"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb
İdman 14 Sentyabr 2026, 17:40
909
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb.
Citypost.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni "2+1" illik müqavilə imzalanıb.
2024-cü ildən Bakı klubunda çıxış edən futbolçu bu müddətdə bütün turnirlərdə meydana çıxdığı 50 oyunda 3 qola, 5 məhsuldar ötürməyə imza atıb.
"Neftçi"nin Baş İcraçı Direktoru Cenk Sümer Azərbaycan millisinin üzvü ilə yeni müqavilə haqqında fikirlərini bölüşüb:
Həmçinin oxuyun
"23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək futbolçulardandır. Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq".
O, Emil Səfərova uğurlar arzu edib:
"Gələcəkdə həm "Neftçi"yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Emil isə bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı. Ona "Neftçi"də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib.Bu barədə Citypost.az bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.Azərbaycanlı oyunçu ilə 1 illik sözləşmə imzalanıb. 182 sm boya malik 22 yaşlı basketbolçunun son klubu "Ordu" olub.Səid İsmayılov həmçinin Azərbaycan millisinin geniş heyətində də yer alıb.
15 Sentyabr 2026, 17:30
Yelkən üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yelkən üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.Citypost.az xəbər verir ki, Federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində təşkil olunan çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 siniflərində mübarizə aparıblar.Üç gün davam edən yarış ərzində idmançılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə müxtəlif yürüşlərdə (reyslərdə) bacarıqlarını nümayiş etdiriblər.Yekun sıralama bütün yürüşlərin nəticələri əsasında hesablanan xallar nəzərə alınmaqla müəyyənləşdirilib.Bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmana göstərilən dövlət dəstəyindən danışıb. Nazir Azərbaycan yelkənçiləri ilə yanaşı, yarışda iştirak edən Türkiyə təmsilçilərini də...
14 Sentyabr 2026, 22:00
"Neftçi" Elvin Camalov ilə yollarını ayırdı
"Neftçi" PFK ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Citypost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
14 Sentyabr 2026, 21:31
Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda Moldovaya uduzub
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Moldova yığması ilə qarşılaşıb.Citypost.az xəbər verir ki, "Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) rəqib komanda qələbə qazanıb.Azərbaycan komandasının qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da, saat 10:00-da "Dalğa Arena"nın ehtiyat meydançasında keçiriləcək....
14 Sentyabr 2026, 20:45
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Tədbir Bakı İdman Sarayında baş tutub.Sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib....
14 Sentyabr 2026, 17:45
Vüsal Qənbərov "İmişli"dən ayrılaraq "Şəfa"ya keçib
"İmişli" klubu futbolçu Vüsal Qənbərovla yollarını ayırıb.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.23 yaşlı oyunçu "Şəfa" komandasına keçib.Xatırladaq ki, Vüsal Qənbərov 2024-cü ildən "İmişli"də çıxış edib.
14 Sentyabr 2026, 11:45