sıradan çıxarmağı, biraz məntiqlə yanaşmağı bacarmışıq.
Lakin bu qədər də yox. Müasirlik budursa əgər o bizə lazım deyil. Hər gün bir addım uçuruma yaxınlaşırıq. Nənələrimiz demişkən, qayanın qaşındayıq. Unuduruq bütün dəyərləri, ya da unutdururlar, onu da deyə bilmərəm.
Biz öz kökləri, dayaqları üzərində formalaşan, təmiz qandan, soydan olan xalqıq. Niyə belə dəyişirik, məlum deyil.
Qədim zamanlarda at igidin yaraşı olmaqla yanaşı, həm də insanın ən yaxın dostu, silahdaşı və köməkçisi idi. Hər işə yarayar, dadımıza çatardı. Atlı dəstələr təkcə, döyüşdə filan deyil, xoş günlərdə, bayramlarda da insanların gərəyi olardı. Toylarda atların iştirakı ilə yarışlar keçirilər, gəlin gətirməyə gedərdilər. İgidlər bulaq başına gedən qızları bəyənmək üçün at belində seyr edərdilər. Atı ilə qız qaçırardılar.
Kəndimizdə bir qadın vardı. Böyüklər danışırdı ki, cavanlıqda yaylaqda bulaq başına gedərkən qırx atlı o qızı qaçıra bilməyib. Bu da bir dəyər, abır, ismətdir ki, bizim xalqımıza məxsusdur.
Məqsədim, atı və yaxud da, igidləri öymək, tərif etmək deyil. Son günlərin bir toy mənzərəsi qarşıma çıxdı. Gəldiyim qənaət heç də ürəkaçan deyil.
Deməli, bəy və gəlin şəhərboyu küçələrdən motosiklet belində keçib, məclisə daxil olurlar. Yəqin ki, gənclər dəyişiklik, yenilik, daha maraqlı, kreativ variant göstərmək istəyiblər. Amma bərbad bir fikirdir. Həqiqətən.
Yəqin ki, bununla bağlı məni qınayan, top atəşinə tutan da olacaq. Lakin mən öz fikrimdə qalıram, kökündən səhv addımdır. Evlənən cütlüklər elə özləri bir yenilik, gözəllikdir. Biz onlardan zövq almalıyıq. Təəssüf hissi yox. Əlbəttə ki, ailə quran hər bir gənci Allah xoşbəxt eləsin deyirik.
Ancaq bir sual da bizi düşündürür, haradan gəlib, hara gedirik? Yuxarıda qeyd etdiyim atdan
düşüb, heç eşşəyə də minməmişik. Hara düşmüşük, haradayıq, heç özümüz də bilmirik.
Ramidə Yaqubqızı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ərdoğan Rəşad Aslanovun etimadnaməsini təqdim edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycan səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.Qəbul zamanı səfir Rəşad Aslanov etimadnaməsini Prezident Ərdoğana təqdim edib.
08 Sentyabr 2026, 21:33
Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür - Ramidə Allahverdiyeva yazır
İllər əvvəl belə bir statistik məlumat oxumuşdum. Dünyada şaxtaçılardan sonra, ən qısa ömür yaşayan peşə sahiblərindən biri də jurnalistlərdir. Yəqin ki, bu qənaət ondan irəli gəlib ki, biz qələm adamları özümüzlə bərabər, neçə-neçə taleyləri, problem və çətinlikləri çiynimizdə daşıyıb, əlac axtarırıq. Bəzən nail oluruq, bəzən yox. Və bütün bunları da daşımağa, həzm edib, yoluna qoymağa cəsarətlə yanaşı, möhkəm ürək də gərəkdir. Ürək isə ovcumuz boyda ət parçasından ibarətdir. Nə daşıdır, nə dəmir. Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür. Beynəlxalqı lazım deyil. Elə öz içimizdə, aramızda və sıramızda həmrəy, həmfikir olaq. Birləşək, eyni yerə, nöqtəyə külüng vuraq. Məqsədimiz, amalımız bir olsun. Daha bir-birimizi top...
08 Sentyabr 2026, 20:42
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkədə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.Eyni zamanda Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-yə etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi...
08 Sentyabr 2026, 19:39
Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.Citypost.az xəbər verir ki, bu gün Ali Məhkəmə hakim Rəsul Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gülnar Hacıyevaya 5 il cəza müəyyən edilib, azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.Gəncə Apellyasiya Məhkəməsi Ramil Paşşanovun cəzasını azaldaraq 5 ilə endirib. Digərlərinin barəsində olan hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, F....
08 Sentyabr 2026, 19:02
Rusiya vətəndaşı Azərbaycanda 8 il 6 ay müddətinə həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə açıq çağırışlarda təqsirləndirilən Rusiya vətəndaşı Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Citypost.az “Haqqın.az”a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.Məhkəmənin hökmü ilə Cahid Kamal İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, o, 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılaraq Azərbaycana ekstradisiya olunub.C.İsayevə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən edilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və rəmzlərin bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi...
08 Sentyabr 2026, 18:30
DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.Bu barədə Citypost.az-a DİN-dən məlumat verilib.Bildirilib ki, müvafiq status Daxili İşlər Nazirliyinin AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir....
08 Sentyabr 2026, 18:00