Bizə yazın

Baku

-°C

USD

-

Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

İdman 29 Noyabr 2024, 17:51

5002

Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatının açılış mərasimi keçirilib.

Citypost.az xəbər verir ki, mərasimdə ACF və GİN rəsmiləri iştirak ediblər.

Nazir müavini Mariana Vasileva çıxış edərək iştirakçılara uğurlar arzulayıb.

Builki Azərbaycan çempionatı nüfuzlu beynəlxalq “Grand Slam” turnirləri səviyyəsində təşkil olunub. Təşkilatçılıqdan yarış standartlarına qədər hər bir detal ən yüksək keyfiyyəti əks etdirir və həm idmançılar, həm də tamaşaçılar üçün unudulmaz bir təcrübə təmin edir.

Qeyd edək ki, Azərbaycan çempionatı Bakı İdman Sarayında təşkil olunub. Yarışa dekabrın 1-də yekun vurulacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Arda Gülər zədələnib, mövsümün sonunadək oynamayacaq 

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Arda Gülər zədələnib.Citypost.az xəbər verir ki, klubun tibbi heyəti tərəfindən aparılan müayinələrin nəticəsinə əsasən, Türkiyə millisinin üzvünün sağ ayağında budun arxa hissəsində yerləşən biseps femoris əzələsində zədə qeydə alınıb.Oyunçunun vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.İtaliyalı insayder Fabrizio Romano isə yarımmüdafiəçinin mövsümün qalan hissəsini buraxacağına dair iddia irəli sürüb. Onun sözlərinə görə, 21 yaşlı futbolçu 2026-cı il dünya çempionatına hazır olmaq üçün müalicə və bərpa prosesinə üstünlük verəcək. (AZƏRTAC)...

23 Aprel 2026, 17:12

"Aston Villa" Morqan Rocersi heyətdə saxlamağı planlaşdırır 

İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi Morqan Rocersin böyük ehtimalla komandada qalacağı gözlənilir."Report" xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində Avropanın bir neçə aparıcı klubu maraqlıdır.Futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi", "Liverpul", "Mançester Yunayted" və Madrid "Real"ı yer alır. Lakin yarımmüdafiəçinin hazırkı klubu ilə yola davam edəcəyi bildirilir.M.Rocersin "aslanlar"la müqavilə müddəti 2031-ci ilə qədərdir.Qeyd edək ki, o, cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 48 matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb....

23 Aprel 2026, 13:54

"Qalatasaray" Türkiyə Kuboku ilə vidalaşdı 

Futbol üzrə Türkiyə Kubokunun 1/4 final mərhələsində "Qalatasaray" öz evində "Gənclərbirliyi"ni qəbul edib.Modern.az xəbər verir ki, matç İstanbul təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə yekunlaşıb - 0:2."Gənclərbirliyi"nin futbolçuları Fıratcan 51-ci, Traore isə 83-cü dəqiqədə fərqlənərək komandalarına çətin səfər qələbəsi qazandırıblar.Bu nəticə ilə "Qalatasaray" Türkiyə Kubokunda mübarizəni dayandırıb.

23 Aprel 2026, 09:49

“Gəncə” braziliyalı voleybolçu ilə yollarını ayırıb 

“Gəncə” komandası braziliyalı voleybolçu Qabriela Oliviera Fabiano ilə yollarını ayırıb.Qərb təmsilçisindən AZƏRTAC-a bildirilib ki, klubla müqavilə müddəti başa çatan oyunçu komandanı tərk edib.Qeyd edək ki, Qabriela Oliviera Fabiano “Gəncə”yə ötən ilin yayında keçmişdi.

22 Aprel 2026, 17:58

Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib 

Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib.Citypost.az xəbər verir ki, Abşeron Olimpiya Kompleksində baş tutan yarışda 36 klub və idman cəmiyyətindən 103 usta cüdoçu mübarizə aparıb.Qeyd edək ki, ölkə çempionatı Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və İdman Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.KişilərM-1 və M-2 yaş kateqoriyaları üzrə60 kq1. Elşən Dünyamalıyev, M-1 (Umbayev Sport Klub)2. Musa Əhmədli, M-2 (Neftçi İK)3. Vaqif İsmayılov, M-1 (Quba CİK)3. Elşən Allahverdiyev, M-1 (İstək İK)66 kq1. Sadıx Məhərrəmov, M-1 (RKİM)2. Xəyal Zaliyev, M-2 (Neftçi Sumqayıt)3. Mirelturan Seyidi, M-1 (FHN)3. Elbrus Zamanov, M-1 (Qusar)73 kq1. Ruslan Hacıyev, M-1 (Turan İK)2. Fariz Səfərov, M-1...

21 Aprel 2026, 17:48

"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının yarımfinalına yüksəlib 

"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının yarımfinalına vəsiqə qazanıb."Report" xəbər verir ki, komanda buna 1/4 finalın ikinci oyununda "Şəki"ni məğlub etməklə nail olub.Şəki Olimpiya İdman Kompleksində reallaşan qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə də "Abşeron Lions" üstün olub - 109:78.Günün ikinci matçında "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq....

17 Aprel 2026, 17:16