Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Həşimovun valideynlərinin evində partlayış: Ata-anasının vəziyyətləri ağırdır

Hadisə 03 Dekabr 2024, 10:04

11631

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. 

Citypost.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

***

Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

Qeyd edək ki, səhər saatlarında Sumqayıt şəhərində 13-cü mikrorayon ərazisindəki yaşayış binasında güclü partlayış olub.

***

Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.

Dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

***

TƏBİB-dən bildirilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

"Hadisə nəticəsində xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

43 yaşlı qadın diş çəkdirdikdən sonra VƏFAT ETDİ

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib.Citypost.az xəbər verir ki, mərhumun bacısı Cəmilə Mahmudova Baku TV-yə açıqlamasında onun həkim məsuliyyətsizliyi səbəbindən həyatını itirdiyini iddia edib.Şikayətçi bildirib ki, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-ü diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib. Ailənin iddiasına görə, stomatoloq Samir Novruzov dişi çəkdikdən sonra qadının halı kəskin pisləşib.Vəziyyəti ağırlaşan Leyla Əhmədova Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkim Məhəmməd Davudov tərəfindən əməliyyat olunaraq Reanimasiya şöbəsində müalicəsi davam etdirilən xəstə sentyabrın 6-sı vəfat edib.Daha ətraflı süjetdə:...

25 Sentyabr 2026, 10:19

Yeni doğulan nəvəsini yolda öldürüb, quyuya atan nənə həbs edildi - Naxçıvanda dəhşət 

Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S-nin məhkəmə prosesi başa çatıb.CityPost.az  Xitab24.az-a istinadən xəbər verir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb.Məlum olub ki, qadının öldürdüyü körpə onun öz qızı tərəfindən dünyaya gətirilib. 52 yaşlı təqsirləndirilən şəxsin ağlasığmaz cinayətinə səbəb isə körpənin nikahdankənar doğulması olub.Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində doğulan uşaq evə aparılan zaman avtomobildə boğularaq öldürülüb. Qadın uşağın səsinin eşidilməməsi üçün sürücüdən maqnitofona səs verilməsini istəyib.Körpəni üzü üstə çevirən qadın uşağın ağız və burun boşluğunu sağ qolunun iç səthinə sıxmaqla onun tənəffüs prosesinin qarşısını alıb, təxminən 10-15 dəqiqə həmin vəziyyətdə saxlayaraq öz...

24 Sentyabr 2026, 20:26

Biləsuvarda 17 kq narkotik aşkarlanıb 

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb.DİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.Saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Həmin şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.Qeyd edilib ki, son 10 gün ərzində Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla ümumilikdə 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb....

24 Sentyabr 2026, 14:47

Bakıda evdən 33 min manat oğurlanıb

Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Citypost.a-a  verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.

23 Sentyabr 2026, 17:28

Azərbaycanda tanınmış idmançı tutuldu

Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib.Citypost.az  "Report"a istinadən xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .Qeyd edək ki, Əmrah Nağıyev bır sıra yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib....

23 Sentyabr 2026, 13:29

Bakı-Sumqayıt yolunda dəhşətli qəza

Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.Citypost.az xəbər verir ki, “Masazır dairəsi” adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub.Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılaraq aşıb.Ölən və yaralananlar barədə məlumat yoxdur.Əlavə məlumat veriləcək.

23 Sentyabr 2026, 13:08