Bizə yazın

Baku

-°C

USD

-

Ermənistanda iki hərbçi minaya düşüb 

Hadisə 28 Noyabr 2025, 14:21

169

Ermənistanın Vardenis rayonunda iki hərbçi minaya düşərək yaralanıb.

Bu barədə Ermənistan KİV-ləri ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Onlar xidmətdən kənar şəraitdə xəsarət alıblar və həyatları üçün heç bir təhlükə yoxdur", - nazirlikdən bildirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DSX-nin əsgəri özünü güllələdi - İttiham edilən komandir sərbəst buraxıldı 

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib.CityPost.az   xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından noyabrın 15-də intihar etdiyi bildirilib.Faktla bağlı hərbi prokurorluqda aparılan istintaq çərçivəsində kapitan Mahmud Səfəralıyev saxlanılıb. Sonra Cinayət Məcəlləsinin maddələri ilə ona ittiham elan olunub və 27.11.2025-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad Hərbi Məhkəməsinə müraciət edilib.Lakin Cəlilabad hərbi məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol vermiş, buna görə Dövlət Sərhəd Xidməti tərəfindən də vəzifədən azad olunmuş kapitan Mahmud Səfəralıyev...

28 Noyabr 2025, 11:36

Tanınmış oftalmoloqla bağlı şikayət əsasında açılan cinayət işinə xitam verilib 

Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib.APA-nın əldə etdiyi məlumata görə, buna səbəb onların arasında barışıq əldə edilməsi olub.Həkimin zərərçəkən şəxsə kompensasiya ödədiyi bildirilir.Qeyd edək ki, iyul ayında Humay Əliyevanın “Caspian İnternational Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb.Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və...

28 Noyabr 2025, 10:45

Qadın sürücü hörümçəkdən qorxdu,qəza törətdi

Bakı-Quba yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.CityPost.az   xəbər verir  ki,"Nissan Tida"markalı avtomobilin sürücüsü  N.M -nin idarə etdiyi avtomobil qəzaya düşüb.Hadisə zamanı sürücünün anası,1972-ci il təvəllüdlü Müseybova Nailə Qüvvət qızı ağır bədən xəsarətləri alıb.Qəzaya səbəb avtomobilə hörümçək girməsi olub.Qadın sürücü hörümçəkdən qorxduğu üçün idarəetməni itirib və avtomobil  aşıb.Hadisə zamanı avtomobildə 3 qadın olub.Onlar eyni ailənin üzvləridir.

27 Noyabr 2025, 17:32

Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib 

Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib.CityPost.az  xəbər verir ki, "Chevrolet Cobalt LTZ" markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub.Paytaxtın Binəqədi şossesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını çıxardığı müəyyən edilib.Polis əməkdaşları tərəfindən sürücü saxlanılıb, avtomobil müvəqqəti duracağa yerləşdirilib.Ə.Rzayev barəsində qanunvericiliyə uyğun müvafiq məsuliyyət tədbirləri görülməklə 30 gün müddətinə inzibati qaydada həbs edilib....

26 Noyabr 2025, 17:48

Kəndçisi Ramiz Mehdiyevin nəsil şəcərəsini açıqladı - İlk dəfə 

Prezident Administrasiyasının sabiq rəhbəri, dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi ittihamları ilə ev həbsinə məhkum edilən Ramiz Mehdiyevin nəsil şəcərəsi ilk dəfə açıqlanıb.CityPost.az  xəbər verir ki, bu barədə onun kəndçisi, sabiq deputat Fərəməz Novruzoğlu yazıb.O bildirib ki, Ramiz Mehdiyevin erməni qarışığı olması barədə yayılan iddialara görə bu faktları təqdim etməyi lazım bilib:“Ramiz Mehdiyevin etnik mənşəyi ilə bağlı bildiyim və həqiqəti əks etdirən faktları diqqətinə çatdırıram.Ramiz Mehdiyevin anasının adı Gövhərdir. Əslən Naxçıvan şəhərindəndir. 1930-cu illərdə hər yerdə olduğu kimi, Şərurda, eləcə də bizim kənddə - Qarxunda kolxoz quruluşuna keçildi.Kollektivləşmənin tələblərindən biri də o idi ki, hamı, hətta körpə uşaq sahibi...

26 Noyabr 2025, 10:52

Bakıda SSRİ bayrağı qaldıranlar həbs edildi - Foto 

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.CityPost.az  xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər - Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq...

26 Noyabr 2025, 10:30