Bizə yazın

Baku

-°C

USD

-

“O, ətdoğrayan balta deyildi, “iqruşka” idi”- Ağadadaş Ağayev

Hadisə 03 Dekabr 2024, 18:08

19570

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

 Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda müğənni sərbəst ifadə verib.

Ağadaş Ağayev ifadəsində özünü təqsirli bilmədiyini söyləyib. Qeyd edib ki, mühafizəçi onun çağırışına cavab vermədiyi üçün hadisə bu yerə gəlib çıxıb: “Mənim xarakterimdə şortiklə küçəyə çıxmaq olmayıb. Amma o, elə dərəcəyə çatdırdı ki, bu formada küçəyə çıxdım. Məni dəmir parçası ilə vurdu. Mən tibbi yardım istəmişəm. Necə ola bilər ki, yardım istəyən adam söyüş söysün?! Yalan danışmaq xarakterimdə yoxdur. Buna görə də and içmirəm.

Mən özümü müdafiə üçün əşya götürmüşəm. Hadisə qapının ağzında baş verdi. Onu kənara çəksələr də, əl çəkmədi. Dəfələrlə üstümə hücum çəkdi, məni təhdid etdi. Eyni şeylər təkrarlandı. Məni provokasiyaya çəkdi və yolun o biri tərəfinə keçirdi”.

A.Ağayev tərəflərin suallarını cavablandırarkən silah qismində istifadə etdiyi əşyanın oyuncaq olduğunu deyib: “Əlimdəki ətdoğrayan balta deyildi, “iqruşka” idi. Onu mühafizəçiyə atdım ki, məndən əl çəksin”.

Müğənninin son dedikləri zərərçəkmiş xadimənin vəkili Gülşən Salmanovanı güldürüb. Vəkil əşyanın əsl balta olduğunun təsdiq edildiyini bildirib.

Proses dekabrın 17-si zərərçəkənlərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, Ağadadaş Ağayev silah qismində istifadə olunan əşya ilə xuliqanlıq etməkdə ittiham olunur. Təqsirli bilinsə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.(qafqazinfo)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Biləsuvarda 17 kq narkotik aşkarlanıb 

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb.DİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.Saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb.Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Həmin şəxsdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.Qeyd edilib ki, son 10 gün ərzində Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlarla ümumilikdə 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb....

24 Sentyabr 2026, 14:47

Bakıda evdən 33 min manat oğurlanıb

Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Citypost.a-a  verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.

23 Sentyabr 2026, 17:28

Azərbaycanda tanınmış idmançı tutuldu

Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib.Citypost.az  "Report"a istinadən xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .Qeyd edək ki, Əmrah Nağıyev bır sıra yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib....

23 Sentyabr 2026, 13:29

Bakı-Sumqayıt yolunda dəhşətli qəza

Bu gün Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.Citypost.az xəbər verir ki, “Masazır dairəsi” adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub.Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılaraq aşıb.Ölən və yaralananlar barədə məlumat yoxdur.Əlavə məlumat veriləcək.

23 Sentyabr 2026, 13:08

Qobustanda avtomobil yanıb

Qobustanda avtomobildə yanğın olub.Fövqəladə Hallar Nazirliyindən Citypost.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı-Şamaxı magistral avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford Fusion” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.Yanğın nəticəsində avtonəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb.Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub....

23 Sentyabr 2026, 13:05

Ucarda BMW kanala aşdı, sərnişin yaralandı

Ucarda yol qəzası olub, xəsarət alan var.Citypost.az xəbər verir ki,  hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.Belə ki, Bərdə şəhər sakini, 1988- cü il təvəllüdlü Mehman Məmmədovun idarə etdiyi “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq şirə kanalına aşıb. Nəticədə sürüçünün sərnişin qismində olan həmyerlisi, 1985-ci il təvəllüdlü Roman Əsgərov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır....

23 Sentyabr 2026, 10:04