"ChatGPT"yə "təşəkkür edirəm" demək baha başa gələ bilər
Maraqlı 22 Aprel 2025, 18:18

2433
"OpenAI", "ChatGPT"də nəzakətli mesajlar yazan istifadəçilərin on milyonlarla dollar dəyərində elektrik istehlakına səbəb olduğunu aşkar edib.
CityPost.az xəbər verir ki, "OpenAI"nin baş direktoru Sam Altman izah edib ki, "ChatGPT"də istifadəçilərin istifadə etdiyi “zəhmət olmasa” və “təşəkkür edirəm” kimi nəzakətli ifadələr şirkətin əməliyyat xərclərinə milyonlarla dollar əlavə edir.
"X" platformasında bir istifadəçi, nəzakətli ifadələr səbəbiylə "OpenAI"nin nə qədər elektrik xərclədiyi ilə maraqlandı və soruşub.
İlk baxışdan əhəmiyyətsiz görünsə də, bu cür nəzakət nümunələri "ChatGPT"nin daha uzun və daha mənalı cavablar verməsini tələb edir. Nəticədə emal gücünü artırır, enerji istehlakını və buna görə də xərcləri artırır.
Mütəxəssislər nə deyir?
Süni intellektə qarşı nəzakətli dildən istifadə bəziləri üçün lazımsız görünsə də, ekspertlər bunun müsbət təsir göstərə biləcəyini söyləyirlər.
“Nəzakətli dildən istifadə etmək hörmətli və birgə nəticələr əldə etməyə kömək edir”,- deyən "Microsoft" dizayn meneceri Kurtis Beavers, istifadəçilərin dilinin nəzakətliliyinin birbaşa modelin cavab tonuna təsir etdiyini vurğulayıb.
"Model nəzakət aşkar etdikdə, onun daha nəzakətlə cavab vermə ehtimalı daha yüksəkdir. Generativ süni intellekt istifadəçi daxiletmələrində peşəkarlığı, aydınlığı və təfərrüat səviyyəsini əks etdirir", - "Microsoft"un "WorkLab" komandası qeyddə yazıb.
2024-cü ilin sonlarında aparılan sorğuya görə, ABŞ-da istifadəçilərin 67 faizi chatbotlara qarşı mehriban olduqlarını bildirib. Bu istifadəçilərin 55 faizi bunu doğru olanı etmək üçün etdiklərini söyləsə də, 12 faizi mümkün süni intellekt üsyanı halında alqoritmin onları xatırlayacağına ümid edərək nəzakətli olduqlarını söyləyib.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Alimlər dinozavrda xərçəng tapdılar: Bu kəşf insan həyatını xilas edə bilər
Dinozavr qalıqları və müasir xərçəng araşdırmaları ilk baxışdan iki çox fərqli sahə kimi görünə bilər, lakin yeni araşdırmalar göstərdi ki, milyonlarla ildir qorunan yumşaq toxumalar xərçəngin necə əmələ gəldiyi və müalicə oluna biləcəyi ilə bağlı qiymətli ipuçları verə bilər.
20 İyun 2025, 18:00

Sükut insanı sağaldır - TƏDQİQAT
Yeni bir araşdırma sükutun sadəcə səsin olmaması deyil, beyni dəyişdirə və ümumi sağlamlığı yaxşılaşdıra bilən aktiv bir qüvvə olduğunu müəyyən etdi. Cəmi üç günlük qəsdən sükutdan sonra insan beyni uzunmüddətli meditasiya və ya idrak təlimi ilə müqayisə edilə bilən fiziki və funksional dəyişikliklərə məruz qalır.
20 İyun 2025, 15:30

İnsan əzaları yenidən böyüyə bilər? -ARAŞDIRMA
İnsan bədəninin itirilmiş əzalarını bərpa etmək qabiliyyəti artıq xəyal olmaya bilər. Alimlər meksikalı salamandr aksolotlunun ("Ambystoma mexicanum") bu qeyri-adi qabiliyyətinin sirrinə bir addım da yaxınlaşıblar ki, bu da öz üzvlərini və hətta orqanlarını yenidən böyüdə bilir.
19 İyun 2025, 18:18

Qrammatik səhvlər şizofreniyanın erkən mərhələsinin əlamətləri ola bilər
Qrammatik cəhətdən düzgün cümlələrin qurulması və başa düşülməsində pozuntular şizofreniyanın inkişafını göstərə bilər. Sfaks Universitetinin (Tunis) alimləri belə qənaətə gəliblər.
18 İyun 2025, 18:43

Yüksək intellektə malik insanların beyninin özəlliyi məlum olub - Araşdırma
"Yohannes Qutenberq" Universitetinin alimləri müəyyən ediblər ki, daha yüksək idrak qabiliyyəti olan insanlarda beyin siqnalları qərar qəbul etmənin kritik anlarında xüsusilə aydın şəkildə sinxronlaşdırılır.
17 İyun 2025, 17:00

Sosial media uşaqlarda depressiyaya səbəb ola bilər - ARAŞDIRMA
ABŞ-da aparılan yeni bir araşdırma, sosial mediadan istifadənin uşaqlarda depressiya əlamətlərini artırdığını ortaya çıxarıb.CityPost.az xəbər verir ki, San Fransisko Kaliforniya Universitetinin (UCSF) apardığı və "JAMA Network Open" jurnalında dərc edilən araşdırmaya görə, sosial mediadan istifadə müddəti artdıqca uşaqlarda depressiya əlamətləri də artır.Bununla belə, tədqiqatçılar depressiyaya düşmüş uşaqların sosial mediada daha çox vaxt keçirdiyi tərs əlaqə tapmayıblar.Mühüm nəticələrÜç il ərzində aparılan araşdırmada uşaqların gündəlik sosial mediadan istifadə müddəti 7 dəqiqədən 73 dəqiqəyə yüksəlib. Eyni dövrdə depressiya əlamətləri 35 faiz artıb.Tədqiqatın aparıcı müəllifi Dr.Jason Nagata, "Sosial medianın depressiyaya səbəb olduğu və ya sadəcə mövcud depressiya əlamətlərini əks etdirdiyi uzun müddətdir müzakirə olunur. Bizim...
13 İyun 2025, 19:30