"Neftçi" Elvin Camalov ilə yollarını ayırdı
İdman 14 Sentyabr 2026, 21:31
237
"Neftçi" PFK ilə futbolçu Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Citypost.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Həmçinin oxuyun
Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda Moldovaya uduzub
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Moldova yığması ilə qarşılaşıb.Citypost.az xəbər verir ki, "Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (5:4) rəqib komanda qələbə qazanıb.Azərbaycan komandasının qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.Qeyd edək ki, komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da, saat 10:00-da "Dalğa Arena"nın ehtiyat meydançasında keçiriləcək....
14 Sentyabr 2026, 20:45
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.Bu barədə Citypost.az-a qurumdan məlumat verilib.Tədbir Bakı İdman Sarayında baş tutub.Sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib....
14 Sentyabr 2026, 17:45
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb.Citypost.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni "2+1" illik müqavilə imzalanıb.2024-cü ildən Bakı klubunda çıxış edən futbolçu bu müddətdə bütün turnirlərdə meydana çıxdığı 50 oyunda 3 qola, 5 məhsuldar ötürməyə imza atıb."Neftçi"nin Baş İcraçı Direktoru Cenk Sümer Azərbaycan millisinin üzvü ilə yeni müqavilə haqqında fikirlərini bölüşüb:"23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək futbolçulardandır. Birlikdə olduğumuz bu 2 il ərzində...
14 Sentyabr 2026, 17:40
Vüsal Qənbərov "İmişli"dən ayrılaraq "Şəfa"ya keçib
"İmişli" klubu futbolçu Vüsal Qənbərovla yollarını ayırıb.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.23 yaşlı oyunçu "Şəfa" komandasına keçib.Xatırladaq ki, Vüsal Qənbərov 2024-cü ildən "İmişli"də çıxış edib.
14 Sentyabr 2026, 11:45
16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub
16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində çıxışını başa vurub.Azərbaycan Basketbol Federasiyasından (ABF) Citypost.az-a bildirilib ki, millimiz qrup mərhələsində keçirdiyi üç oyunun hamısında qələbə qazanaraq finala yüksəlib.“Konya Diltaş Basketbol” komandası ilə həlledici qarşılaşmada 21:47 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkar mübarizə ilə oyuna qayıdan basketbolçularımız fərqi minimuma endirib və sonadək nəticə uğrunda mübarizə aparıb. Hesabı bərabərləşdirmək və önə keçmək imkanları qazanan millimiz sonda 69:73 hesabı ilə məğlub olaraq turniri ikinci pillədə tamamlayıb....
12 Sentyabr 2026, 14:38
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu Andriya Bartişvili ilə müqavilə imzalayıb
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi İngiltərənin "Arsenal" klubu gürcüstanlı hücumçu Andriya Bartişvili ilə 2027-ci ilin iyulunda qüvvəyə minəcək müqavilə imzalayıb."Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ilə anlaşma müvafiq tənzimləmə prosedurları başa çatdıqdan sonra rəsmiləşəcək.Müqavilə ilə "Kolxeti 1913"ə məxsus olan vinger hazırda icarə əsasında Gürcüstan Yüksək Liqasında mübarizə aparan "İberiya 1999"un formasını geyinir.Qeyd edək ki, A.Bartişvili Gürcüstanın U-16, U-17 və U-18 və U-21 millilərində oynayıb....
12 Sentyabr 2026, 13:38