Yelkən üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
İdman 14 Sentyabr 2026, 22:00
349
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yelkən üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.
Citypost.az xəbər verir ki, Federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində təşkil olunan çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 siniflərində mübarizə aparıblar.
Üç gün davam edən yarış ərzində idmançılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə müxtəlif yürüşlərdə (reyslərdə) bacarıqlarını nümayiş etdiriblər.
Yekun sıralama bütün yürüşlərin nəticələri əsasında hesablanan xallar nəzərə alınmaqla müəyyənləşdirilib.
Bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmana göstərilən dövlət dəstəyindən danışıb. Nazir Azərbaycan yelkənçiləri ilə yanaşı, yarışda iştirak edən Türkiyə təmsilçilərini də salamlayıb, çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Fərid Qayıbov idmançıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Çempionatın qalibləri diplom, medal və federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıb. Yarışda iştirak edən bütün idmançılar sertifikatla təltif olunublar.
Həmçinin 2025-ci ilin Azərbaycan çempionları Kamal Bəşirli (Optimist) və Davud Babazadənin (ILCA4) adları yelkən idmanının ənənəvi şərəf lövhəsinə həkk olunub.
Mərasimin sonunda Azərbaycan Su İdman Növləri Federasiyasının təşkil etdiyi yelkən idmanı, avarçəkmə və kanoe üzrə Yay məktəbinin iştirakçılarına da sertifikatlar verilib.
Yarışın texniki nəticələri aşağıdakı kimidir:
OPTİMİST / U-12
1. Tunahan Piker – Türkiyə
2. Alya Bayraktar – Türkiyə
3. Kamilla Həsənova – Azərbaycan
OPTİMİST / Qızlar
1. Janset Tuğan – Türkiyə
2. Səma Mansurzadə – Azərbaycan
3. Alya Bayraktar – Türkiyə
OPTİMİST / Ümumi Kateqoriya
1. Mert Durkal – Türkiyə
2. Rüzgar Uzel – Türkiyə
Həmçinin oxuyun
3. Kamal Bəşirli – Azərbaycan
Azərbaycan çempionatı
OPTİMİST / U-12
1. Kamilla Həsənova – Azərbaycan
2. Leyli Məmmədli – Azərbaycan
3. Gülnisə İsmayılova – Azərbaycan
OPTİMİST / Qızlar
1. Səma Mansurzadə – Azərbaycan
2. Yağmur Həsənli – Azərbaycan
3. Kamilla Həsənova – Azərbaycan
OPTİMİST / Ümumi Kateqoriya
1. Kamal Bəşirli – Azərbaycan
2. Nurlan Ağazadə – Azərbaycan
3. Amin Cəlilzadə – Azərbaycan
ILCA4
1. Nərgiz Məmmədova – Azərbaycan
2. Amira Bayramova – Azərbaycan
3. Davud Babazadə – Azərbaycan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Neftçi" Elvin Camalov ilə yollarını ayırdı
"Neftçi" PFK ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Citypost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
14 Sentyabr 2026, 21:31
Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda Moldovaya uduzub
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Moldova yığması ilə qarşılaşıb.Citypost.az xəbər verir ki, "Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) rəqib komanda qələbə qazanıb.Azərbaycan komandasının qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da, saat 10:00-da "Dalğa Arena"nın ehtiyat meydançasında keçiriləcək....
14 Sentyabr 2026, 20:45
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Tədbir Bakı İdman Sarayında baş tutub.Sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib....
14 Sentyabr 2026, 17:45
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb.Citypost.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni "2+1" illik müqavilə imzalanıb.2024-cü ildən Bakı klubunda çıxış edən futbolçu bu müddətdə bütün turnirlərdə meydana çıxdığı 50 oyunda 3 qola, 5 məhsuldar ötürməyə imza atıb."Neftçi"nin Baş İcraçı Direktoru Cenk Sümer Azərbaycan millisinin üzvü ilə yeni müqavilə haqqında fikirlərini bölüşüb:"23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək futbolçulardandır. Birlikdə olduğumuz bu 2 il ərzində...
14 Sentyabr 2026, 17:40
Vüsal Qənbərov "İmişli"dən ayrılaraq "Şəfa"ya keçib
"İmişli" klubu futbolçu Vüsal Qənbərovla yollarını ayırıb.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.23 yaşlı oyunçu "Şəfa" komandasına keçib.Xatırladaq ki, Vüsal Qənbərov 2024-cü ildən "İmişli"də çıxış edib.
14 Sentyabr 2026, 11:45
16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub
16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində çıxışını başa vurub.Azərbaycan Basketbol Federasiyasından (ABF) Citypost.az-a bildirilib ki, millimiz qrup mərhələsində keçirdiyi üç oyunun hamısında qələbə qazanaraq finala yüksəlib.“Konya Diltaş Basketbol” komandası ilə həlledici qarşılaşmada 21:47 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkar mübarizə ilə oyuna qayıdan basketbolçularımız fərqi minimuma endirib və sonadək nəticə uğrunda mübarizə aparıb. Hesabı bərabərləşdirmək və önə keçmək imkanları qazanan millimiz sonda 69:73 hesabı ilə məğlub olaraq turniri ikinci pillədə tamamlayıb....
12 Sentyabr 2026, 14:38