Bizə yazın

Baku

-°C

USD

-

Arda Güler Fenerbahçəyə böyük gəlir gətirə bilər  - KİV

İdman 23 Yanvar 2026, 15:30

215

İngiltərənin Chelsea və Arsenal klubları Real Madrid-də çıxış edən Arda Güler üçün təklif hazırlayır.

Citypost Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçunun satışından Fenerbahçəyə 20% pay düşəcək. 90 milyon avroya satış reallaşsa, klubun kasasına 18 milyon avro daxil olacaq.

Arda həm də İngiltərə klublarının tarixində ən bahalı transferlərdən biri olacaq.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan Basketbol Liqasında daha iki oyun baş tutacaq 

Azərbaycan Basketbol Liqasında XIV turun daha iki oyunu keçiriləcək.Citypost.az "Report"a istinadən verdiyi xəbərə görə , günün ilk matçı Qubada baş tutacaq.Şəhərin eyniadlı komandası "Lənkəran"ı qəbul edəcək. Qarşılaşma Quba Olimpiya Kompleksində, saat 15:00-da start götürəcək.Günün ikinci görüşündə "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq."Naxçıvan" B qrupunda 23 xalla ikinci pillədə qərarlaşıb. "Quba", "Lənkəran" və "Sərhədçi" 17 xalla 4-6-cı yerləri bölüşdürürlər.Qeyd edək ki, XIV tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Ordu"nu məğlub edib - 100:96....

23 Yanvar 2026, 10:11

"Turan Tovuz" bu gün Türkiyədə  yoxlama oyununa çıxacaq 

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxacaq.Oxu24.com xəbər verir ki, qərb təmsilçisi Polşa təmsilçisi "Poqon"la üz-üzə gələcək.Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.Qeyd edək ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın hazırlıq prosesi yanvarın 18-də başa çatacaq.

17 Yanvar 2026, 11:13

"Qarabağ" dünya reytinqində bir pillə geriləyib 

"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib.Citypost.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.182,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 69-cu sıraya düşüb. "Sabah" (93,5 xal) 252-ci mövqedən 224-ə qalxıb. "Zirə" (66,75) 360-cı sıradan 389-a enib. "Araz-Naxçıvan" (60,25) 486-cı pillədən 456-ya, "Neftçi" (51,25) 563-dən 553-dək irəliləyib. "Turan Tovuz" (45) da geriləyən klublar sırasındadır. Tovuz komandası 608-ci pillədən 627-yə düşüb.Qeyd edək ki, 704 klubun yer aldığı cədvəldə Fransa təmsilçisi PSJ (613) liderdir....

16 Yanvar 2026, 10:12

Yurqen Klopp Alonsonun “Real”dan qovulmasına münasibət bildirib  

“Maynts”, Dortmund “Borussiya”sı və “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Xabi Alonsonun Madrid “Real”ındakı vəzifəsindən uzaqlaşdırılmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, Kloppun sözlərinə görə, Alonsonun qısa müddətdə klubdan göndərilməsi “Real”da ciddi problemlərin olduğuna işarədir: “Əgər Xabi Alonso iki ildən artıq Leverkuzendə özünün yüksək səviyyəli məşqçilik bacarığını nümayiş etdiribsə, lakin cəmi 6 ay sonra ‘Real’dan ayrılmaq məcburiyyətində qalıbsa, bu, klubda hər şeyin qaydasında olmadığını göstərir”, – deyə Kloppun fikirlərini sitat gətirib.Qeyd edək ki, Xabi Alonso ötən ilin yayında Almaniyanın “Bayer” klubundan Madrid “Real”ına keçmişdi.Əli...

14 Yanvar 2026, 12:21

Keçmiş Formula 1 pilotu HƏBS edilib 

Formula 1 üzrə keçmiş pilot Antonio Pitssonia ABŞ-ın Texas ştatında saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə “Formula Passion” portalı məlumat yayıb. Bildirilib ki, braziliyalı pilot bir nəfərə xəsarət yetirməkdə ittiham olunur. Hadisə Pitssonianın oğlunun iştirak etdiyi kartinq yarışı zamanı baş verib. İddialara görə, o, yarışdan sonra digər iştirakçının atası ilə mübahisə edib və bu, fiziki qarşıdurmaya çevrilib.45 yaşlı Pitssonia saxlanıldıqdan sonra girov müqabilində azadlığa buraxılıb.Qeyd edək ki, Antonio Pitssonia 2003–2005-ci illərdə Formula 1 yarışlarında “Uilliams” və “Yaquar” komandalarının heyətində çıxış edib....

13 Yanvar 2026, 15:24

Tahir Gözəl "Qarabağ"ın üzvləri ilə görüşüb 

"Qarabağ"ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb.CİTYpOST.AZ  xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.O, Misli Premyer Liqasının XV turunun "Azərsun Arena"da keçirilən "Qarabağ" – "Araz-Naxçıvan" oyunundan öncə baş məşqçi Qurban Qurbanovla və komanda üzvləri ilə görüşüb.Klub rəhbəri komandaya dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.

15 Dekabr 2025, 09:55