Bizə yazın

Baku

-°C

USD

-

Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib 

İdman 14 Sentyabr 2026, 17:45

343

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.

Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.

Tədbir Bakı İdman Sarayında baş tutub.

Sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.

Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb

"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb.Citypost.az  paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni "2+1" illik müqavilə imzalanıb.2024-cü ildən Bakı klubunda çıxış edən futbolçu bu müddətdə bütün turnirlərdə meydana çıxdığı 50 oyunda 3 qola, 5 məhsuldar ötürməyə imza atıb."Neftçi"nin Baş İcraçı Direktoru Cenk Sümer Azərbaycan millisinin üzvü ilə yeni müqavilə haqqında fikirlərini bölüşüb:"23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək futbolçulardandır. Birlikdə olduğumuz bu 2 il ərzində...

14 Sentyabr 2026, 17:40

Vüsal Qənbərov "İmişli"dən ayrılaraq "Şəfa"ya keçib 

"İmişli" klubu futbolçu Vüsal Qənbərovla yollarını ayırıb.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.23 yaşlı oyunçu "Şəfa" komandasına keçib.Xatırladaq ki, Vüsal Qənbərov 2024-cü ildən "İmişli"də çıxış edib.

14 Sentyabr 2026, 11:45

16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub

16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində çıxışını başa vurub.Azərbaycan Basketbol Federasiyasından (ABF) Citypost.az-a bildirilib ki, millimiz qrup mərhələsində keçirdiyi üç oyunun hamısında qələbə qazanaraq finala yüksəlib.“Konya Diltaş Basketbol” komandası ilə həlledici qarşılaşmada 21:47 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkar mübarizə ilə oyuna qayıdan basketbolçularımız fərqi minimuma endirib və sonadək nəticə uğrunda mübarizə aparıb. Hesabı bərabərləşdirmək və önə keçmək imkanları qazanan millimiz sonda 69:73 hesabı ilə məğlub olaraq turniri ikinci pillədə tamamlayıb....

12 Sentyabr 2026, 14:38

"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu Andriya Bartişvili ilə müqavilə imzalayıb

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi İngiltərənin "Arsenal" klubu gürcüstanlı hücumçu Andriya Bartişvili ilə 2027-ci ilin iyulunda qüvvəyə minəcək müqavilə imzalayıb."Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə anlaşma müvafiq tənzimləmə prosedurları başa çatdıqdan sonra rəsmiləşəcək.Müqavilə ilə "Kolxeti 1913"ə məxsus olan vinger hazırda icarə əsasında Gürcüstan Yüksək Liqasında mübarizə aparan "İberiya 1999"un formasını geyinir.Qeyd edək ki, A.Bartişvili Gürcüstanın U-16, U-17 və U-18 və U-21 millilərində oynayıb....

12 Sentyabr 2026, 13:38

“Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib

Bu gün “Sea Breeze Resort”da Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası və “Sea Breeze”nin təşkilatçılığı ilə keçirilən yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir.Ümumilikdə 12 poloçunun mübarizə apardığı turnirdə Argentina və Cənubi Afrika Respublikasından olan idmançılar da komandaların heyətində yer alırlar.Yarışda “Red Star”, “Sankt Moritz”, “Elite Polo Club” və “Moscow Polo Club” komandaları iştirak edir.Turnirin ilk oyunu saat 16:00-da başlayıb. Açılış matçında “Red Star” və “Sankt Moritz” komandaları qarşılaşır.Günün ikinci görüşündə isə “Elite Polo Club” və “Moscow Polo Club” üz-üzə...

11 Sentyabr 2026, 19:35

Azərbaycan gimnastları dünya çempionatında finala vəsiqə qazanıblar 

İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri finala yüksəliblər.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük buna nail olub. Onlar 19.050 xalla mundialın final mərhələsinə vəsiqə qazanıblar.Dünya çempionatı sentyabrın 13-də başa çatacaq.

11 Sentyabr 2026, 17:48