Bakıxanov qəsəbəsində yaşayış evi çöküb
Hadisə 07 Aprel 2026, 08:28
298
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli xəsarətlər alaraq dağıntı altında qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Həmçinin oxuyun
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gəncədə iki nəfər bıçaqlanıb
Gəncədə bıçalanma hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü Ə.Əliyev və 2004-cü il M.Kaygusuz bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.Vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.Faktla bağlı araşdırma başlanıb.
07 Aprel 2026, 11:19
Quba–Qonaqkənd yolunda sürüşmə olub, fəsadlar aradan qaldırılır
Quba rayonunda Qonaqkənd istiqamətində torpaq sürüşməsi qeydə alınıb.APA-nın bölgə müxbirinin məlumatına görə, sürüşmə prosesi hazırda da davam edir.Sürüşmə nəticəsində Qonaqkənd istiqamətində nəqliyyat əlaqəsi məhdudlaşıb, kommunikasiya xətləri zədələnib.Hazırda vəziyyət nəzarətdə saxlanılır.Rəsmi qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür, ərazidə intensiv iş aparılır.Xanım Məmmədova
07 Aprel 2026, 10:48
Tovuzda qız qaçırıldı - 4 nəfər saxlanıldı
Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Citypost.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri — 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları davam etdirilir....
07 Aprel 2026, 10:22
Sarayda tikiş sexi yandı
Sarayda tikiş sexi yanıb.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, ümumi sahəsi 250 m² olan birmərtəbəli tikiş sexinin içərisində parça materialları 120 m² sahədə və dam örtüyünün taxta atmaları 200 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
07 Aprel 2026, 10:12
Oğuzda avtomobil aşıb, 3 nəfər xəsarət alıb
Oğuz rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ata, qızı və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.Rayonun Böyük Söyüdlü kənd sakini, 61 yaşlı Sirapil Yunisovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü ilə yanaşı, avtomobildəki sərnişinlər - 40 yaşlı Atabek Yunisov və qızı, 19 yaşlı Asmin Yunisova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır....
07 Aprel 2026, 09:42
Quldurluq və oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Göygöl, Daşkəsən və Goranboy rayonlarında quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə və digər cinayətlərə görə məhkum olunmuş 52 yaşlı Şahvələd İmanov saxlanılıb.DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evdə aparılan baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd ona aid daraq və sursat aşkar edilərək götürülüb.Faktlarla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir....
06 Aprel 2026, 12:44