Gürcüstanda restoranda 12 nəfərin meyiti tapılıb
Dünya 14 Dekabr 2024, 21:44
7293
Gürcüstanın Qudauri munisipalitetində hind restoranında 12 nəfərin meyiti tapılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi Qudauri qış kurort zonasında kütləvi ölüm barədə məlumat yayıb.
Qeyd olunur ki, insident kurort zonasında fəaliyyət göstərən Hindistan restoranında vaş verib. Bildirilib ki, restoranın ikinci mərtəbəsindəki yataq otağında 12 nəfərin meyiti tapılıb. Ölənlərdən biri Gürcüstan vətəndaşı, 11-i isə əcnəbidir. Onların hamısının restoranın işçiləri olduğu iddia edilir.
Həmçinin oxuyun
Versiyalardan birinə görə, 12 nəfərin ölümünə səbəb dəm qazıdır. Məlumata görə yataq otağının yaxınlığındakı qapalı yerdə olan generator ötən gün ərazidə elektrik kəsildikdən sonra işə salınıb.
İstintaqın məlumatına görə, ölənlərin meyitlərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. İstintaqın “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə aparıldığı bildirilib.
Hadisə yerində məhkəmə-tibbi ekspertiza cəlb olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rutte NATO ölkələrinin ABŞ tərəfindən qoyulan sınaqdan keçmədiyini etiraf edib
NATO-nun baş katibi Mark Rutte ABŞ-ın bəzi müttəfiqlərdən narazılığını anladığını deyib.Bu barədə o, "CNN"ə açıqlamasında deyib.Rutte qeyd edib ki, Donald Tramp bəzi NATO ölkələrinin mövqeyindən narazıdır, lakin Avropa ölkələrinin əksəriyyəti bazalar, logistika və digər sahələrdə dəstək göstərib.NATO-nun baş katibi bəzi alyans ölkələrinin ABŞ tərəfindən qoyulan sınaqdan keçmədiyini də etiraf edib.O, bu məsələni ABŞ Prezidenti Donald Trampla görüşdə müzakirə etdiyini bildirib.Ruttenin sözlərinə görə, Tramp ilə danışıq açıq və səmimi keçib....
09 Aprel 2026, 09:59
İranın dörd şəhərində partlayış baş verdi
Səhər saatlarında İranın müxtəlif şəhərlərində partlayışlar baş verib.Citypost.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.Mənbə Kərəc, Əhvaz, Mahabad və Şirazda partlayış səsləri eşidildiyi, qırıcı təyyarələr və mərmilərin uçduğu görünüb.İranın dövlət mediası və rəsmi qurumlar məsələ ilə əlaqədar heç bir məlumat verməyiblər.Xatırladaq ki, aprelin 8-də ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb....
09 Aprel 2026, 09:38
Starmer və Səudiyyə Ərəbistanı müdafiə əməkdaşlığını müzakirə edib
Böyük Britaniyanın Baş naziri Kir Starmer Səudiyyə Ərəbistanının Ciddə şəhərində vəliəhd Məhəmməd bin Salman ilə görüşündə ilə müdafiə əməkdaşlığının genişləndirilməsini müzakirə edib.APA xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.Starmer atəşkəsin qorunmasının vacibliyini vurğulayıb və Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məsələsini gündəmə gətirib.Tərəflər həmçinin gəmiçilik sahəsində təhlükəsizliyin artırılması üçün praktiki addımları müzakirə edib.
09 Aprel 2026, 09:18
“Hizbullah” İsrailə raket hücumu həyata keçirib
Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı İsrailin hərəkətlərinə cavab olaraq hücumların davam edəcəyini bəyan edib.APA xəbər verir ki, bununla bağlı təşkilatın "Telegram" kanalında bəyanat yerləşdirilib.Bildirilib ki, atəşkəs razılaşmasının pozulmasına cavab olaraq ötən gecə İsrailin Menara yaşayış məntəqəsinə raket hücumu reallaşdırılıb.
09 Aprel 2026, 09:08
Əməliyyatlar başlayandan bəri İsraildə 42 nəfər həlak olub
Artıq 40 gündür davam edən "Şir nərəsi" əməliyyatı ərzində azı 42 İsrail əsgəri və sakini həlak olub."Report" xəbər verir ki, bu barədə "Ynet" portalı yazıb."İran və Livandan buraxılan minlərlə raket və dron İsrailə ciddi ziyan vurub, 22 nəfər birbaşa zərbələrdən həlak olub, 12 əsgər döyüşlərdə həlak olub, bir mülki şəxs "dost atəşi"ndən həlak olub və 7 nəfər bədbəxt hadisələr və ya tibbi fövqəladə hallar nəticəsində həlak olub", - xəbər resursu qeyd edib.Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən...
09 Aprel 2026, 08:48
Livanda milli matəm elan olunub
Livanda İsrailin hücumları nəticəsində həlak olanların xatirəsinə 9 aprel milli matəm günü elan edilib.APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nəvaf Salam sərəncam imzalayıb.Məlumata görə, hücumlar nəticəsində 254 nəfər həlak olub.Dövlət qurumları, ictimai təşkilatlar və bələdiyyələr bağlanacaq, ölkə üzrə bayraqlar endiriləcək.Eyni zamanda radio və televiziya proqramlarında dəyişikliklər ediləcək.
09 Aprel 2026, 08:15